Milli Qəhrəman Hökümə Əliyevanın atasının pulunu oğurlayan şəxsin saxlanılma anı - YENİLƏNİB
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxsin saxlanılma görüntüləri yayılıb. Mediaxeberleri.Az xəbər verir ki, şübhəli şəxs Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin görüntüləri təqdim edirik: Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. DİN-in Baş idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb. Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.