Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Qazaxda region gənclərinin inkişafı və karyera planlaması müzakirə olunub
  • Eldar Əzizov onu rəis təyin etdi
  • Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu - FOTO
  • Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...
  • Sabah Masallının bu kəndlərində qaz olmayacaq
  • Paşinyan: Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır
  • Qızların qaldığı yataqxanada nə baş verib? - "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - VİDEO
  • Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"
  • Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama
  • Sabah hava belə olacaq
  • AMB sədri kartlardakı limit məsələsinə aydınlıq gətirdi
  • Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
  • Emin Əmrullayevin bacarıqsızlığı və yaratdığı acı mənzərə Prezidentə detallı məruzə olunmalıdır
  • Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
  • Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
  • Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
  • Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
  • Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
  • Kiçik pomidorlarda böyük təhlükə!
  • Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Yalanla fakt arasında itən SƏRHƏDLƏR:

  • Tarix: 17-12-2024, 08:32

Media savadlılığı fərdin media vasitələrini və məzmununu anlamaq, qiymətləndirmək, tənqidi düşünmək və onlardan səmərəli şəkildə istifadə bacarığıdır.

Media müxtəlif məlumatları kütləvi şəkildə paylaşmaq üçün bir vasitədir.

Savadlılıq isə hər hansı bir məlumatı oxuyub analiz etmək və ondan düzgün nəticələr çıxarmaq qabiliyyətidir.


Media savadı olan şəxs medianın təqdim etdiyi informasiyaları düzgün anlayıb, onları şifrələyə bilməli, kütləvi məlumatların məzmununa və ötürülməsinə diqqət etməlidir.

Eyni zamanda, tənqidi yanaşma və düşüncə tərzini inkişaf etdirmək, düzgün seçim etmək, saxta xəbərləri ayırd etmək qabiliyyətinə də malik olmalıdır.

Vacib məqamlardan biri də odur ki, hər bir şəxs istənilən məlumatı dezinformasiyadan uzaq və şəffaf şəkildə təqdim etməyi bacarmalı, manipulyasiyanın qurbanı olmamalıdır.

Rəqəmsal informasiya dövründə yaşadığımız üçün media savadlılığı, müxtəlif məzmunlu informasiyaların sorğulanmasına, analiz edilməsinə və məlumatın dəqiq qaynağının araşdırılmasına kömək edir.

Bütün bunlar fonunda məlumatları rahatlıqla tirajlamaq və cəmiyyətə təqdim etmək mümkündür.

Media savadlılığının vacib cəhətlərindən biri də vətəndaşın ona yönəlmiş məlumatları analiz etmə bacarığındadır. Həmçinin bu məlumatları gündəlik həyatında rahat bir vasitə, mesaj kimi istifadə etməsi mümkündür.

Təəssüf ki, bu gün media savadsızlığı olan şəxslərin yaydığı dezinformasiya və saxta xəbərlər nəticəsində cəmiyyətdə mediaya qarşı inamsızlıq yaranıb.

Bəs media savadı olmayanlar artırılmasını və dezinformasiya xarakterli məlumatların qarşısını necə almaq olar?

   

                     “Məktəb şagirdlərinə məlumatı sanballı mənbədən əldə etmək vərdişi aşılamalıdır”

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan “Report” Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu bildirib ki, media savadlılığı bir-iki günə, aya, hətta ilə formalaşan məsələ deyil.


“Bu gün kimi dindirsən, saxta xəbərin, dezinformasiyanın bolluğundan, insanların hər yalan xəbərə inanmağa hazır olduğundan gileylənər. Hara üz tutsaq, feyk xəbərlər üstümüzə gələcək. Yalan xəbər bir dəfə internetə düşdüsə, başlayır öz “həyatını” yaşamağa, səhifədən səhifəyə, şəbəkədən şəbəkəyə yayılır. Bəzən heç mütəxəssislər belə yalanı doğrudan ayıra bilmirlər. Müxtəlif araşdırmalar feyklərin 10 dəfələrlə artdığını aşkarlayır.

Belə bir halda nə etməliyik? Yalan xəbərin qarşısını almaq olarmı? Bu sualların cavabı elə də asan məsələ deyil. Əslində, dövlət səviyyəsində yalan xəbərin qarşısını almaq üçün daim tədbirlər görülür. Belə olmasa, cəmiyyət daim çaxnaşma, gərginlik vəziyyətində yaşamağa məcbur olacaq. Hər bir şaiyə, yalan insanlara həm maddi, həm də mənəvi zərbə vura bilər. Dövlət qurumlarında bu iş yaxşı səviyyədə qurulub. Amma heç də hər yalanı üzə çıxarmaq, bununla bağlı hansısa bir iş görmək alınmır. Hər gün sosial şəbəkədə yüz minlərlə paylaşım edilir, bu qədər məlumatı oxumaq, emal etmək, yalan-doğrunu aşkarlamaq mümkünsüzdür. Dövlət qurumları yalnız ciddi məsələləri diqqətdə saxlaya bilirlər”, – deyə media eksperti qeyd edib.

İ.Rafiqoğlunun fikrincə, yalanlarla mübarizə yükü həm də ictimai qurumların, adi vətəndaşların üzərinə düşür: “Hansısa feyk xəbəri üzə çıxaran şəxs, sadəcə olaraq, həmin sosial şəbəkənin rəhbərliyinə məlumat versə, ya ümumi şikayət edilsə, bu, ən azı bir yalan xəbərin silinməsinə gətirib çıxara bilər.

Bu məsələdə bir problem də var. Müasir dövrün gənci qarşıya çıxan xəbəri və ya saxta fotonu əvvəlcə paylaşır, sonra isə onun doğru və ya yalan olduğu barədə düşünməyə başlayır. Belə mövqe media savadlılığının aşağı olmasından irəli gəlir. Nəyisə yoxlamağa nə həvəs var, nə də istək. Bəzən tələsən gənclik elə düşünmədən nəyisə paylaşmağa hazırdır. Bu səbəbdən emosionallığa qatılaraq yalanı tirajlayırlar”.

 


Ekspert vurğulayıb ki, media savadlılığının mükəmməl formalaşması üçün təməli orta məktəbdən qurulmalıdır.

“Məktəb şagirdlərinə məlumatı hansısa savadsız bloqçudan yox, sanballı mənbədən əldə etmək vərdişi aşılamalıdır. Buna indi başlasaq, bəlkə də 15-20 ilə daha savadlı nəsil yetişdirə bilərik. Ayrı-ayrı təlimlərin, sosial çarxların, sənədli filmlərin də sayını artırmaq olardı. Gənclərin media savadlılığının artması üçün gərək bütün tədris ocaqlarında ciddi prosesə təkan verək. Bu istiqamətdə xeyli iş görülməlidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Bəli, media savadlılığı, xüsusilə rəqəmsal dövrdə, fərdlərin düzgün qərarlar qəbul etməsi və ictimai müzakirələrdə daha fəal iştirak etməsi üçün vacib bir bacarıqdır. Media savadlılığı ona xas olan aspektləri həyata keçirməyi tələb edir.

 

 

   “Dezinformasiya xəbərləri məqsədlidir”.

 

Gununsesi.info-ya danışan Əməkdar jurnalist, tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli hesab edir ki, media savadlılığının əsas məqsədi jurnalistin verdiyi məlumat auditoriya tərəfindən qiymətləndirilməsidir.

“Media savadlılığı son illər trenddə olan əsas mövzulardandır. Buna iki nöqteyi- nəzərdən yanaşmaq olar.
Birincisi, ümumi media savadlılığı konsepsiyasısı, ikincisi isə mediada, kütləvi informasiya vasitələrində çalışanların özlərinin savadlılığı.

Birinci məsələdə media savadlılığı cəmiyyətdə yönəltdiyimiz məlumatları təhlil edə bilən, onu araşdıra bilən bir auditoriyadır. Yəni əsas məqsəd məlumatı düzgün çatdırmaq, nəyin yaxşı, nəyin pis, nəyin doğru, nəyin yalan olduğunu dəqiqləşdirə bilmək. Ona üçün də müəyyən səviyyə, savad, dünya görüş önəmlidir.

Bu gün sosial şəfəkələrdə geniş bir meydan var. Ondan istifadə edən şəxs bilməlidir ki, onun fərdə yazdığı məktubu ilə paylaşdığı status arasında çox böyük fərq var. Əgər məktub bir adama gedirsə, amma yazdığı mesajı 5-10 min adam görür. Bunun üçün də məsuliyyəti, hüquqi həddləri bilmək mütləqdir. Media savadlılığı da onlarda bu səriştəri yaradır. Çünki məqsədi də elə budur”, – deyə o əlavə edib.

Q.Məhərrəmli vurğulayıb ki, media nümayəndəsi yaydığı məlumatları mötəbər etmək üçün mütləq dəqiq mənbələrə əsaslanmalıdır:

“Əgər bu məlumat xəbərdirsə, o dolğun olmalıdır, xəbər dəyərlərinə, xəbər parametirlərinə cavab verməlidir.

Münaqişəli xarakterli məlumatlar, araşdırmalar tərəflərin mövqeyi ilə obyektiv balanslı şəkildə işıqlandırmalıdır və yenə də dəqiq mənbələrə istinad olunmalıdır. İttiham və cinayət faktorlar mütləq ki, faktlara əsaslanmalıdır.

Bunu edən jurnalist əlbəttə ki, həm peşə baxımından, hüquqi baxımından, həm də etik baxımından savadlılıq səviyyəsinə xas olmalıdır. Bütün bunların hamısı bir yerdə media savadlılığı anlayışını özündə ifadə edir.

Təəssüf ki, bu gün saxta dezinformasiya məlumatlar da çoxdur. Bu kimi xəbərlər bəzən bilmədən, bəzən bilərəkdən və ya hansısa məqsəd xatirinə yayılır.

Bunları qarşısına almaq üçün əlbəttə ki, ən yaxşı barometr oxucu münasibətidir. Yayımlanan xəbərlər əvvəlcədən nəzarət olunmalı, müxtəlif redaktədən keçməlidir. Peşəkar səviyyə o məlumatların qarşısını almağa imkan verirsə, o cür məlumatlar yayılmayacaq.

Təkrarçılıq, yüngül münasibət, qeyri-ciddi yanaşma, materialların və faktların dəqiqləşdirilməməsi saxta məlumatların artmasına səbəb olacaq.

Əlbəttə ki, dezinformasiyaların yayılmasının da müxtəlif məqsədləri var. Bunlar bəzən xaricdən ötürülə bilir, bəzən də daxildən müxtəlif əlaqələrin nəticəsində meydana çıxır.

Bunun üçün də yalan və saxta məlumatların yayılmaması üçün jurnalistlər çox ayıq olmalıdır. Kimsə özündən uydurma xəbərlər yazmamalı və yaymamalıdır”.

Cəmiyyətdə medianın etimadının, nüfuzunun artmasını vacib hesab edən əməkdar jurnalistin fikrincə, bütün kütləvi informasiya vasitələri dəqiq mənbələrə əsaslanmalıdırlar.

“İstər sayt olsun, qəzət olsun, televiziya olsun, verdiyi yaydığı məlumatlar dəqiq və mütəbər olmalı, mötəbər mənbələrə əsaslanmalıdır. Jurnalist xəbəri vermədən öncə ən azı iki mənbədən təsdiq olunduğuna əmin olmalıdır. Ziddiyyətli, münaqişəli və şübhə doğuran xəbərlər varsa heç bir halda onu çap etməməlidir.
Bir daha qeyd edirəm ki, mütləq şəkildə bütün məlumatlar dəqiqləşdirilməlidir. Eyni zamanda, məlumatlar birbaşa mənbələrdən alınmalı, şayiə ilə fakt arasında, xəbərlə rəy arasında ciddi sərhəd qoyulmalıdır.

Bizim peşəmizin əsası bünövrəsi elə rəylə faktı bir-birindən ayırmaq bacarığıdır. Əgər bunlar bir-birinə zidd olarsa, media qurumu jurnalistika ilə deyil, piyar işləri, təbliğat, reklamla məşğul olacaqsa, o artıq media prinsiplərinin uzaqda dayanır. Nəticədə cəmiyyətin bucür media qurumlarına heç bir ehtimadı olmayacaq”, – deyə Q.Məhərrəmli fikirlərini yekunlaşdırıb.

Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, dezinformasiya xəbərlərinin yayılmasında jurnalistikadan anlayışı olmayan şəxslər səbəb olur.

 

“Ümumiyyətlə, media sahəsi olduqca məsuliyyətli və ideoloji sahədir. Bütün peşələrdə olduğu kimi, jurnalistikanın da özünün məsuliyyəti, kodeksi var. Jurnalist cəmiyyətə ötürdüyü bütün mesajlarda diqqətli olmalıdır.

Media savadlılığının formalaşmasında aidiyyatı strukturlarla yanaşı, hər bir mətbu orqanının, eyni zamanda jurnalistin üzərində böyük məsuliyyət var. Onlar öz peşələrinə uyğun prinsipləri nəzərə amalıdır.

Media nümayəndələri birmənalı olaraq bilməlidirlər ki, dəqiqləşdirilməmiş, araşdırılmamış, heç bir informasiyanı cəmiyyətə ötürmək düzgün deyil.

Təəssüf ki, bu gün bəzi media savadı olmayan şəxslər dəqiq olmayan xəbərləri yayaraq cəmiyyətdə böyük problemlərin yaranmasına səbəb olur. Hesab edirəm ki, bu barədə artıq müəyyən işlər görülür və zamanla bu məsələ öz həllini tapacaq”– deyə deputat bildirib.

Deputat sonda onu da əlavə edir ki, insanlar düşünməməlidir ki, hər şeyi dövlət etməlidir.

O, vurğulayıb ki, hər kəs özünə aid vəzifəsini məsuliyyətlə icra etməlidir.

 

 

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info


Oxunub: 302
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:03 | Qazaxda region gənclərinin inkişafı və karyera planlaması müzakirə olunub
    Dünən, 18:41 | Eldar Əzizov onu rəis təyin etdi
    Dünən, 18:32 | Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu - FOTO
    Dünən, 18:31 | Xəzər ətrafında yaşayan sakinlər kənar ərazilərə köçürülə bilər...
    Dünən, 18:29 | Sabah Masallının bu kəndlərində qaz olmayacaq
    Dünən, 16:00 | Paşinyan: Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır
    Dünən, 15:55 | Qızların qaldığı yataqxanada nə baş verib? - "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" - VİDEO
    Dünən, 13:31 | Jurnalistlərin döyüldüyü məktəbin direktor müavini danışdı: "Kənar adam olmayıb, hamısı məktəblilərdir"
    Dünən, 13:29 | Mətbuat Şurasından məktəbdəki insidentlə bağlı açıqlama
    Dünən, 12:56 | Sabah hava belə olacaq
    Dünən, 12:55 | AMB sədri kartlardakı limit məsələsinə aydınlıq gətirdi
    Dünən, 12:54 | Ali Məhkəmədən Hacı Vəliyevlə bağlı qərar
    Dünən, 12:27 | Emin Əmrullayevin bacarıqsızlığı və yaratdığı acı mənzərə Prezidentə detallı məruzə olunmalıdır
    Dünən, 09:19 | Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?
    Dünən, 09:17 | Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət bayramı münasibətilə paylaşım edib
    Dünən, 08:10 | Bu rayonların icra hakimiyyətlərində həbslər BAŞLAYIR? – AÇIQLAMA
    Dünən, 07:53 | Kəlbəcərdə ağır qəza: Ölən və xəsarət alanın kimliyi məlum oldu
    Dünən, 07:51 | Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib?
    Dünən, 07:48 | Kiçik pomidorlarda böyük təhlükə!
    Dünən, 07:47 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    Dünən, 07:45 | "ChatGPT"nin dərmanla bağlı məsləhəti qadının həyatına son qoydu - FOTO
    Dünən, 07:44 | Almaniya doğrudan dağılır? Hər 4 saniyədə 1 nəfər işini itirir
    Dünən, 07:42 | Bakıda 2 yaşlı uşağı qonşuya tapşırdı, qayıdanda öldüyünü gördü
    Dünən, 00:03 | Media əməkdaşlarının çəkiliş zamanı məktəbin həyətində hücuma qalmaları ilə bağlı araşdırma başladı
    28-10-2026, 20:26 | "Qarabağ" "Dinamo Zaqreb"lə qarşılaşdı
    28-10-2026, 20:24 | Sabah Bakının bu yolları bağlanacaq
    28-10-2026, 20:11 | Bakıda poliklinikada rentgen şəkillərini qızdırıcıda qurudurlar? - VİDEO
    28-10-2026, 19:43 | Gəncə şəhərində yolların əsaslı təmirini bu şirkət həyata keçirəcək – 4.8 milyon alacaq
    28-10-2026, 19:42 | Füzulidə yeniyetmənin şok qisası: atasına görə 86 minlik malı YANDIRDI
    28-10-2026, 19:40 | Bu nazirliyin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı
    28-10-2026, 19:38 | Leyla və Arzu Əliyevalar konsertdə iştirak etdilər
    28-10-2026, 18:27 | 15 il əvvəl dövlət torpağını zəbt edib ev tikdi – Məhkəmə cəzalandırdı
    28-10-2026, 18:25 | Dövlət xətti ilə ipoteka kreditinin verilməsi qaydaları dəyişdi
    28-10-2026, 18:21 | Ağstafanın Aşağı Göycəli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidimizin anası evində ziyarət olunub
    28-10-2026, 18:13 | Zal Yusifovun oğlunun işi: Səs yazısı var...
    28-10-2026, 18:11 | Azərbaycanda aliment artırılacaq
    28-10-2026, 17:30 | Ağstafa rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr Zəfər Gününə ithaf olunan “Gülüstan” tamaşası nümayiş etdirilib
    28-10-2026, 16:42 | Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olundu
    28-10-2026, 16:37 | Ramiz Mehdiyev Xoşqədəmi bu yolla öldürtmək istəyirmiş - Planın üstü necə açılıb?
    28-10-2026, 16:34 | Prezident 2 fərman imzaladı
    28-10-2026, 16:13 | Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən çıxarıldı
    28-10-2026, 16:11 | Mehdiabad sakinlərinin avtobus problemi: bəziləri gecikir, bəziləri qəsəbəyə girmir
    28-10-2026, 16:10 | 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü - O hadisədən əvvəl nə deyib? - YENİLƏNİB
    28-10-2026, 16:07 | Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
    28-10-2026, 15:30 | Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
    28-10-2026, 15:12 | Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu
    28-10-2026, 14:43 | Şirvan kanalından Hacıqabul gölünə su axıdılacaq
    28-10-2026, 14:16 | Bu yol tam bağlandı
    28-10-2026, 14:10 | Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
    28-10-2026, 13:59 | İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.