Pentaqon ABŞ-nin Ukraynaya edəcəyi hərbi yardımın məbləğini açıqladı
"ABŞ-nin Ukraynaya bundan sonra hələ 9 milyard dollardan çox hərbi yardımı nəzərdə tutulub". Mediaxeberleri.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu məbləği Pentaqonun nümayəndəsi Patrik Rayder deyib. Bu vəsaitin 2.21 milyardı bazarda yeni avadanlıqların alınması və onun Kiyevə çatdırılmasını nəzərdə tutan Ukraynada təhlükəsizliyin təmin edilməsinə yardım təşəbbüsü (USAI) çərçivəsində təsdiqlənib. 6.8 milyard "Presidential Drawdown Authority" (PDA) təcili hərbi yardım proqramı çərçivəsində qalır, bu mexanizm Pentaqonun anbarlarından hərbi texnikanın göndərilməsini nəzərdə tutur.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: