Qurudulmuş çərəzləri suda gözlədin – səbəbi düşündüyünüzdən fərqlidir
Qurudulmuş çərəzləri, xüsusilə də qoz, badam, fındıq kimi məhsulları istehlak etməzdən əvvəl bir müddət suda gözlətmək həm sağlamlıq, həm də dad baxımından faydalı hesab olunur.
Mediaxeberleri.Az bildirir ki, uzun müddət saxlanılan bu qidaların üzərində toz və digər qalıqlar ola bilər, suda saxlamaq bu çirklərin təmizlənməsinə kömək edir.
Mütəxəssislərin fikrincə, çərəzlərin tərkibində olan fitik turşusu və tannin kimi maddələr bədəndəki dəmir, sink və kalsium kimi mineralların mənimsənilməsini çətinləşdirir. Qurudulmuş çərəzləri suda gözlətmək bu maddələrin miqdarını azaldaraq, həm həzmi asanlaşdırır, həm də qidaların qida dəyərini artırır.
Qeyd edilir ki, çərəzləri bir gecə suda saxlamaq kifayətdir. Lakin həmin suyu içmək məsləhət görülmür, çünki o, təmizlənmə zamanı ayrılan toz və qalığı özündə toplayır.






















