Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 26-27 sentyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Bu barədə Mediaxeberleri.Az-a ADY-dən məlumat verilib. Bu istiqamətlərə, eyni zamanda, Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















