Keçmiş məcburi köçkün: "Xankəndiyə qayıtmaq qürurvericidir"
"Xankəndidən tək çıxmışam, tək də qayıdıram". Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Bakıdan Xankəndi şəhərinə köç edən keçmiş məcburi köçün Pəniyeva Pərvanə deyib. O bildirib ki, 33 ildən sonra Xankəndiyə qayıtmaq qürurvericidir: "Birotaqlı evlə təmin olunmuşam. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!" Xatırladaq ki, bu gün Xankəndi şəhərinə ilk köç karvanı yola salınır. Bu mərhələdə 36 ailə (162 nəfər) öz doğma yurduna köçürülür. Məlik Məlikov
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















