Azərbaycanda böyrək transplantasiyası hansı xəstəxanalarda həyata keçirilir? - Siyahı
Azərbaycanda 11 xəstəxanada böyrək transplantasiyası həyata keçirilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-dən məlumat verilib. Bildirilib ki, “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 avqust 2021-ci il tarixli 235 nömrəli qərarı ilə müəyyən edilib. Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minib. Həmin xəstəxanaların siyahısını təqdim edirik: Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı Mərkəzi Neftçilər Xəstəxanası “Mərkəzi Klinika” MMC Respublika Müalicəvi Diaqnostika Mərkəzi Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC Bakı Sağlamlıq Mərkəzi "Bona Dea" Beynəlxalq Xəstəxanası “Yeni Klinika” publik hüquqi şəxs.