Mediaxeberleri.az
    
  • İcra başçısı onu özünə müavin təyin etdi
    İcra başçısı onu özünə müavin təyin etdi
  • 
  • Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
    Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
  • 
  • Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
    Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
  • 
  • Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
  • 
  • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
  • 
  • Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
  • 
  • Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
  • 
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • 
  • Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
  • 
  • Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
    Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
  • 
  • Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
    Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
  • 
  • Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
    Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
  • 
  • Pensiya alanların nəzərinə - Bu tarixdə
    Pensiya alanların nəzərinə - Bu tarixdə
  • 
  • Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
    Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
  • 
  • “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
    “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
  • 
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?

Son xəbərlər :
  • Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi
  • Paşinyan: Azərbaycanla qarşılıqlı ticarət məsələsi gündəmdədir
  • Bakı Sağlamlıq Mərkəzində kobud səhv: “Poliklinika” sözünü düzgün yaza bilmədilər...
  • Sabah hava necə olacaq?
  • III qrup üzrə keçid balları açıqlandı
  • Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi attestatla bağlı məsələyə aydınlıq gətirdi
  • Sosial ödənişlərlə bağlı rəsmi açıqlama
  • 7 mindən çox şagird bu siniflərdə oxumaq istəyir
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • Dəhşətli istilər gəlir: rekord qırılacaq - Tarix
  • Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT
  • Putin bu yolla NATO-nu parçalaya bilər - Admiral
  • Rusiyadakı əsirlərin 95 faizinə işgəncələr verilir - Ombudsman
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • Havanın çirklənməsi ilə bağlı XƏBƏRDARLIQ: Qanda xərçəng riski ilə əlaqəli dəyişikliklər tapıldı
  • Bakıda mağazada başlayan yanğın evlərə keçib - FOTO
  • "Qarabağ"ın avrokubok taleyi həll olunur: Rəqib "Dinamo Kiyev"dir
  • Toyda başlayan mübahisə faciə ilə nəticələndi - 2 qardaş həmkəndlisini döyərək öldürdü – CƏZA
  • 32 ölkə İranla bağlı bəyanat yaydı
  • Milli Qəhrəman Keşlədə 3 mərtəbəli obyekt tikəcək - icazə verildi...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycanlı nazirlərin məzun olduqları UNİVERSİTETLƏR - SİYAHI

  • Tarix: 17-01-2025, 22:06

Azərbaycanda iqtisadçı, hüquqşünas, həkim və digər ixtisaslara yiyələnmiş nazirlər var. Onlar təhsil üçün həm ölkə, həm də dünya universitetlərinə üz tutublar.

Mediaxeberleri.Az xəbər verir ki, Sfera.az bu dəfə azərbaycanlı nazirlərin bitirdiyi universitetlərin siyahısını təqdim edir:

Azərbaycan Respublikasının Baş naziri Əli Hidayət oğlu Əsədov - 1974-cü ildə Moskva şəhərində Plexanov adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub, 1978-ci ildə həmin İnstitutu bitirib. O, iqtisad elmləri üzrə yüksək təhsil alıb və uzun müddət iqtisadi sahədə fəaliyyət göstərib.

Baş nazirin müavini Şahin Abdulla oğlu Mustafayev - 1989-cu ildə M. Voznesenski adına Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. O, iqtisadçıdır və maliyyə, iqtisadiyyat sahəsində geniş təcrübəyə malikdir.

Baş nazirin müavini Samir Rauf oğlu Şərifov - 1983-cü ildə Ukraynanın Kiyev Dövlət Universitetində Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib və magistr dərəcəsi alıb.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Bahadur oğlu Babayev - 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya, 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr, 2000-ci ildə Ümum-Rusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.

Elm və təhsil naziri Emin Eldar oğlu Əmrullayev - 1999-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirib. 2003-2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirib. 2010-2012-ci illərdə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil alıb.

Ədliyyə naziri Fərid Turab oğlu Əhmədov - Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını müdafiə edib. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev - Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsini fərqlənmə ilə bitirib. 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Fövqəladə hallar naziri Kəmaləddin Fəttah oğlu Heydərov - 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Azərbaycan Universitetində ikinci ali təhsil alıb.

Gənclər və idman naziri Fərid Fazil oğlu Qayıbov - 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsinə qəbul olub. 1999-cu ildə Biznesin idarə edilməsi üzrə bakalavr, 2001-ci ildə isə magistr dərəcəsini əldə edib. 2014-cü ildə P. F. Lesqaft adına Milli Dövlət Bədən Tərbiyəsi, İdman və Sağlamlıq Universitetində (Sankt-Peterburq, Rusiya) pedaqoji elmlər namizədi dərəcəsini əldə edib.

Xarici işlər naziri Ceyhun Əziz oğlu Bayramov - Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.

İqtisadiyyat naziri Mikayıl Çingiz oğlu Cabbarov - 1992-1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997-1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Kənd təsərrüfatı naziri Məcnun Qadir oğlu Məmmədov - 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Ümumi İqtisadiyyat: Mühasibat uçotu və Audit" ixtisası üzrə bakalavr təhsili, daha sonra isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində biznesin idarə edilməsi üzrə magistr (MBA) təhsili alıb. 2017-ci ildə ABŞ-də "Aqrobiznesdə İnnovasiya və Effektivlik" üzrə SABIT (Special American Business Internship Training) proqramının iştirakçısı olub. 2022-ci ildə Hollandiyanın Vageningen Universiteti ilə Tilburg Universitetinin birgə magistr proqramı olan "Qida və Aqrobiznesdə İdarəetmə" (EMBA in Food & Agribusiness) ixtisası üzrə təhsilə başlayıb.

Mədəniyyət naziri Adil Qabil oğlu Kərimli - 1999-cu ildə BDU-nun Hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. 2002-ci ildə Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi (hüquq elmləri üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb.

Müdafiə naziri Zakir Əsgər oğlu Həsənov - 1976-cı ildə Cəmşid Naxçıvanski adına hərbi lisey, 1980-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi, 1986-1987-ci illərdə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının Akademik idarəetmə kurslarını bitirib.

Müdafiə sənayesi naziri Vüqar Valeh oğlu Mustafayev - 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment ixtisasına daxil olub, 2008-ci ildə oranı fərqlənmə ilə bitirib. 2010-2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr proqramı üzrə məzun olub.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbi oğlu Nəbiyev - 1994-2000-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 2000-2002-ci illərdə isə ABŞ-nin Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.

Səhiyyə naziri Teymur Yusif oğlu Musayev - 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 25 dekabr 2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə "tibb elmləri namizədi" elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın "Universite Strasburg 1" Universitetində "laparoskopik cərrahiyyə" ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013-2015-ci illərdə "Riga İnternational School of Business and Economics" və "Riga Stadins University" birgə magistratura təhsili, 2015-ci ilin may ayında "Master for Health Management (business executive)" magistr dərəcəsini alıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Əvəz qızı Muradova - 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Rauf oğlu Muradov - 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və Mühərriklər İnstitutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Ələmşah oğlu Məmmədov - Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. Ardınca o, Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsində təhsil alıb. 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi "İnkişaf edən liderlər" adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırov - 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının Gömrük işinin təşkili fakültəsini bitirib. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnib.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin İsağa oğlu Quliyev - 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) qəbul olub, 1988-ci ildə oradan məzun olub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Yaqub oğlu Budaqov - 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Adil oğlu Quliyev - 1999-cu ildə Azərbaycan Respublikasının Milli Aviasiya Akademiyasının İqtisadiyyat fakültəsini İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə bitirib, mühəndis-iqtisadçıdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Şükür oğlu Rzayev - 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix və 1993-cü ildə həmin universitetin hüquq fakültələrini bitirib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Əfqan oğlu Hüseynov - 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi alıb. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, "Academia İstropolitana Nova"da intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib. 2003-cü ilin sentyabrında o, UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb. 2008-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2012-ci ildə oranı bitirib. 2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. 2011-ci ilin mayında o, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyev - 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl Qorxmaz oğlu İbrahimov - 1987-ci ildə Bakı şəhəri, 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olub, 1992-ci ildə mühəndis ixtisası ilə ali təhsilini başa vurub. 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Rauf oğlu Mikayılov - 1999-cu ildə Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyev - 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam edib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birmingem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar İlahi oğlu Təhməzli - 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub. 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı "Siyasi elmlər bakalavrı" dərəcəsi ilə bitirib. Tibb elmləri üzrə fəlsəfə doktorudur.

Milli Arxiv İdarəsinin rəisi Əsgər Adil oğlu Rəsulov - 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə və 1971-1976-cı illərdə fakültənin türk şöbəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildən BDU-da çalışır. Filologiya üzrə elmlər doktoru, professordur.


Oxunub: 625
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:10 | Konfrans Liqası: "Qarabağ" pley-offa yüksəldi
    Dünən, 13:55 | Paşinyan: Azərbaycanla qarşılıqlı ticarət məsələsi gündəmdədir
    Dünən, 13:54 | Bakı Sağlamlıq Mərkəzində kobud səhv: “Poliklinika” sözünü düzgün yaza bilmədilər...
    Dünən, 13:52 | Sabah hava necə olacaq?
    Dünən, 13:50 | III qrup üzrə keçid balları açıqlandı
    Dünən, 11:44 | Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi attestatla bağlı məsələyə aydınlıq gətirdi
    Dünən, 11:40 | Sosial ödənişlərlə bağlı rəsmi açıqlama
    Dünən, 11:35 | 7 mindən çox şagird bu siniflərdə oxumaq istəyir
    Dünən, 11:33 | Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Dünən, 10:32 | Dəhşətli istilər gəlir: rekord qırılacaq - Tarix
    Dünən, 10:27 | Yevlaxda qəzada ölənlər qardaşdırlar - TƏFƏRRÜAT
    Dünən, 09:08 | Putin bu yolla NATO-nu parçalaya bilər - Admiral
    Dünən, 08:57 | Rusiyadakı əsirlərin 95 faizinə işgəncələr verilir - Ombudsman
    Dünən, 08:52 | FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    Dünən, 08:38 | Havanın çirklənməsi ilə bağlı XƏBƏRDARLIQ: Qanda xərçəng riski ilə əlaqəli dəyişikliklər tapıldı
    Dünən, 08:36 | Bakıda mağazada başlayan yanğın evlərə keçib - FOTO
    Dünən, 08:32 | "Qarabağ"ın avrokubok taleyi həll olunur: Rəqib "Dinamo Kiyev"dir
    Dünən, 08:30 | Toyda başlayan mübahisə faciə ilə nəticələndi - 2 qardaş həmkəndlisini döyərək öldürdü – CƏZA
    Dünən, 08:28 | 32 ölkə İranla bağlı bəyanat yaydı
    12-08-2026, 19:19 | Milli Qəhrəman Keşlədə 3 mərtəbəli obyekt tikəcək - icazə verildi...
    12-08-2026, 19:16 | Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı - “göbələk Feyruz” kimdir?
    12-08-2026, 18:17 | Kolumbiyada matəm elan edildi
    12-08-2026, 18:14 | DSX işçilərinə - Xüsusi təklif
    12-08-2026, 17:29 | Magistraturaya qeydiyyatın vaxtı uzadıldı
    12-08-2026, 17:26 | Elektron attestatlarla bağlı yaranmış problemə aydınlıq gətirildi - RƏSMİ
    12-08-2026, 17:23 | Yeni Klinika-ya yeni mətbuat katibi təyin edildi
    12-08-2026, 17:21 | Zelenski azərbaycanlı hərbçiləri təltif etdi
    12-08-2026, 17:19 | Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Yenilənib
    12-08-2026, 17:18 | Atəşkəs başlamayıb - İran təkzib etdi
    12-08-2026, 14:31 | Dörd rayonda yanğın törədən 4 nəfər məsuliyyətə cəlb edildi
    12-08-2026, 14:29 | Dünən dənizdə batan gənc müğənni imiş
    12-08-2026, 14:08 | Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin SAYI
    12-08-2026, 14:04 | Kolumbiyada zəlzələdə ölənlərin sayı 254 nəfərə çatıb, 3 minə yaxın insan itkin düşüb
    12-08-2026, 14:02 | Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər
    12-08-2026, 14:01 | Çempionlar Liqası: “Sabah” nə qədər qazandı?
    12-08-2026, 12:23 | Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? – “Yalnız bu siniflərdə…”
    12-08-2026, 12:06 | Prezident Nərminə Mustafayevanı səfir təyin etdi
    12-08-2026, 12:04 | Bəzi yerlərdə şimşək çaxır, yağış yağır
    12-08-2026, 10:46 | Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
    12-08-2026, 10:35 | Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    12-08-2026, 10:20 | Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin görüşü keçirildi
    12-08-2026, 10:17 | Gürcüstan Dəmir Yolları: Tbilisi-Bakı istiqamətində əlavə reyslərlə bağlı çətinlik yoxdur
    12-08-2026, 10:14 | İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    12-08-2026, 10:07 | Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    12-08-2026, 10:02 | Azərbaycan nefti bahalaşıb
    12-08-2026, 09:05 | Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var
    11-08-2026, 21:59 | UEFA Çempionlar Liqası: "Sabah" darmadağınla növbəti mərhələdə - VİDEO
    11-08-2026, 13:51 | Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
    11-08-2026, 13:49 | Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
    11-08-2026, 13:09 | Pensiya yaşına 1-2 il qalmış şəxslərin DİQQƏTİNƏ - bu işçilər ixtisara salına bilər?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.