Qazaxıstanda dəhşətli xəstəlik: Karantin elan edildi
Qazaxıstanın şimalındakı Akmola vilayətində qarayara xəstəliyinin yayılması nəticəsində 15 nəfər xəstəxanaya yerləşdirilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, avqustun 26-da da Uşkarasu kəndində qarayara xəstəliyi qeydə alınıb, avqustun 31-də kənddə karantin elan edilib: “Xəstəlik xəstə heyvanlarla təmas, onların kəsimi, ətinin utilizasiya yerinə daşınması səbəbindən yayılıb”.
Oxunub: 297
Xəbəri paylaş
Paylaş: