Mediaxeberleri.az
    
  • İcra başçısı onu özünə müavin təyin etdi
    İcra başçısı onu özünə müavin təyin etdi
  • 
  • Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
    Xroniki stress bağırsaqlara necə təsir edir? - Bu əlamətlərə diqqət
  • 
  • Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
    Psixiatr xəbərdarlıq edir: "Artıq çəki beyinin fəaliyyətini zəiflədir"
  • 
  • Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
    Dünyanın aparıcı media resursları IV Şuşa Qlobal Media Forumundan nə yazdılar? - VİDEO
  • 
  • Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
    Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı – MƏHKƏMƏ
  • 
  • Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
    Qazaxda icra başçısı şəhidin evində aparılan təmir işlərinin mövcud vəziyyəti ilə yerində maraqlanıb
  • 
  • Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
    Mədəniyyətimizin səssiz qəhrəmanı ağır vəziyyətdə...
  • 
  • Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
    Dərinləşən Bakı-Berlin əlaqələri: Siyasi, iqtisadi və rəqəmsal inkişaf prioritetləri
  • 
  • Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
    Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür - VİDEO
  • 
  • Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
    Ağstafada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü”nün 151-ci il dönümü münasibəti ilə media nümayəndələri ilə görüş təşkil olunub
  • 
  • Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
    Tanışını Xankəndidən iribuynuzlu heyvan gətirəcəyi vədi ilə aldatdı - 17 min manatlıq dələduzluq
  • 
  • Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
    Bakıda 4 il əvvəl açılışı olmuş bağça niyə hələ də fəaliyyət göstərmir? - VİDEO
  • 
  • Pensiya alanların nəzərinə - Bu tarixdə
    Pensiya alanların nəzərinə - Bu tarixdə
  • 
  • Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
    Mənzilini müqaviləsiz kirayə verənlərin diqqətinə: Hansı risklər var?
  • 
  • “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
    “İdman Paytaxtı” Qazaxda velosiped idmanının şose növündə keçiriləcək Federasiya Kuboku yarışına hazırlıq işləri müzakirə olunub
  • 
  • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
    Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
  • 
  • MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
    MÜHARİBƏNİN YENİ MƏRHƏLƏSİ BAŞLADI - Kreml üçün ən təhlükəli ssenari...
  • 
  • Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
    Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu
  • 
  • Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
    Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşuldu
  • 
  • 17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
    17,4 MILYARD YATIRIB, 14 MILYARD GÖTÜRÜB... - Son rəqəmlər AÇIQLANDI
  • 
  • KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?
    KREMLİN STALİN “SEVGİSİ”... - Putin "Tarix hər şeyi öz yerinə qoyacaq” deyəndə nəyi nəzərdə tutur?

Son xəbərlər :
  • Milli Qəhrəman Keşlədə 3 mərtəbəli obyekt tikəcək - icazə verildi...
  • Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı - “göbələk Feyruz” kimdir?
  • Kolumbiyada matəm elan edildi
  • DSX işçilərinə - Xüsusi təklif
  • Magistraturaya qeydiyyatın vaxtı uzadıldı
  • Elektron attestatlarla bağlı yaranmış problemə aydınlıq gətirildi - RƏSMİ
  • Yeni Klinika-ya yeni mətbuat katibi təyin edildi
  • Zelenski azərbaycanlı hərbçiləri təltif etdi
  • Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Yenilənib
  • Atəşkəs başlamayıb - İran təkzib etdi
  • Dörd rayonda yanğın törədən 4 nəfər məsuliyyətə cəlb edildi
  • Dünən dənizdə batan gənc müğənni imiş
  • Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin SAYI
  • Kolumbiyada zəlzələdə ölənlərin sayı 254 nəfərə çatıb, 3 minə yaxın insan itkin düşüb
  • Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər
  • Çempionlar Liqası: “Sabah” nə qədər qazandı?
  • Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? – “Yalnız bu siniflərdə…”
  • Prezident Nərminə Mustafayevanı səfir təyin etdi
  • Bəzi yerlərdə şimşək çaxır, yağış yağır
  • Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Vətən müharibəsi şəhidi çavuş Timur Əliyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib

  • Tarix: 31-10-2025, 09:11

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi, İkinci Qarabağ savaşı xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. O Vətən müharibəsi ki, torpaqlarımız uğrunda gedən haqq savaşımız oldu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız 44 günlük savaşda Qələbə qazanaraq döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazdılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar. Mənfur düşmənlə yanaşı, bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü dövlətdir və apardığı savaş haqq savaşıdır. Bu savaş birlik savaşıdır! Yüzlərcə elindən, obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, vətənsiz böyüyən vətən övladlarını Qarabağımıza yenidən qaytarmaq uğrunda gedən savaş­dır! Bəli, bu savaş Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 noyabr yaddaşlara tarixi Qələbənin yazıldığı gün kimi həkk olundu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də şəhid çavuş Əliyev Timur Nurəddin oğludur. 

Oktyabrın 30-u 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin beşinci ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 5 il ötür. Bu gün Timur Əliyev kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. 

Oktyabrın 30-da Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri Xanlıqlar kəndində şəhidimizin evində olub, qəhrəman şəhidimizin ildönümündə iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu söylənilib. Vətən üçün canını fəda edən Timur Əliyev kimi oğulların döyüş meydanında göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an bizim qəlbimizdə yaşayacağı qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Timur kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğu bildirilib. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib.

Şəhid Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Xanlıqlar kəndində qəhrəman şəhidin adını əbədiləşdirən bulaq inşa olunmuşdur.


Oxunub: 1 003
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 19:19 | Milli Qəhrəman Keşlədə 3 mərtəbəli obyekt tikəcək - icazə verildi...
    Dünən, 19:16 | Mehdiyevlə bağlı SENSASİYA: Hər şey ortaya çıxdı - “göbələk Feyruz” kimdir?
    Dünən, 18:17 | Kolumbiyada matəm elan edildi
    Dünən, 18:14 | DSX işçilərinə - Xüsusi təklif
    Dünən, 17:29 | Magistraturaya qeydiyyatın vaxtı uzadıldı
    Dünən, 17:26 | Elektron attestatlarla bağlı yaranmış problemə aydınlıq gətirildi - RƏSMİ
    Dünən, 17:23 | Yeni Klinika-ya yeni mətbuat katibi təyin edildi
    Dünən, 17:21 | Zelenski azərbaycanlı hərbçiləri təltif etdi
    Dünən, 17:19 | Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - Yenilənib
    Dünən, 17:18 | Atəşkəs başlamayıb - İran təkzib etdi
    Dünən, 14:31 | Dörd rayonda yanğın törədən 4 nəfər məsuliyyətə cəlb edildi
    Dünən, 14:29 | Dünən dənizdə batan gənc müğənni imiş
    Dünən, 14:08 | Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirənlərin SAYI
    Dünən, 14:04 | Kolumbiyada zəlzələdə ölənlərin sayı 254 nəfərə çatıb, 3 minə yaxın insan itkin düşüb
    Dünən, 14:02 | Naxçıvan sakinlərini sevindirəcək daha bir xəbər
    Dünən, 14:01 | Çempionlar Liqası: “Sabah” nə qədər qazandı?
    Dünən, 12:23 | Məktəblərdə dərslərin başlama vaxtı dəyişir? – “Yalnız bu siniflərdə…”
    Dünən, 12:06 | Prezident Nərminə Mustafayevanı səfir təyin etdi
    Dünən, 12:04 | Bəzi yerlərdə şimşək çaxır, yağış yağır
    Dünən, 10:46 | Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
    Dünən, 10:35 | Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    Dünən, 10:20 | Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ rəsmilərinin görüşü keçirildi
    Dünən, 10:17 | Gürcüstan Dəmir Yolları: Tbilisi-Bakı istiqamətində əlavə reyslərlə bağlı çətinlik yoxdur
    Dünən, 10:14 | İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    Dünən, 10:07 | Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    Dünən, 10:02 | Azərbaycan nefti bahalaşıb
    Dünən, 09:05 | Ağstafada iki avtomobil toqquşdu: Xəsarət alanlar var
    11-08-2026, 21:59 | UEFA Çempionlar Liqası: "Sabah" darmadağınla növbəti mərhələdə - VİDEO
    11-08-2026, 13:51 | Bu gün və sabah geomaqnit qasırğası gözlənilir
    11-08-2026, 13:49 | Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
    11-08-2026, 13:09 | Pensiya yaşına 1-2 il qalmış şəxslərin DİQQƏTİNƏ - bu işçilər ixtisara salına bilər?
    11-08-2026, 13:06 | Azərbaycanla Türkiyə arasında gömrük prosedurları sadələşdirilir
    11-08-2026, 13:02 | Leysan, dolu və külək olacaq - PROQNOZ
    11-08-2026, 13:00 | DİN-dən onlayn alış-verişlə bağlı xəbərdarlıq: Belə aldada bilərlər...
    11-08-2026, 12:58 | Bəşər Əsəd barəsində ölüm hökmü çıxarıldı
    11-08-2026, 11:00 | Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
    11-08-2026, 10:56 | Ali Məhkəmə podrat müqavilələri ilə bağlı qərar qəbul etdi
    11-08-2026, 10:53 | Hava limanı yolundakı yeni qurğular sürət ölçür? - Rəsmi
    11-08-2026, 10:51 | Ağstafada kişi meyiti tapıldı
    11-08-2026, 10:02 | Neft bahalaşdı
    11-08-2026, 09:56 | Fazil Mustafa və Gülşən Məmmədoğlu arasında qalmaqal – “Dili kəsilməlidir”
    11-08-2026, 09:53 | Bu ərazilər işıqsız qalacaq
    11-08-2026, 09:40 | Qələbənin diplomatiyaya çevrilən gücü
    11-08-2026, 09:30 | UEFA Çempionlar Liqası: "Sabah" həlledici oyuna çıxır
    11-08-2026, 00:00 | MƏMURLARIN ADINDAN “TƏCİLİ” PUL İSTƏYİRLƏR - DTX məlumat yaydı
    10-08-2026, 13:18 | Bu şəxslərin müavinəti ləğv ediləcək
    10-08-2026, 13:16 | Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
    10-08-2026, 13:13 | Keçmiş deputat məmuru güllələdi
    10-08-2026, 12:42 | ADSEA-nın süni intellekt əsaslı rəqəmsal siması Aysu... - Video
    10-08-2026, 12:03 | Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.