44-cü ildə Həzi Aslanovun taktikası ilə bütün Ordunun Berezna çayını keçməsi üçün şərait yaradılır elə həmin döyüşdə göstərdiyi xidmətə görə ona 2-ci dəfə Sovet ittifaqı qəhrəmanı adı verilib.Lakin müəyyən səbəblərdən Fəxri ad kağız üzərində qalıb.
Professor Musa Bağırovun araşdırmaları əsasında 47 il gecikən fərman yenidən öz əksini tapır. Həzi Aslanov 2-ci dəfə Sovet ittifaqı qəhrəmanı adına layiq görülür.
Polkovnik Eldəniz Namazovun döyüşdə göstərdiyi şücaət, Vətənə olan xidməti dövlətimiz tərəfindən layiqincə qiymətləndiriləcəkdir biz buna inanırıq. Müharibədən 5 il keçməsinə baxmayaraq Qəhrəmanımiz layiq olduğu Milli Qəhrəman adına layiq görüləcəkdir!
Biz o günü umid və sevinclə gözləyirik. Heç vaxt heç nə gec deyil.
Vətən Sizinlə qürur duyur Qəhrəman!!!
Biz Qəhrəmanimizla fəxr edirik!
Qazax ilklər diyarıdır, Qəhrəmanlar yurdudur
Eldəniz Namazovun qəhrəmanligi haqda məlumatlar Səxavət Məmmədin " Savaş və duman " kitabında öz əksini geniş tapıb.
Kitabı alıb oxumanızı tövsiyə edirəm, Qəhrəmanlarımızı tanıdıb qələmə alan yazara yeni yaradıcılıq uğurları arzulayıram!
Oxunub: 141
Xəbəri paylaş
Paylaş: