Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edildi, zərər ödənildi
Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.   DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakta görə başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən edilib, 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi təmin edilib.   Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
 
 
Oxunub: 470
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















