Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyi Bakının "altını üstünə çevirib"
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobus zolaqları yaradır, əvəzində o biri zolaqlar işğal olunur, şəhər xaosa dönür. Nümunə üçün 20 Yanvarı misal göstərmək olar. Sumqayıt taksiləri isə bir zolağı tutur. Budur AYNA tərəfindən görülən iş? Nəqliyyat agentliyinin fəaliyyətini necə qiymətləndirirsiniz, nə təklifləriniz var? Mediaxeberleri.Az xəbər verir ki, Tribunainfo.az-ın sorğusunu cavablayan nəqliyyat üzrə ekspert Aslan Əsədov bildirib ki, ümumi olan avtomobil yolları vətəndaşlar tərəfindən müsbət qarşılanmır. Zolağın ayrılması, daha doğrusu zolağın itirilməsi insanlar tərəfindən rəğbətlə qarşılanmır. Ekspertin sözlərinə görə, burada bir neçə məsələ var. Əsas məsələnin tərkibi ondan ibarətdir ki, şəxsi avtomobillər hesabına yox, ümumiyyətlə şəxsi avtomobillərdən az istifadə etmək insanlar tərəfindən daha təzahürlü olmalıdır. Yəni insanlar şəxsi avtomobillərdən imtinanı əsas olaraq götürsələr daha yaxşı olar. “Çünki nəqliyyat vasitəsindən istifadə etmək nə qədər az olarsa, o qədər insanlar üçün ictimai nəqliyyatın əlçatanlığı rahat olar. İctimai nəqliyyatın alternivi çoxalar. İstər dəmir yollarının inkişafı, istərsə də avtomobil yollarının inkişafı üçün. Hərçənd ki, bunlar bərabər olsa daha məqsədəuyğun olar. Ölkənin iki şəhəri ilə müqaisə etsək, Sumqayıt şəhərinin infrastrukturu ilə Bakı şəhərinin infrastrukturu eyni deyil. Ən azı küçələrin, hərəkət zolaqlarının sayı, genişliyi, onların tutum qabiliyyəti, əlçatanlığı, alternativliyi, mobilliyi, ümumi, texniki cəhətdən hazır olması şərtdir. Və bu şərt çərçivəsində biz hərəkət edə bilərik. Digər bir məsələ isə AYNA tərəfindən düşünürük ki, ümumi olaraq bu proseslərin tərkib hissəsidir. Bu dövlət agentliyinin əməkdaşları bu məsələdə xüsusi olaraq sərnişindaşımağa taksi fəaliyyətilə məşğul olacaq şəraitin yaradılması, taksi parklarının salınması, pulsuz dayanacaqların tətbiqi, pulsuz dayanacaq növlərinin aşkara çıxarılması, avtobus zolaqlarından giriş və çıxışın təmin edilməsi, sərnişinlərin düşüb-minməsinə daha səmərəli yöntəm, bunlar hamısı saydıqca artan proseslərdir. Bu proseslərin cəlb olunması daha səmərəli bir element olmalıdır”.