Qazaxda siçan dərmanından ölən qadınla bağlı TƏBİB-dən AÇIQLAMA
Qazaxda qadının dərmandan zəhərlənməsinə TƏBİB-dən açıqlama verilib. TƏBIB-dən cavab olaraq bildirilib ki, 12.01.2025-ci il tarixində saat 16:30-da 2000-cil təvvəlüdlü şəxsin (qadın cinsli) gəmiricilər əleyhinə kimyəvi dərman zəhərlənməsi şübhəsilə Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə çağırış daxil olub. Dərhal çağırış ünvanına briqada cəlb olunub. Lakin Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunarkən şəxsin ölüm faktı qeydə alınıb. Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb. Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb. Belə ki, 25 yaşlı A.Əliyeva siçan dərmanından zəhərlənib. Gənc qadın xəstəxanaya aparılsa da onu xilas etmək mümkün olmayıb. A.Əliyevanın necə zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.