Diplom alan gəncin sevinci faciə ilə bitdi - YENİLƏNDİ
ELNUR
Ağstafa rayonunda faciəvi yol-nəqliyyat hadisəsi qeydə alınıb. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayonun Böyükkəsik - Saloğlu yolunda baş verib. Hərəkətdə olan "Toyota Prado" markalı minik maşını aşıb. Nəticədə 2002-ci il təvəllüdlü Zəlimxan kənd sakini Ayxan Məmmədov hadisə yerində vəfat edib. Avtomobildə olan daha bir nəfər isə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı və başvermə səbəbləri araşdırılır.İlkin məlumata görə, A.Məmmədov yaxın günlərdə diplom alıb və dostları ilə bu hadisəni qeyd etmək məqsədi ilə yola düşüb. Allah rəhmət eləsin! Allah ailəsinə səbr versin.
Oxunub: 570
Xəbəri paylaş
Paylaş: