Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev

Son xəbərlər :
  • Bu gün yağış yağacaq - PROQNOZ
  • Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir
  • KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
  • Azərbaycanın Milli Qəhrəmanı komaya düşdü
  • Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı
  • Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR
  • Balıq alarkən DİQQƏTLİ OLUN! Civə və ağır metallar təhlükəsi - Ekspertdən XƏBƏRDARLIQ
  • SON DƏQİQƏ! Tramp təsdiqlədi, o da düyməyə basdı – Ukrayna ordusu yenidən hərəkətə keçir
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • “Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
  • Aqroservisin sədri həbs edildi
  • Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
  • Bakıda uçqun baş vermiş binanın sakinləri danışdılar - Video
  • Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib - Video
  • Qazaxda növbəti əmək yarmarkası keçirilib
  • Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
  • “Belələrinə ölüm cəzası verin!” - Brilliant Dadaşovadan SƏRT ÇAĞIRIŞ
  • Azərbaycanla bağlı yalan yayan jurnalist saxlanıldı
  • Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi — Dava düşdü
  • Başqasının kreditinə görə pensiyadan pul tutula bilər — Bu halda...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Aliment ödəməyənlər həbs edilməlidir? - Bir tikə çörəyiniz varsa...

  • Tarix: 14-03-2026, 15:21

Hazırda Azərbaycan cəmiyyətində boşanmadan sonrakı ən ciddi problemlərdən biri alimentlərin ödənilməməsidir. Bu problem yalnız şəxsi münasibətlərin bitməsi deyil, həm də qadın və uşağın sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərir. Məhkəmələr aliment ödəmək barədə qərar çıxarsa da, qarşı tərəf bəzən ödənişdən boyun qaçırır və tətbiq olunan cəza mexanizmləri də hər zaman nəticə vermir.

Ədliyyə nazirinin müavini Toğrul Hüseynovun açıqlamasına görə, 2025-ci ildə Azərbaycanda aliment ödəməyən 2 344 nəfər həbs edilib. Həmin il icraatda 141 min aliment işi olub. Borclulardan 4 299-u haqqında inzibati xəta üzrə protokol tərtib olunub, 3 083 nəfər məhkəmələr tərəfindən inzibati tənbeh alıb. Nəticə göstərir ki, həbs, yaxud inzibati cəza çıxış yolu deyil. Bəs çıxış yolu nədir?

Aliment ödəyən əgər maaş almırsa...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, aliment yalnız tərəflər arasında qarşılıqlı razılaşma olmadığı halda məhkəmə qərarı ilə ödənilir: “Alimentlə bağlı məhkəmə qərarı qüvvəyə mindikdən sonra, borclu tərəf ödənişi həyata keçirmirsə, ilkin olaraq icra məmuru xəbərdarlıq edir. Bu xəbərdarlıq bir ay ərzində verilir. Əgər borc bu müddət ərzində ödənilməzsə, şikayət olunur və borcluya yenidən xəbərdarlıq edilir. Xəbərdarlığa baxmayaraq, aliment yenə də ödənilmirsə, icra məmuru borclunun maaşına yönləndirmə edə bilər, yəni ödəniş avtomatik olaraq maaşından tutulur. Əgər maaşı yoxdursa, digər gəlirləri və ya əmlakı varsa, aliment həmin gəlirlərdən və əmlakdan tutulur. Buna baxmayaraq, aliment ödənməzsə, borclu İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə cərimələnə bilər. Fiziki şəxslər üçün cərimə məbləği 500-1000 manat arasında dəyişir”.



“Bir tikə çörəyiniz varsa, yarısını uşağa verməlisiniz”

Mütəxəssis bildirir ki, cərimələr adətən rəsmi iş yeri olmayan və kifayət qədər gəliri olan şəxslərə tətbiq edilir: “Aliment ödəməli olan şəxs aşağı maaşı alsa da, hətta əlilliyi olsa belə, qanunla müəyyən olunmuş hissəni mütləq uşağa verməlidir. Bu, onun borcudur, çünki böyüyün hüququ ilə uşağın hüququ kəsişdikdə, uşağın mənafeyi üstün tutulur. Yəni borclu tərəf bir tikə çörək əldə edə bilirsə, həmin çörəyin müəyyən hissəsini aliment kimi uşağa verməlidir. Aliment ödəmək iqtidarında olan, amma qərəzli şəkildə icra məmurunun tələblərini yerinə yetirməyən şəxs məsuliyyətə cəlb olunur”.



“Bəhanələr ən böyük problemdir”

Qurum rəsmisi bildirir ki, alimenti ödəyə bilməyənlər, buna imkanı olmayanlar əslində çox deyil. Problem odur ki, boşananların əksəriyyəti alimenti qəsdən ödəmək istəmir: “Borcluların bəziləri düşünür ki, ödədiyi pul keçmiş həyat yoldaşı tərəfindən istifadə olunacaq. Alimenti ödəyən valideyn pulun bir hissəsini uşağın bank hesabına köçürə və 18 yaşdan sonra uşaq tərəfindən istifadə olunmasını təmin edə bilər. Həmçinin alimenti ödəyən tərəf valideyndən alimentin uşağa necə xərcləndiyi barədə hesabat tələb edə bilər. Müraciətlərin çoxunda görünür ki, borclu tərəfin gəlirləri var, lakin rəsmi iş yeri olmadığından aliment məbləği maaşdan avtomatik tutulmur. Borclunun ödəmək imkanları olmasına baxmayaraq, qəsdən boyun qaçırması və bəhanələr gətirməsi ən böyük problemdir. Bu zaman qanunun sərt tədbirləri ön plana çıxır”.



“Uşağın sosial təminatı davamlı olmalıdır”

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, dövlət cəza tədbirlərini görür, borclu məsuliyyətə cəlb edilir, nəticədə alimentini ödəmir. Mütəxəssis vurğulayır ki, bunun həll yollarını, beynəlxalq təcrübədə müsbət nümunələri araşdırırlar: “Məsələn, bəzi ölkələrdə borclu cəzaçəkmə müəssisəsinə göndərildikdə, onun cəza müddətində aliment dövlət tərəfindən ödənilir. Daha sonra müəssisədən çıxanda, dövlət onu məcburi əməyə cəlb etməklə, ödədiyi məbləği borcludan alır. Yaxud vətəndaş aliment öhdəliyini ödəyə bilmədikdə və ya boyun qaçırdıqda, ödənişi müvafiq dövlət fondu həyata keçirir. Bu halda vətəndaş artıq şəxsə deyil, dövlətə borclu olur. Borclu şəxs bunu ödəmədikdə, notarial əməliyyatlar və digər hüquqi hərəkətlər zamanı məhdudiyyətlərlə üzləşir. Azərbaycanda isə borclunun məsuliyyətdən boyun qaçırması ilə bağlı inzibati və cinayət tərkibli cəzalar nəzərdə tutulsa da, yenə də Ailə Məcəlləsi göstərir ki, uşağın sosial təminatı davamlı olmalıdır. Yəni uşağa aliment ödəmək iqtidarında olan valideyn onu verə bilmir və ya boyun qaçırırsa, bu, uşağın problemi deyil. Dövlət nəzarətini gücləndirməlidir ki, uşaqların aliment hüququ davamlı qorunsun”.

“Aliment ödəyiciləri faktiki iş yerlərindən ayrılırlar”

Hüquqşünas Şəbnəm Mirələmli deyir ki, aliment məsələsi dövlət nəzarətindədir. Uşağın maraqlarının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri olduğuna görə ər və arvad arasında məhkəmə mübahisəsi davam etdiyi dövrdə də uşağa aliment ödənilməsi ilə bağlı Ailə Məcəlləsində müvafiq imkanlar mövcuddur. Təcrübədə tərəflər arasında məhkəmə mübahisələri adətən 3-4 ay müddətində davam edir. Bu müddət ərzində uşağın maraqları həm maddi, həm də prosessual hüquq normaları ilə qorunur. Alimentin tutulmasına dair məhkəmə qərarları dərhal icra olunmalıdır. Aliment ödəyicisi tərəfindən alimentin ödənilməsi qərəzli şəkildə gecikdirildikdə və ya ümumiyyətlə ödənilmədikdə, cərimə və ya bir ayadək müddətə inzibati həbs tətbiq edə bilər”.

Hüquqşünas bildirir ki, təcrübədə aliment ödəyiciləri faktiki iş yerlərindən ayrılaraq uydurma əmək müqaviləsi bağlayırlar: “Bunun nəticəsində qanunla müəyyən edilmiş qaydada əməkhaqqından tutulmalı olan məbləğ uydurma əmək müqaviləsində göstərilən daha aşağı əmək haqqı əsasında hesablanır. Bu isə aliment öhdəliyinin faktiki daha az məbləğdə icra olunmasına səbəb olur. Lakin qeyd edilməlidir ki, belə hallara təcrübədə nisbətən az, təxminən hər on işdən birində rast gəlinir”. ("Kaspi" qzəeti)


Oxunub: 324
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 08:11 | Bu gün yağış yağacaq - PROQNOZ
    Bu gün, 08:07 | Misli Premyer Liqasının IX turuna iki qarşılaşma ilə start verilir
    Bu gün, 08:01 | KTMT-nin baş katibi: Ermənistan faktiki olaraq təşkilatdan çıxıb
    Bu gün, 02:04 | Azərbaycanın Milli Qəhrəmanı komaya düşdü
    Bu gün, 00:58 | Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı
    Bu gün, 00:53 | Azərbaycanda internet bahalaşdı - QİYMƏTLƏR
    Bu gün, 00:50 | Balıq alarkən DİQQƏTLİ OLUN! Civə və ağır metallar təhlükəsi - Ekspertdən XƏBƏRDARLIQ
    Bu gün, 00:49 | SON DƏQİQƏ! Tramp təsdiqlədi, o da düyməyə basdı – Ukrayna ordusu yenidən hərəkətə keçir
    Bu gün, 00:44 | Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Bu gün, 00:41 | “Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
    Bu gün, 00:37 | Aqroservisin sədri həbs edildi
    Bu gün, 00:35 | Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
    Bu gün, 00:00 | Bakıda uçqun baş vermiş binanın sakinləri danışdılar - Video
    Dünən, 22:02 | Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını pisləyib - Video
    Dünən, 20:31 | Qazaxda növbəti əmək yarmarkası keçirilib
    Dünən, 19:02 | Qazax Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib
    Dünən, 19:00 | “Belələrinə ölüm cəzası verin!” - Brilliant Dadaşovadan SƏRT ÇAĞIRIŞ
    Dünən, 18:57 | Azərbaycanla bağlı yalan yayan jurnalist saxlanıldı
    Dünən, 18:54 | Azərbaycanda qadın evə gələn usta ilə ərinə xəyanət etdi — Dava düşdü
    Dünən, 18:50 | Başqasının kreditinə görə pensiyadan pul tutula bilər — Bu halda...
    Dünən, 18:31 | Ağstafada mərhuma ehsan verməyib əvəzində qəbirstanlıq yolunu təmir etdilər – FOTOLAR
    Dünən, 18:05 | XII Bakı Beynəlxalq Kitab Sərgisində AzTU tələbəsinin “AI Teacher” layihəsi təqdim olunub
    Dünən, 18:00 | Mətbuat Şurası jurnalistlərə çağırış etdi
    Dünən, 17:58 | Milli Qəhrəman Şükür Həmidovun anım günüdür
    Dünən, 17:55 | Pambıqçılara şad xəbər: Bu fermerlər daha çox subsidiya alacaq
    Dünən, 17:51 | “Sabah” - “Qarabağ” oyununun hakimləri bəlli oldu
    Dünən, 17:47 | Tovuzda 56 yaşlı kişi güllə yarasından öldü
    Dünən, 17:43 | Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
    Dünən, 17:40 | Xocalıdan silah tapıb Abşerona gəldi, anasını güllələdi
    Dünən, 17:37 | ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?
    Dünən, 16:57 | Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?
    Dünən, 16:48 | Bakı və Sumqayıt sakinləri üçün VACİB XƏBƏR - TƏBİB məlumat yaydı
    Dünən, 16:29 | Bu kənddə nar bağı olmayana qız vermirlər -VİDEO
    Dünən, 16:27 | Maşını nömrəsiz sürən qazilər həbs olundu
    Dünən, 16:06 | Buzovnada xəstəxanadan şikayət: Rentgen kabineti niyə fəaliyyət göstərmir?
    Dünən, 16:05 | Azərbaycanda telekommunikasiya şirkətləri birləşdirilir? - RƏSMİ AÇIQLAMA
    Dünən, 16:04 | 10 manata satılan kərə yağları - Sağlamlıq üçün nə qədər təhlükəlidir?
    Dünən, 16:02 | Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq etdi
    Dünən, 16:00 | Elçin Yusubov vəzifəsindən niyə azad edilib?
    Dünən, 15:58 | Bu nazirlik 10 tələbə qızı himayəsinə götürdü
    Dünən, 14:12 | Bakı Metropolitenində yüksək vəzifəyə təyinatlar - Foto
    Dünən, 14:02 | Ağstafada sudan səmərəli və qənaətlə istifadə ilə bağlı maarifləndirici tədbir keçirilib
    Dünən, 13:57 | MƏKTƏBLƏRDƏ SAAT 09:00-da, UNİVERSİTETLƏRDƏ İSƏ... - İş və dərs saatları dəyişdirilsin?
    Dünən, 13:54 | Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
    Dünən, 13:47 | BANKLAR KİMLƏRƏ VƏ NİYƏ KREDİT VERMİR? – “Qara siyahı” ilə bağlı bilinməyənlər + ARAŞDIRMA
    Dünən, 13:42 | Azərbaycanda daxili yanma mühərrikli minik avtomobilləri mərhələli istismardan çıxarılacaq
    Dünən, 13:28 | Yardımlının yeni icra başçısı kimdir? - DOSYE
    Dünən, 13:04 | Yüksək vəzifəli məmurları süni intellektlə canlandırıb səsləndirənləri hansı cəza gözləyir? - AÇIQLAMA
    Dünən, 13:02 | Sabah Bakıya yağış yağacaq
    Dünən, 13:01 | Mühafizəçi işlədiyi şirkəti qarət etdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.