Ermənistan Hindistandan milyard dollarlıq təyyarələr alacaq
Yerevan Nyu-Delhi ilə "Su-30" qırıcı təyyarələrinin alınması barədə danışıqlar aparır. Təyyarələrin tədarükünün 2027-ci ildə başlayacağı gözlənilir. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Indian Defense" yazıb. Məlumatda bildirilir ki, tərəflər arasında müvafiq danışıqlar aparılır. Sövdələşmə bağlanmaq üzrədir. Gözlənildiyinə görə, Ermənistan ümumən 2.5-3 milyard dollarlıq 8-12 təyyarə alacaq. Söhbət "Su-30MKİ"nin daha çox Hindistan istehsalı olan sistemlərlə yenilənmiş modifikasiyasından gedir. Üstəlik, qırıcı təyyarələrin komponentlərinin əhəmiyyətli hissəsi Rusiyadan tədarük ediləcək. İlkin məlumata görə, təyyarələrin tədarükü 2027-ci ildə başlayacaq, 2029-cu ildə isə başa çatacaq.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş:





















