Şəmsi Səmədzadə azadlığa buraxıldı
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb. Mediaxeberleri.Az gununsesi.info-ya istinadən xəbər verir ki, Ş.Səmədzadə bir neçə gün əvvəl sərbəst buraxılıb. O, sayta açıqlamasında həbsinin səbəbləri barədə danışmayıb: “Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”. Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə Prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılmışdı.
Oxunub: 70
Xəbəri paylaş
Paylaş: