Zehninizi oyandıracaq səhər vərdişləri açıqlandı
Mütəxəssislər günə enerjili və fokuslanmış başlamağın sirrini sadə səhər vərdişlərində görürlər. Mediaxeberleri.Az bildirir ki, bir neçə asan addım həm bədənin, həm də zehnin aktivləşməsinə kömək edir. Səhər oyanan kimi üzə soyuq su çiləmək qan dövranını sürətləndirərək orqanizmi oyadır. Meditasiya etmək və ya bir neçə dəqiqəlik sakit düşüncə anı keçirmək stressi azaldır və diqqəti artırır. Günə pozitiv fikirlərlə başlamaq - məsələn, “bu gün hər şey yaxşı olacaq” kimi təsdiqlər söyləmək - motivasiyanı yüksəldir. Qısa zehni məşqlər, tapmaca həlli və ya kitab oxumaq zehnin aktivliyini artırır. Yüngül fiziki hərəkətlər, piyada gəzinti və yoga isə bədəni hərəkətə gətirərək beyin fəaliyyətini dəstəkləyir. Mütəxəssislər həmçinin səhərlər ilıq limonlu su içməyi də tövsiyə edirlər. Bu vərdişlər bədənin canlanmasına, müsbət düşüncənin və ümumi məhsuldarlığın artmasına səbəb olur.





















