Mediaxeberleri.az
    
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
  • 
  • Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
    Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
  • 
  • MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
    MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
  • 
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
  • 
  • Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
    Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
  • 
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
    Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
  • 
  • Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
  • 
  • Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
  • 
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
  • 
  • Qazaxda müşavirə keçirilib
    Qazaxda müşavirə keçirilib
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
    Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
  • 
  • Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
    Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi

Son xəbərlər :
  • Azərbaycanda ət ucuzlaşa bilər – nazirlik istəsə, məmurlar imkan versə…
  • Faiq Qarayev – zəhmətdən zirvəyə uzanan uğur yolu: Millimizdən növbəti qələbə...
  • Azərbaycan Premyer Liqası: "Turan Tovuz" - "Şamaxı" matçında qalib müəyyənləşmədi, "Neftçi"dən böyükhesablı qələbə
  • Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
  • İlham Əliyev Tokayevi təbrik etdi
  • İranda böyük qaz yatağı kəşf edildi
  • Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi
  • Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
  • Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
  • “Mançester Siti”dən 18 ildən sonra ilk...
  • Deputatdan Bakı-Daşkənd münasibətləri ilə bağlı AÇIQLAMA: "Tarixi əhəmiyyət daşıyır"
  • Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi
  • Misli Premyer Liqası: Bu gün "Turan Tovuz" və "Neftçi" meydana çıxır
  • İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
  • Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO
  • Messi "İnter Mayami"də ardıcıl ikinci oyunda qol vurdu - VİDEO
  • Qazaxda QƏZA: 3 nəfər öldü
  • Rusiya Ukraynada sərnişin qatarını vurdu
  • Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR
  • Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Direktorların əlavə qazanc yeri: Gələcəyimizi yarımcan edən MƏKTƏB BUFETLƏRİ

  • Tarix: 5-10-2023, 15:54

Araşdırmalar müntəzəm və balanslı səhər yeməyinin şagirdlərin məktəbdəki uğuruna müsbət təsir etdiyini göstərir. Bu səbəbdən mütəxəssislər məktəb yaşlı uşaqların 3 əsas yemək və 2-3 qəlyanaltı yeməyini çox vacib olduğunu vurğulayırlar. Məktəblilərdə öyrənmə və qavrama funksiyaları daha çox olduğu üçün sağlam qidalanma vərdişləri böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, qeyri-sağlam qidalanma enerji və qida maddələrinin kifayət qədər qəbul edilməməsinə gətirib çıxara bilər ki, bu da uşağın böyümə və inkişafına, eləcə də məktəb müvəffəqiyyətinə mənfi təsir göstərə bilər. Bu gün tam rasionlu qidaların satıldığı məktəb bufet və yeməkxanalarının yoxluğu Azərbaycanda məktəblərin az qala əsas problemlərindən birinə çevrilib. Bu isə həm şagirdlər, həm də valideynlər üçün ciddi narahatlıq yaradır.

Məktəb illərində sağlam qidalanmayan uşaqlarda piylənmə, çəki azlığı, qan azlığı, artıq çəki, müxtəlif vitamin çatışmazlığı və uşaqlarda diş çürüməsi kimi müşahidələr tez-tez rast gəlinən problemlərdir. Bundan əlavə, qeyri-kafi və balanssız bəslənmə, piylənmə, ürək-damar xəstəlikləri, xərçəng, diabet və həzm sistemi xəstəlikləri kimi yetkinlik dövründə meydana gələn bir çox xəstəlik və allergik reaksiyalara yol açır. Uşaqların sağlam olması, böyüməsi bu qədər vacib olmasına baxmayaraq, məktəb bufetlərində hələ də zərərli qidalar satılır.

Mediaxeberleri.Az-ın məlumatına görə Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov Publika.az-a açıqlamasında qeyd edib ki, şagirdlərin sağlamlığı daim gündəmdə olan mövzulardandır:

“Bu məsələ ilə bağlı xoşagəlməz məlumatlar ortaya çıxır. Mətbuat, televiziyada görməklə yanaşı, məktəblərdə də bufetləri müşahidə edirik. Demək olar ki, əksər valideynlər məktəb bufetindən narazıdırlar. Buna görə də daha çox evdən yemək qoyurlar. Bu da ondan irəli gəlir ki, bufetlərə inamsızlıq və etibarsızlıq var. Məktəb bufetlərin idarə edilməsi Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilmir. Buna baxmayaraq nazirlik tərəfindən məktəb direktorlarına təlimatlar verilir. Hansı ki, məktəb direktorları həm də bu prosesə nəzarət etməlidirlər. Bufetlərə nəzarət edən qurum AQTA-dır. Düşünürəm ki, qurum son illərdə yaxşı işlər görür. Nümunəvi addımlar da atır. Daim yoxlanışlar edir, monitorinlər aparır, çatışmazlıqlar aşkar edilir. Məktəb bufetlərində satılan içkilərin, şirniyyatların saxlanma şəraitinə nəzarət edilməlidir. Bu məsələdə valideynlər, direktorlar daim ayıq-sayıq olmalıdır”.

Ekspert bildirib ki, valideynlər uşaqlar üçün mənfi olan qidaların satıldığı məktəb bufetlərini işıqlandırsalar, heç bir işbaz sui-istifadə edə bilməz:

“Zərərli qidalar məktəblilərin sağlamlığına ziyandır. Sağlamlıqda yaranan hər bir problem təhsildən yayınma deməkdir. Məktəb bufetlərinin sahibi olan iş adamları, sahibkarlar bilməlidir ki, bu günün məktəblisi sabahın əsgəri, müəllimi, həkimi, ən əsası vətəndaşıdır. Pul qazanmaq yaxşıdır, amma qazanılan pullar uşaqların sağlamlığı üzərində qurulmalı deyil. Bufetlərdə ardıcıl və sistemli olaraq monitorinqlər aparılmalıdır. Çünki keyfiyyətsiz olan hər bir məhsul şagirdlər üçün təhlükə mənbəyidir. Bir an prosesi nəzarətdən kənarda qoymaq olmaz”.

Pediatr Nigar Abdullayeva əlavə edib ki, uşaqların qidalanma vərdişləri əvvəlcə ailə mühitində yaranır:

“Daha sonra məktəb dövründə dostlarının, müəllimlərinin və ətraf mühit faktorlarının təsiri ilə davam edir. Bu səbəbdən xüsusilə ailələr övladlarına sağlam qidalanma vərdişləri aşılamalı və bu mövzuda nümunə olmalıdırlar. Məktəb bufetlərində olan qidalardan uşaqları uzaq tutmaq lazımdır. Bu məsuliyyəti isə valideyn və məktəb rəhbərliyi daşıyır. Bufetdə satılan qidalar məktəblilər üçün zərərlidir. Uşaqların gündəlik karbohidratlara ehtiyacı var. Yəni, un məlumatları, kəpəkli çörəklə qidalanmalıdırlar. Bununla yanaşı məktəblinin qida rasionuna evdə bişmiş toyuq, ət və yumurta əlavə edilməlidir. Kolbasa və sosislərdən uşaqları uzaq tutmalıyıq.

Meyvə-tərəvəz isə mütləqdir. Xiyar, pomidor, alma kimi qidalara daim üstünlük verilməlidir. Yemək qablarına bu kimi qidalar qoymaqla həm uşaqları zərərli qidalardan uzaq tutmaq, həm də sağlam böyüməsinə şərait yaratmaq olar. Məktəbdə satılan qidalar əsasən hazır qidalardır, bu qidalarda da yüksək miqdarda trans və doymuş yağ var. Bu da beyin hüceyrələrinə, öyrənmə və yaddaşa mənfi təsir göstərir. Ümumiyyətlə çöldən alınan qidalar uşaq orqanizmi üçün zərərlidir. Uşaqlarda şəkərli dibaet probelmi çox geniş yayılıb. Həmçinin hazır qidalar mədə-bağırsaq probleminə və iştahsızlığa yol açır. Hər gün zərərli qidalarla qidalanmaq gələcək üçün potensial xəstəlikdir”.

Ümumilikdə ölkədə fəaliyyət göstərən məktəb bufetlərinin idarə edilmə mexanizmi necədir?

Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır. “Təhsil haqqında” qanuna əsasən təhsil müəssisələrində iaşə xidməti bu sahədə uzun müddət təcrübəsi olan, qanunvericiliyə uyğun fəaliyyət göstərən iaşə xidməti müəssisələri tərəfindən həyata keçirilməlidir. Məktəb yeməkxanalarında iaşə xidmətlərinə, qidaların keyfiyyətinə nəzarət məqsədilə müvafiq dövlət qurumları tərəfindən monitorinqlər aparılır.

Belə ki, ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı aşağıdakı kimidir:

1. İstifadə müddəti bitmiş və aşağı keyfiyyətli qida məhsulu

2. Bir gün əvvəl hazırlanmış qida

3. Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.

4. Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları

5. İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla)

6. İçalatı təmizlənməmiş quş

7. Vəhşi heyvanların əti.

8. Suda üzən quşların yumurtası və əti

9. Qabığı çirklənmiş yumurta, həmçinin salmonellyoza görə qeyri sağlam təsərrüfatdan olan yumurta

10. Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər

11. Termiki emala məruz qalmayan yaşıl noxud

12. Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar

13. Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər

14. Kremli şirniyyat məmulatları (piroq və tortlar)

15. Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama

16. Ev şəraitində hazırlanmış qatıq

17. Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları)

18. Termiki emala məruz qalmayan içkilər və morslar, kvas

19. Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd

20. Təbli halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq

21 Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər

22. Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar

23. İstiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəz və meyvələr

24. Təbii kofe, energetik içkilər

25. Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar

26. Qazlaşdırılmış içkilər

27. Bitki yağları əsasında süd məhsulları və dondurma

28. Saqqız, çipslər

29. Tərkibində etanol olan (0,5%-dan artıq) qımız və turş süd məhsulları

30. Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər

31. Yumurtalı makaronlar, qayğanaq

32. Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroq və ponçiklər

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.


Oxunub: 456
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:09 | Azərbaycanda ət ucuzlaşa bilər – nazirlik istəsə, məmurlar imkan versə…
    Dünən, 22:58 | Faiq Qarayev – zəhmətdən zirvəyə uzanan uğur yolu: Millimizdən növbəti qələbə...
    Dünən, 22:38 | Azərbaycan Premyer Liqası: "Turan Tovuz" - "Şamaxı" matçında qalib müəyyənləşmədi, "Neftçi"dən böyükhesablı qələbə
    Dünən, 21:11 | Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
    Dünən, 20:58 | İlham Əliyev Tokayevi təbrik etdi
    Dünən, 20:53 | İranda böyük qaz yatağı kəşf edildi
    Dünən, 20:50 | Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi
    Dünən, 20:26 | Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib
    Dünən, 20:24 | Sənədlərin imzalanması və mübadiləsi mərasimi oldu - Video
    Dünən, 20:19 | “Mançester Siti”dən 18 ildən sonra ilk...
    Dünən, 17:22 | Deputatdan Bakı-Daşkənd münasibətləri ilə bağlı AÇIQLAMA: "Tarixi əhəmiyyət daşıyır"
    Dünən, 17:18 | Prezident Daşkənddə Müstəqillik abidəsini ziyarət etdi
    Dünən, 13:56 | Misli Premyer Liqası: Bu gün "Turan Tovuz" və "Neftçi" meydana çıxır
    Dünən, 13:06 | İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
    Dünən, 11:57 | Zirvə görüşündə hansı məsələlər müzakirə olunacaq? - VİDEO
    Dünən, 11:38 | Messi "İnter Mayami"də ardıcıl ikinci oyunda qol vurdu - VİDEO
    Dünən, 11:33 | Qazaxda QƏZA: 3 nəfər öldü
    Dünən, 11:31 | Rusiya Ukraynada sərnişin qatarını vurdu
    Dünən, 10:33 | Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR
    Dünən, 10:31 | Prezidentin səfərindən öncə Daşkənddə möhtəşəm dron şou - VİDEO
    Dünən, 10:29 | Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
    Dünən, 09:54 | Evdə bağlanmış bankaları nə qədər saxlamaq olar?
    Dünən, 09:52 | Rusiya tankerlərin istiqamətini dəyişdi: Yeni marşrut...
    Dünən, 09:49 | Bu qarpızlar mədə və bağırsağı məhv edir
    22-08-2026, 22:41 | "Şəfa" "Qəbələ"yə, "Zirə" "İmişli"yə qalib gəldi
    22-08-2026, 21:33 | Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR
    22-08-2026, 21:13 | Sevastopola PUA hücumu: yaralılar var
    22-08-2026, 21:09 | Həkimdən HƏYƏCAN TƏBİLİ: Bağırsaq xərçəngi gəncləşir
    22-08-2026, 21:02 | NATO-nun kəşfiyyat təyyarəsi Rusiya ilə sərhəddə - Hansı məlumatlar gizlədilir?
    22-08-2026, 20:40 | Özbəkistanla Azərbaycan arasında 5 sahədə əməkdaşlığı əhatə edən sənədlər imzalanıb
    22-08-2026, 20:38 | Güləşçimiz dünya çempionatının finalına yüksəldi
    22-08-2026, 20:22 | Qazaxda keçmiş məhkum saxlanıldı: Dörd kiloqram narkotik və 300 həb AŞKARLANDI
    22-08-2026, 20:17 | Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama
    22-08-2026, 20:00 | Bakıda futbolçu öldü - Foto
    22-08-2026, 19:22 | Bakıda evdən oğurluq edən şəxslər saxlanıldı
    22-08-2026, 18:27 | Xalq artisti Şükufə Yusupovanı "İçərişəhər" metrostansiyasının yaxınlığında maşın vurub, reanimasiyadadır - YENİLƏNDİ
    22-08-2026, 18:25 | Medinanın oynadığı matçda yeni dünya rekordu
    22-08-2026, 16:22 | Ağstafada "TikTok" üçün video çəkən yeniyetməni CƏRƏYAN VURDU - SON DURUMU AÇIQLANDI
    22-08-2026, 11:50 | Bakıda gecə saatlarında "BAHALI" QƏZA: 7 maşın toqquşdu - VİDEO
    22-08-2026, 11:37 | Bakıya uçmalı olan təyyarələr havaya qalxa bilmir
    22-08-2026, 11:10 | İCRA HAKİMİYYƏTLƏRİ LƏĞV EDİLİR? – “Dəyişikliklərə ehtiyac var...”
    22-08-2026, 10:03 | Əməkdar jurnalist vəfat etdi - FOTO
    22-08-2026, 10:01 | Ukrayna ilk dəfə Rusiyanın bu şirkətini vurdu: xəsarət alanlar var
    22-08-2026, 08:23 | Böyük Avropa savaşı Almaniyada olacaq - Xəbərdarlıq
    22-08-2026, 07:46 | Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
    22-08-2026, 07:38 | Kələm dolması hazırlayanların DİQQƏTİNƏ!
    22-08-2026, 07:36 | "Qalatasaray" "Ərzurumspor"u darmadağın etdi
    21-08-2026, 23:24 | Şəmkir bazarında insident: "Parkovşik" döyüldü
    21-08-2026, 23:23 | Sabah Ermənistana propan və buğda göndəriləcək
    21-08-2026, 22:07 | Bağlanan universitetin tələbələri ilə bağlı hansı işlər görülür? - AÇIQLAMA
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.