Məşhur diş pastası xəstəlik yayırmış: Bu ölkədə qadağan edildi - Azərbaycanda da satılı
"Colgate" diş pastası Argentinada yerli əhalinin xoralar və şişliklərlə bağlı şikayətlərinə görə qadağan edilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Argentina hökumətinin rəsmi saytında məlumat verilib. Bildirilir ki, Dərmanların, Qida və Tibbi Texnologiyaların Keyfiyyətinə Nəzarət üzrə Milli Qurum (ANMAT) belə bir qadağa tətbiq etmək qərarına gəlib. Qeyd edildiyi kimi, söhbət istehlakçıların şikayət etdiyi "Colgate Total Active Prevention Clean Mint" diş pastasından gedir. Xəstəliklərin sayı 19-a çatıb. Argentina rəsmiləri ağız toxumasının qıcıqlanması və iltihabı, qabarcıqlar, xoralar və yanma ilə bağlı xəbərlər alıblar. Bundan əlavə, bəzi insanlar pastadan istifadə etdikdən sonra şişlik və ağrı hiss ediblər. Bildirilir ki, agentlik belə halları izləyir və yerli sakinləri diş pastasından istifadə etdikdən sonra baş verən hər hansı xoşagəlməz hallar barədə məlumat verməyə çağırır.