Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI
Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş işdən çıxarılıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub. Bildirilib ki, metodiki kabinet bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb. Bildirilib ki, çıxarılan şəxslərin yerinə isə başqa rayonlardan şəxslər gətiriblər. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar. Qeyd edək ki, Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş: