Hüseyn Əsgərov vəzifəsindən azad edildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib. Mediaxeberleri.Az Modern.az-a istinadla xəbər verir ki, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Məlumatı Hüseyn Əsgərovun özü təsdiqləyib. O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək. Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub. O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı. Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: