Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
  • "Brent" nefti ucuzlaşdı
  • Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
  • Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
  • İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
  • Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
  • “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
  • Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
  • Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
  • Üç gündə Rusiyaya dəyən zərər: 33 milyon ton neft...
  • Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
  • Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
  • KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
  • Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
  • Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
  • TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
  • 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
  • Zərdüşt Əlizadənin bacısı vəfat etdi
  • “Neftçi” liderliyə yüksəldi
  • Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Maksimum diqqət tələb edən SAHƏ: Təhsil islahatlarına fənlərin ixtisarından başlamalıyıq?

  • Tarix: 3-11-2024, 19:15

Müasir dünyada hər şey sürətlə dəyişir. Bu, həyatın bütün sahələrinə aiddir və təhsil də istisna deyil. Yeni texnologiyalar və tədris metodları həsəd aparılacaq qanunauyğunluqla ortaya çıxır. Bir neçə il əvvəl aktual olan şey bu gün köhnəlmiş ola bilər. Dövlətin təhsil sahəsində siyasəti də daim dəyişir. Yeni standartlar, təlim proqramları, sertifikatlaşdırma tələbləri və s. tətbiq edilir. Universitetlərdə tədris olunan yeni ixtisaslar da bu dəyişikliklərdən kənarda qalmır. Ali təhsil müəssisələrində bakalavr, rezidentura və magistratura pillələrində gələcək ali təhsilli kadrların hazırlanması üzrə yeni proqramların tətbiqi həyata keçirilir. Hesab edilir ki, əgər əvvəllər dünyanın daha çox hüquqşünaslara, mühasiblərə və s. ehtiyacı var idisə, indi bazarda vəziyyət dəyişib. Bəzi peşələr robototexnika ilə əvəz edilir, onların inkişafı və tətbiqi üçün də təlim keçmiş kadrlar tələb olunur. İndi hamımız başqa texnoloji struktura rahat keçid edirik. Hər il yeni ixtisaslar, əmək fəaliyyəti növləri və müvafiq iş yerləri yaranır. Robot texnikası və həyat elmlərində sürətli inkişaf var. Bir sözlə, artıq ali təhsil ənənə və fundamental biliklərlə yanaşı, əmək bazarının ehtiyaclarına meyl edir.

"Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır", - deyən elm və təhsil naziri Emin Əmrullayev də yeni əmək bazarının tələbini xatırladıb.

Nazir hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsinin texniki xarakterli olduğunu qeyd edib: "Əslində bu, indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır".

Təbii ki, ali təhsil müəssisələrində ixtisaslarla bağlı islahatlar, yeni ixtisasların müəyyən olunması, təhsil proqramlarının yenilənməsi və s. kor-koranə edilməməlidir. Bu istiqamətdə ciddi müzakirə, təhlil və araşdırmalara ehtiyac var.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Təhsil sahəsi üzrə ekspertlər və mütəxəssislər də məsələyə birmənalı yanaşmırlar.

"Təhsildə o qədər problemlər var ki..."

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, təhsildə kortəbii islahatlar aparmaqdan çəkinmək lazımdır: "Təhsil elə sahədir ki, burada çoxlu eksperiment aparmaq yalnız zərər vura bilər. O mənada da ali təhsil müəssisələrində ixtisaslarla bağlı dəyişikliklərdə diqqətli olmalıyıq. Yəni söhbət ondan gedir ki, hansısa bir fənnin ixtisar olunması şəxsi mülahizə əsasında olmalı deyil. Təhsildə o qədər problemlər var ki... Niyə nazirlik bu islahatlara fənlərin ixtisarından başlamaq istəyir? Düşünürəm ki, burada ciddi müzakirə, təhlil və araşdırmalara ehtiyac var". Millət vəkilinin fikrincə, bu prosesdə tələsik addımlar atmaq bizim üçün ciddi problemlər yarada bilər: "Biz bu məsələdə maksimim diqqətli olmalıyıq ki, gələcəkdə əziyyət çəkməyək. Mən hansısa bir fənnin çıxarılmasının tərəfdarı deyiləm, əksinə, düşünürəm ki, bəzi yeni fənləri daxil etməli və daha çox fənni gənclərə öyrətməliyik".

Zamanla ixtisasların əlaqəsi

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin fikrincə, elm və təhsil naziri məsələyə düzgün yanaşır: "Bütün dövrlərdə bu, belə olub. Zaman kontekstində ixtisaslar həm yenilənib, həm də məzmunca təkmilləşib. İndi zaman daha sürətli inkişafa şahidlik edir, dünya sürətlə dəyişir. Bu inkişaf axarında təbii ki, ixtisasların yenilənməsi tələbə çevrilir. Artıq bir çox yeni ixtisaslar "vətəndaşlıq hüququ" əldə edib. Bununla belə, hazırda müxtəlif proqnozlar olsa da, hansı yeni ixtisasların aktuallaşacağını müəyyən etmək çətindir. Bu taleyüklü məsələ olduğu üçün xüsusi müzakirələrin aparılmasını tələb edir. Xarici ölkələrin təcrübəsinin öyrənilməsi də məqsədəuyğun ola bilər".

"Maraqlı tərəflər müzakirəyə cəlb olunmalıdırlar"

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, ixtisaslarla bağlı islahat təklifi subyektiv fikirlə əmələ gələn məsələ yox, ümumi müzakirəyə ehtiyacı olan məsələdir: "Ali məktəb rektorları, müəllim heyəti, tələbələrlə sorğu keçirilməlidir. İslahat proqramında bu məsələ qoyulub: təhsil sahəsində qəbul olunan bütün qərarlarda ictimai rəyin öyrənilməsi və o qaydalar üzərində ictimai nəzarətin təşkil olunması. Maraqlı tərəflər müzakirəyə cəlb olunmalıdırlar. Təəssüf ki, bizdə ümumi ictimai rəyə diqqət yetirilmir. Təhsil ümummilli məsələdir. Bu sahədə bütün ictimaiyyətin fikri öyrənilməlidir". N.İsrafilov "Ali məktəblərdə müəyyən ixtisaslar artıqdır" fikrini qəbul edir: "Amma biz bir növ orta məktəbin vəzifəsini ali məktəbin, ali məktəbin vəzifəsini orta məktəbin üzərinə yükləmişik. İndi elə çıxır ki, sanki orta məktəblər ali məktəblərə fənlər üzrə tələbə hazırlayır, ixtisaslaşma gedir. Ali məktəblərdə əsas diqqət ixtisas fənlərinə verilməlidir". Təhsil ekspertinin fikrincə, indi daha çox diqqət təhsil sahəsində hazırkı problemlərin həllinə yönəlməlidir: "Aidiyyəti olmayan adamların dərsliklər yazması, tədris planlarının yüklü olması və s. kimi problemlər var. Biz tədris planının yükdən azad edilməsi üçün nəsə etmişik? Bunu rəsmilər özləri də etiraf edir, problemlər hər il sadalanır. Amma problemi qaldırmaq şərt deyil, onu həll etmək lazımdır. Təbiət fənlərini - fizika-kimya-biologiya fənlərini bilrəşdirib, fənlərin inteqrasiyasını yaradırıq. Bu fənlər hamısı ayrılıqda elm sahələridir. Bunları birləşdirib guya Sinqapur modelini yaradırıq. Məgər hansı ölkədə nəsə varsa biz onun surətini çıxarmalıyıq? Tutaq ki, bu fənni tədris proqramına daxil etdik, bunu hansı fənn müəllimi tədris edəcək? İndi gözləyək ki, təlim kursları təşkil olunacaq, o müəllimlər kursu keçəcək və fənni tədris edəcəklər? Nazir islahatlarla bağlı məsələni yaxşı irəli sürür. Amma bu islahatlara zamanla gəlmək lazımdır".


Oxunub: 1 069
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:47 | ADY qatarlarının birinci sinif salonu gündəlik reyslərdə niyə əlçatan deyil?
    Bu gün, 10:40 | "Brent" nefti ucuzlaşdı
    Bu gün, 10:36 | Noyabrda 11 gün iş olmayacaq - Tarixlər
    Bu gün, 10:31 | Bakı-Qazax magistral yolunda ağır qəza: Bir ailənin 5 üzvü xəsarət alıb
    Bu gün, 10:27 | İRANLA SƏRHƏDDƏ ATIŞMA - Bir nəfər zərərsizləşdirilib + FOTOLAR
    Bu gün, 09:06 | Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept
    Bu gün, 09:04 | “Dünya” qəzetinin sahibi barəsində QƏRAR
    Bu gün, 09:01 | Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir? - Foto
    Bu gün, 08:57 | Azərbaycanda bələdiyyə binasında müəmmalı ölüm: Mühasibin meyiti aşkarlandı - Təfərrüat
    Bu gün, 08:53 | Üç gündə Rusiyaya dəyən zərər: 33 milyon ton neft...
    Bu gün, 08:51 | Nikahların sayı azalır, boşanmaların sayı artır: Səbəb nədir? - Video
    Bu gün, 07:54 | Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...
    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Dünən, 18:18 | 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
    Dünən, 18:01 | Zərdüşt Əlizadənin bacısı vəfat etdi
    Dünən, 17:56 | “Neftçi” liderliyə yüksəldi
    Dünən, 16:23 | Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
    Dünən, 16:22 | Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
    Dünən, 16:21 | "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
    Dünən, 16:20 | 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
    Dünən, 16:19 | Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
    Dünən, 16:17 | “Qalatasaray” vitse-prezidenti istefa verdi
    Dünən, 16:15 | Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
    Dünən, 16:03 | DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
    Dünən, 15:54 | Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
    Dünən, 14:10 | Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
    Dünən, 14:03 | Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
    Dünən, 14:01 | Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
    Dünən, 12:53 | Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
    Dünən, 12:45 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:36 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:35 | Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
    Dünən, 12:20 | Azərbaycanda bəzi kolleclər ləğv olunur? - Foto
    Dünən, 12:19 | Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
    Dünən, 12:10 | Göygöldə qəzada dörd nəfər xəsarət aldı
    Dünən, 12:01 | VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    Dünən, 11:44 | Yer kürəsində qəfil maqnit qasırğası başladı
    Dünən, 11:21 | “Neftçi” “Şamaxı” sınağında
    Dünən, 11:00 | Salyanda ağır qəza: ölənlər var
    Dünən, 10:59 | Ukrayna daha bir neft emalı zavodunu vurdu
    Dünən, 10:33 | Soğan niyə bahadır? - VİDEO
    Dünən, 10:32 | Almaniyada etiraz aksiyalarına 100 mindən çox insan qatılıb
    Dünən, 10:31 | Türkiyə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə mindi
    Dünən, 10:29 | Bakıda kombinatda yanğın baş verdi - Video
    Dünən, 09:33 | Ermənistanda hərbçinin meyiti tapıldı
    Dünən, 09:23 | Bu gün hava necə olacaq?
    Dünən, 09:15 | Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.