Gəncədə AĞIR QƏZA: KIA və VAZ-2107 toqquşdu, sürücü hadisə yerini tərk etdi
Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, şəhərin Totanlı ərazisində KIA və VAZ-2107 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərdə olan şəxslər xəstəxanaya aparılıblar. Məlumata görə, qəzanı törədən avtomobilin sürücüsü açarları avtomobildə qoyaraq hadisə yerindən uzaqlaşıb.
Oxunub: 181
Xəbəri paylaş
Paylaş: