Bakıdakı cüdo üzrə dünya çempionatında 16 hakim fəaliyyət göstərəcək
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında fəaliyyət göstərəcək hakimlərin sayı bəlli olub. Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda 16 hakim iş başında olacaq. 4 hakim nəzarətçisi (Supervisor) və 3 hakimlik üzrə direktor (Refereeing Director) isə referilərin işinə nəzarət edəcək. ACF-nin hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli azərbaycanlı referi Nazim Umbayev də mundialda ədalət təmsilçilərindən biri olacaq. Qeyd edək ki, Bakıdakı dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















