Faciəli şəkildə həlak olan Günay müəllimə imiş
Bakıda avtomobilin vuraraq öldürdüyü qadın müəllimə imiş. Mediaxeberleri.Az xəbər verir ki, Günay Pirizadə P. İsmayılov adına 278 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi olub. O, 2022-ci il sentyabrın 15-də sözügedən məktəbdə fəaliyyətə başlayıb. Günay Pirizadə Naxçıvan Universitetinin məzunudur. Bakıda avtomobil qadını vuraraq öldürüb. Mediaxeberleri.Az "Report"a istinadən xəbər verir ki, Nizami rayonu ərazisində Şükür Məhərrəmov idarə etdiyi "Tofaş" markalı avtomobillə yolu keçən Günay Pirizadəni vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Oxunub: 132
Xəbəri paylaş
Paylaş: