Uşağınıza yatmazdan əvvəl deməli olduğunuz 6 vacib söz
Uşaqların emosional inkişafı və valideynlə münasibətinin möhkəmlənməsi üçün yatmazdan əvvəl deyilən sözlər böyük əhəmiyyət daşıyır. Mediaxeberleri.Az bildirir ki, valideynlərə bu 6 ifadəni hər axşam uşaqlarına deməyi tövsiyə edilir: “Bugün günün necə keçdi?” – Uşağınızla günün hadisələrini paylaşmaq və onu dinləmək etibar hissini gücləndirir. “Bugün daha yaxşı necə olardı?” – Bu sual uşağın düşünmə və problemləri dəyərləndirmə bacarığını inkişaf etdirir. “Səni sevirəm.” – Uşağa şərtsiz sevgi mesajı vermək onun özünəinamını artırır. “Sabah yeni bir başlanğıcdır.” – Pis keçən günün arxada qaldığını və hər səhərin yeni ümidlər gətirdiyini xatırladır. “Sənin valideynin olduğum üçün çox xoşbəxtəm.” – Uşağa dəyərli olduğunu hiss etdirir. “İndi ən çox nəyə minnətdarsan?” – Minnətdarlıq hissini öyrətmək uşağın pozitiv düşünmə vərdişlərini gücləndirir. Mütəxəssislərin fikrincə, bu cür sadə, amma mənalı dialoqlar uşağın özünü güvənli, sevilən və dəyərli hiss etməsinə kömək edir. 





















