Bakıda otel binasında yanğın oldu
Bakıda üçmərtəbəli otel binasında yanğın olub. FHN-in Mətbuat Xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: