Mediaxeberleri.az
    
  • Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir
    Hüququ pozulan Göygöl rayon sakini Prezidentdən KÖMƏK istəyir
  • 
  • Dərslik boşluğu və müəllim motivasiyası: Ali təhsil nə vəziyyətdədir?
    Dərslik boşluğu və müəllim motivasiyası: Ali təhsil nə vəziyyətdədir?
  • 
  • "AZƏRBAYCAN KREMLİN ƏLALTISINI SAXLAYIB..." - "Putinin pul kisəsi" ləqəbli bu oliqarxa qarşı cinayət prosesi nə üçün alqışlanmamalıdır?"
    "AZƏRBAYCAN KREMLİN ƏLALTISINI SAXLAYIB..." - "Putinin pul kisəsi" ləqəbli bu oliqarxa qarşı cinayət prosesi nə üçün alqışlanmamalıdır?"
  • 
  • “Bu dəyişikliklər Konstitusiyaya ziddir...” - "Vergini pinəçilər, corab satanlar ödəməlidir?"
    “Bu dəyişikliklər Konstitusiyaya ziddir...” - "Vergini pinəçilər, corab satanlar ödəməlidir?"
  • 
  • Rusiyanın bombaladığı Donetsk vilayətinin Konstantinovka şəhərindən FOTOREPORTAj
    Rusiyanın bombaladığı Donetsk vilayətinin Konstantinovka şəhərindən FOTOREPORTAj
  • 
  • “Mənə düşmən olanla niyə danışığa gedim?!” - 12 milyonluq yeyintindən danışdı
    “Mənə düşmən olanla niyə danışığa gedim?!” - 12 milyonluq yeyintindən danışdı
  • 
  • “BAKI SÜBUT ETDİ Kİ, O, FƏLƏSTİNİN SƏMİMİ TƏRƏFDAŞIDIR” – “Bu gün top Vaşinqton və Təl-Əvivin meydançasındadır” (SƏFİRLƏ SÖHBƏT)
    “BAKI SÜBUT ETDİ Kİ, O, FƏLƏSTİNİN SƏMİMİ TƏRƏFDAŞIDIR” – “Bu gün top Vaşinqton və Təl-Əvivin meydançasındadır” (SƏFİRLƏ SÖHBƏT)
  • 
  • Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 nəfər barəsində Baş Prokurorluğa müraciət edib
    Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 75 nəfər barəsində Baş Prokurorluğa müraciət edib
  • 
  • 7 ölkənin lideri gələn həftə Azərbaycana gəlir - Nələr müzakirə ediləcək?
    7 ölkənin lideri gələn həftə Azərbaycana gəlir - Nələr müzakirə ediləcək?
  • 
  • Reanimasiyada yatan xalq artistinin son durumu
    Reanimasiyada yatan xalq artistinin son durumu
  • 
  • Azərbaycanın bu rayonlarından ŞOK GÖRÜNTÜLƏR - Nazirlik hərəkətə keçdi
    Azərbaycanın bu rayonlarından ŞOK GÖRÜNTÜLƏR - Nazirlik hərəkətə keçdi
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub
  • 
  • Əminə Yusifqızı vəfat etdi
    Əminə Yusifqızı vəfat etdi
  • 
  • Ağstafada 41 yaşlı müəllimə dərs zamanı qəfil dünyasını dəyişdi
    Ağstafada 41 yaşlı müəllimə dərs zamanı qəfil dünyasını dəyişdi
  • 
  • Ağstafanın Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    Ağstafanın Poylu kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
  • 
  • Sarsılmaz birlik: TDT vahid güc mərkəzi kimi - "Kaspi"nin TƏHLİLİ
    Sarsılmaz birlik: TDT vahid güc mərkəzi kimi - "Kaspi"nin TƏHLİLİ
  • 
  • İlham Əliyev bütün siyasi qütbləri necə dostlaşdırdı? - Son hadisələrin XRONİKASI
    İlham Əliyev bütün siyasi qütbləri necə dostlaşdırdı? - Son hadisələrin XRONİKASI
  • 
  • OKTYABRIN İKİ ÜZÜ: daş və dəmir dəyənəklərdən bayraktarlar savaşına... (Zahid Orucdan sensasion yazı)
    OKTYABRIN İKİ ÜZÜ: daş və dəmir dəyənəklərdən bayraktarlar savaşına... (Zahid Orucdan sensasion yazı)
  • 
  • Misir zirvəsində qardaşlıq mesajı: Ərdoğan haqqında danışılarkən Əliyevin qürur dolu baxışı
    Misir zirvəsində qardaşlıq mesajı: Ərdoğan haqqında danışılarkən Əliyevin qürur dolu baxışı
  • 
  • Sahibkar yalnız qazanc əldə etməməli, xalqına fayda verməli, gəncləri yetişdirməli və cəmiyyətə dəyər qatmalıdır - MÜSAHİBƏ
    Sahibkar yalnız qazanc əldə etməməli, xalqına fayda verməli, gəncləri yetişdirməli və cəmiyyətə dəyər qatmalıdır - MÜSAHİBƏ
  • 
  • İslam elmə və təhsilə necə təşviq edir? – DİNİMİZİ SEVƏK
    İslam elmə və təhsilə necə təşviq edir? – DİNİMİZİ SEVƏK

Son xəbərlər :
  • Əli Həsənov: "Ramiz Mehdiyevin həyat yolundan bizə də bir pay düşür" - VİDEO
  • Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
  • Bu ölkə Türkiyə vətəndaşları üçün vizasız rejimi dayandırdı
  • Hökumət güzəşt limitini 2 dəfə artırır - 400 min olacaq
  • Mehdiyev dövləti bu 50 nəfərlə “idarə edəcəkmiş” – ŞOK SİYAHI
  • RAMİZ MEHDİYEVİN XƏYANƏT MƏKTUBU ÜZƏ ÇIXDI - FOTOFAKT + MƏTN (Yenilənib)
  • Səhər, yoxsa axşam duş almaq daha faydalıdır?
  • "Bolmart” mağazalar şəbəkəsi kimindir? - Adnan Əhmədzadə ilə hansı əlaqələr var?
  • "Azəristiliktəchizat"da nöqsanlar aşkarlandı
  • Vəfa Allahverdiyevanın məhkəmə zalında həbsi tələb edildi
  • Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
  • Sinif otaqlarında özbaşınalıq: Bu şəraiti kim yaradıb? - VİDEO
  • 30 NƏFƏRLİK MÜTƏŞƏKKİL DƏSTƏ TUTULDU - Baş Prokurorluq məlumat yaydı
  • MTV bu verilişə görə cərimələnəcək
  • Azərbaycan İrəvandakı bu tədbirdə iştirak etməyəcək
  • Sabahın hava proqnozu AÇIQLANDI
  • Daha 16 itkin-şəhid dəfn olunacaq
  • Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
  • Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ
  • Gənclər və İdman Nazirliyi idman atları üçün yem alır – 112 min xərcləyəcək
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Heydər Əliyev ideyaları, siyasəti, fəlsəfəsi yaşayır - Müasir Azərbaycan onun yolu ilə inkişaf edir

  • Tarix: 3-09-2023, 14:54

Sadiq Qurbanov,


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bu gün Heydər Əliyevin siyasi fəaliyyətinin ən vacib komponentini təşkil edən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsindən 32 il ötür. Bu əlamətdar tarixi hadisə Azərbaycanın siyasi patriarxı olan böyük dövlət adamının fəaliyyətinə bir daha nəzər salmağı şərtləndirir.

Bəşər tarixi sübut edir ki, hər bir xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Şübhəsiz ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Xalqımız da müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ölkəmizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, müdrik ideyaları, səriştəli idarəetmə qabiliyyəti və əzmi ilə ölkəmizin strateji inkişaf konsepsiyasının reallaşmasına, dünya miqyasında layiqli yer tutmasına yol açmış dahi oğlu Heydər Əliyev ilə hər zaman fəxr edəcək, onu daima qürur hissi ilə xatırlayacaqdır.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev dahi lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində dövlət idarəçiliyi sahəsində ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini bütün varlığı və siyasi qətiyyəti ilə müdafiə etdiyi üçün xalqının Ümummilli Lideri zirvəsinə yüksəlmişdir. Tarixi prosesdə filosoflar cəmiyyətin inkişafını "mütləq "mən"də, "böyük şəxsiyyətlər"də, "fövqəlinsan"da, "görkəmli şəxsiyyətlər", "texnokratik elita" və başqa amillərdə axtarmışlar. Sosial zaman kəsiyində tarixi inkişaf prosesi bizə müxtəlif mənəviyyata və zəkaya malik şəxsiyyətlər vermişdir. Onlar tarixi zərurət və ya təsadüf nəticəsində hakimiyyətə gələrkən ictimai hadisələrin gedişinə müxtəlif istiqamətlərdə təsir göstərmişlər. Bu zaman ya obyektiv inkişaf ləngimiş, xaos və özbaşınalıq yaranmış, ya da cəmiyyət tərəqqi və yüksəliş yoluna düşmüş, ictimai sabitlik formalaşmışdır. 

Bu baxımdan Hegelin şəxsiyyət haqqındakı fikri çox səciyyəvidir: "Siyasi tənəzzülə doğru sürətlə yaxınlaşmaqda olan xalqın taleyini yalnız dahi xilas edə bilər".

Filosofların bu fikirləri sanki Azərbaycanın qısa zaman kəsiyində keçdiyi yolda, həm də Heydər Əliyevin həyatında öz təsdiqini tapmışdır. Heydər Əliyev vətəndaş qarşıdurmasına düçar olmuş və parçalanmaq təhlükəsi ilə üzləşmiş bir ölkədə xaosa və anarxiyaya son qoydu, müasir, müstəqil, inkişaf edən, sivil, demokratik-dünyəvi Azərbaycan dövlətini yaratdı, onun işlək idarəçilik mexanizmini formalaşdırdı, milli-mənəvi dəyərlərimizi dirçəltdi və inkişaf etdirdi. Heydər Əliyev öz konseptual yanaşması ilə tariximizin bütün mərhələlərinin öyrənilməsini zəruri hesab edirdi. Haqlı olaraq Heydər Əliyev XX əsr Azərbaycan tarixini dörd mərhələyə bölürdü.

1) Birinci mərhələ - əsrin əvvəllərindən Oktyabr inqilabına qədər olan dövrü əhatə edir.

2) İkinci mərhələ - 1918-1920-ci illəri - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrü, eləcə də formal baxımdan suverenlik əldə etmiş Azərbaycan SSR-in mövcud olduğu 1920-1922-ci illəri əhatə edir.

3) Üçüncü mərhələ Azərbaycan SSR-in federativ dövlətin tərkibində mövcud olduğu dövrdür (1922-1991-ci illər),

4) Dördüncü mərhələ - üçüncü respublikanın, müstəqil Azərbaycan Respublikasının formalaşması və inkişaf mərhələsidir.



Üçüncü, dördüncü mərhələlər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda müstəqil dövlət quruculuğunun başlanılmasını 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəldiyi dövr hesab etmək olar. Bu mərhələdə Heydər Əliyev fenomenal siyasi davranışları ilə Azərbaycanın müstəqilliyə qovuşması üçün bütün imkanları yaradırdı. Tariximizin Heydər Əliyev dövrü müasir Azərbaycan cəmiyyətinin formalaşması vəzifələrinin uğurla və ardıcıl olaraq yerinə yetirilməsi ilə seçilir. Məhz Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan böyük və sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yeni cəmiyyət parametrləri kəsb etməyə müyəssər olmuşdur.

Heydər Əliyevin zəngin irsinə əsaslanan inkişaf strategiyasının təhlili onun üç fundamental başlanğıca istinad etdiyini göstərir. Bunlar güclü dövlət, səmərəli iqtisadiyyat və azad insandır. Hər üç başlanğıcın qarşılıqlı ahəngdar fəaliyyəti ölkənin yüksək inkişafına, hərtərəfli tərəqqisinə xidmət edən əzəmətli vasitəyə çevrilmək gücündədir. Eyni zamanda dahi şəxsiyyətin fəlsəfəsində siyasətə kompleks yanaşma, milli dövlətçilik və milli ideologiya konsepsiyası, siyasət və iqtisadiyyatın vəhdəti, mədəni irs və milli-mənəvi, demokratik dəyərlər, bir sözlə, Azərbaycanın dirçəlişinin nəzəriyyə və praktikasına verdiyi töhfələr olduqca zəruri, vacib siyasi-fəlsəfi və mənəvi əhəmiyyətə malikdir.

Ulu Öndərin siyasi irsinin əhatəli tədqiqatı göstərir ki, Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkəmizdə milli özünüdərk, özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycançılıq şüurunun inkişafı, tariximizin öyrənilməsi, yerli kadrların yetişdirilməsi, o cümlədən milli ruhun yüksəldilməsi istiqamətində keçirilmiş bir çox tədbirlər sonrakı dövrdə millətimiz və dövlətimiz üçün çox ciddi rol oynamışdır. Ümummilli Liderin fəaliyyətinin əsasını milli-mənəvi, dini dəyərlərimizə sıx bağlılığı təşkil etmişdir. Azərbaycan və dünya tarixini mükəmməl bilməsi isə müstəqil dövlətçilik baxışlarının formalaşmasında çox böyük rol oynamışdır. Ulu Öndərin bütün səyləri milli şüurun dirçəldilməsinə, milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına və azərbaycançılıq məfkurəsinin digər əsas prinsiplərinin həyata keçirilməsinə yönəlmişdi.



Heydər Əliyevin apardığı məqsədli kompleks daxili və xarici siyasət nəticəsində qazanılmış uğurları tədqiqatçılar aşağıdakı kimi qruplaşdırırlar.

* Tarixi ənənələrin yaşadılması ilə yeni və özünəməxsus dövlətçilik nəzəriyyəsinin formalaşdırılması.

* Ölkədə hüquqi dövlət quruculuğunun əsaslarının formalaşdırılması. Yeni Konstitusiyanın qəbul edilməsi, məhkəmə islahatları, qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunların qəbul edilməsi.

* Mürəkkəb beynəlxalq münasibətlər sistemində Azərbaycanın özünün iqtisadi-siyasi mənafeyini qoruyub saxlaması.

* Öz torpaqlarını şərəflə qoruya biləcək ordu quruculuğunda əsaslı dönüş yaradılması.

* Azərbaycanın geosiyasi maraqları təmin olunmaqla, dövlətin strateji neft-enerji siyasətinin müəyyənləşdirilməsi. Qeyd edək ki, bu siyasət nəticəsində Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

* Azərbaycana siyasi sabitlik fonunda kifayət qədər xarici investisiya cəlb edilməsi.

* Həm beynəlxalq neft müqavilələri, həm də xarici investisiyanın iqtisadi səmərəyə çevrilməsi Azərbaycana Qafqaz regionunda super dövlətə çevrilmək imkanı yaratdı.

Dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin ayrı-ayrı çalarları onun siyasi strategiyasının vacib tərkib hissəsi sayılır. Onun siyasi fəaliyyətinin ən kiçik detalları belə böyük siyasi mahiyyət daşıyır. Heydər Əliyevin Azərbaycana qayıdışı və bu fonda Naxçıvanda yaşadığı dövrü Azərbaycanın çağdaş siyasi həyatının ən təlatümlü və təbəddülatlarının intensiv yer aldığı mərhələ hesab etmək olar. Heydər Əliyev SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundan istefa verdikdən sonra sovet imperiyasının bütün mexanizmi onun təcrid edilməsinə yönəlmişdir. Bu məqamlarda doğma yurdu Naxçıvandan Azərbaycanda Kommunist Partiyasının qurultayına nümayəndə seçilməsi SSRİ və Azərbaycan SSR rəhbərliyində şok effekti yaratdı.

Heydər Əliyevin Azərbaycana gəlişinin qarşısını almaq məqsədilə ona qarşı təhdidlər başlamışdı. Heydər Əliyevin 20 Yanvarla bağlı Azərbaycan xalqına və hökumətinə müraciəti xalqdan gizlədildi. O, müraciəti heç bir mətbuat orqanı dərc etmədi. Belə bir şəraitdə Azərbaycana gəlmək böyük risk idi. Heydər Əliyevin qurultay nümayəndəsi seçilməsində mühüm rol oynamış dəyərli ziyalı, naşir Əjdər Xanbabayevin qətlə yetirilməsi ilə onun gəlişini önləyə biləcəklərini düşünürdülər.



20 iyul 1990-cı ildə Bakıya qayıdan Heydər Əliyevin paytaxtda yalnız iki gün qalması mümkün oldu. O, iyulun 22-də doğma Naxçıvana qayıtmalı oldu. Ovaxtkı siyasi rəhbərlik xof içində idi. Əslində, Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtmaq üçün deyil, sadəcə öz doğma vətənində yaşamaq üçün gəlmişdi. Sonralar Azərbaycan SSR Ali Sovetinin 12-ci çağırış I sessiyasında (1991-ci il fevralın 9-da) çıxışı zamanı o, bu barədə belə demişdi: "...Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq... üçün yox, ancaq və ancaq respublikanın bu ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetiriməyə, azadlıq uğrunda mübarizəyə qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu hüququmdan heç kəs məhrum edə bilməz..."



Ətraflı






Heydər Əliyev Naxçıvana gəldikdən iki gün sonra dahi Hüseyn Cavidin məqbərəsini ziyarət etməyə getdi. Onun bu ziyarəti izdihamla qarşılandı, yüz minə yaxın insan onunla görüş üçün toplandı. Bundan sonra Heydər Əliyevin Naxçıvan MSSR Ali Sovetinə və Azərbaycan Ali Sovetinə deputatlığa namizədliyi irəli sürüldü. Heydər Əliyevə ehtiram əlaməti olaraq seçki dairəsindən ona alternativ namizəd irəli sürülmədi.

30 sentyabr 1990-cı ildə Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali sovetlərinə deputat seçildi. Bununla da Heydər Əliyevin fəal siyasi həyata qayıdışı təmin olundu. Beləliklə, müasir Azərbaycanın tarixində demək olar ki, müstəqillik epopeyasının təməli qoyuldu. Heydər Əliyevin millət vəkili kimi fəaliyyət dönəmi də xüsusi diqqətə layiqdir.

Heydər Əliyevin həyat kredosunun təməl prinsipini təşkil edən azadlıq ideyası onun fəaliyyətinin əsas strategiyasını təşkil edir. Biz bütün həyatı boyu Heydər Əliyevin bu ideyaya sadiq qaldığını görürük. Təsadüfi deyil ki, Azərbaycanın müstəqilliyi, milli istiqlalı uğrunda ilk əməli addımlar da atan məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 17 noyabr 1990-cı ildə Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etmişdir. 



Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından "sovet" və "sosialist" sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi.

Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı ildə ilk dəfə 20 Yanvar hadisəsinə düzgün siyasi qiymət verdi, bu qanlı hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərləri Vəzirovun, Mütəllibovun və başqalarının günahkar olduqlarını göstərdi. Manqurtlaşmış respublika rəhbərliyinin iç üzünü açdı.

Bundan sonra Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 5 fevral 1991-ci il açılış sessiyasındakı çıxışında mövcud siyasi vəziyyəti əhatəli təhlil etdi, böhranın, habelə Dağlıq Qarabağ münaqişəsinin səbəblərini, SSRİ və respublika rəhbərlərinin yol verdiyi ciddi qüsurları və onları aradan qaldırmağın, təcavüzkar Ermənistana qarşı müdafiə mövqeyindən çıxıb birlikdə mübarizə aparmağın vacibliyini qeyd etdi. Onun çağırışını xalq ruh yüksəkliyi ilə qarşıladı. Həmin sessiyada dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu.



Lakin bu, hələ müstəqillik yolunda atılan ilk addımlar idi. Heydər Əliyev yeni ittifaq müqaviləsi ilə bağlı Azərbaycan Respublikasının Ali Sovetində 7 mart 1991-ci il tarixli çıxışında müstəqillik məsələsini daha kəskin qoydu. Heydər Əliyev respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolunu tutmağa, aydın ideoloji konsepsiya yaratmağa səslədi. O dedi: "Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?". 

Lakin dahi siyasətçinin bu ritorik sualları cavabsız qaldı. Kölə psixologiyası ilə yaşayan manqurtlaşmış "siyasətçi"lərin fikirləri bu idi ki, Azərbaycan müstəqil yaşaya bilməz. Heydər Əliyev qətiyyətlə bu manqurtları düşünməyə vadar edirdi. O, tarixi çıxışında bu məsələləri vurğulayaraq söyləyirdi: "Bir sözlə, mən yeni ittifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirçəlişi hərəkatı inkişaf edir". Bəli, bu cür qətiyyətli bir siyasətçi Azərbaycanı müstəqilliyə apara bilərdi.



Artıq müstəqilliklə bağlı əməli addımların daha da intensiv həyata keçirilməsi lazım idi. 19 iyul 1991-ci ildə Ulu Öndər Heydər Əliyev Kommunist Partiyası sıralarını tərk etdi. O, SSRİ Nazirlər Kabineti partiya təşkilatına ərizəsində qeyd edirdi: "Azərbaycanın dövlət suverenliyi, ərazi bütövlüyü konstitusiyaya zidd olaraq kobud şəkildə pozulub. Ermənistanla Azərbaycan arasında elan edilməmiş müharibə gedir... bütün bunlar "humanist ideologiyalı" Sovet dövləti üçün adi haldır".

Bir məsələni də xüsusilə vurğulayaq: Heydər Əliyev istefa ərizəsinin sonunda təmiz əqidəli kommunistlərə öz hörmətini saxladığını bildirirdi. Bu, Heydər Əliyevin saf əqidəli insanlara hörmətinin ifadəsi idi.

26 avqust 1991-ci ildə Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.

Heydər Əliyev bütün çıxışlarında birmənalı şəkildə xalqı milli istiqlaliyyət yolunu tutmağa dəvət edirdi. Xalq isə Heydər Əliyevin azadlıq sevdasını alqışlayaraq onun hadisələrə təsir imkanını artırmaq məqsədilə mövqeyini möhkəmləndirirdi. 

Belə məqmlardan biri 3 sentyabr 1991-ci ildə baş verdi. Həmin gün Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçildi. Heydər Əliyev özü bu barədə deyirdi: "Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhvali-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm" (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyası, 3 sentyabr 1991-ci il).



Heydər Əliyevin müstəqillik epopeyasının ən önəmli çalarlarından biri də dövlət müstəqilliyinin əldə edilməsində ən vacib aktlardan biri olan, demək olar ki, ilk hüquqi sənəd sayılacaq 30 avqust 1991-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamənin qəbul edilməsi ilə bağlı növbədənkənar sessiyada Azərbaycanın müstəqilliyinin elan olunması təklifi ilə çıxış etməsidir. Bunun nəticəsində həmin sessiyada "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edildi. Sözügedən bəyannamə artıq Azərbaycan xalqının müstəqillik arzusunu ifadə etməklə, eyni zamanda hüquqi təminat üçün şərait yaradırdı.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin Bəyannaməsində deyilirdi ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında konstitusiya qanunlarına əsaslanır.

Həmin ilin oktyabr ayının 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Konstitusiya Aktında deyilirdi: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir".

Tarixi irsimizə həmişə ehtiramını ifadə edən Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz Müstəqillik Günü kimi dəyərləndirərək, bunu obyektiv yanaşmalarla əsaslandıraraq söyləyirdi: "1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı. Xalq Cümhuriyyəti qısa, yəni 23 aylıq fəaliyyəti dövründə çox işlər gördü. Bu işlərin ən mühümü isə Azərbaycanın müstəqilliyinin, dövlətçiliyinin əsaslarının qurulması oldu. İlk Azərbaycan dövlətinin, hökumətinin təsisatları məhz həmin dövrdə yarandı".



Heydər Əliyev 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti Sədrinin müavini hesab edildi. Lakin siyasi rəqibləri onu bu kürsüdə görmək istəmirdilər və bu səbəbdən qanunvericiliyin bu norması ləğv edildi. Lakin bu cılız hərəkətlər Heydər Əliyev kimi böyük siyasi lideri öz yolundan döndərə bilməzdi. Heydər Əliyev üçün birinci növbədə Azərbaycana qarşı hərbi təcavüzün qarşısının alınması idi. Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunları çıxarılan zaman onlara məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olundu.

Respublikada baş alıb gedən hərc-mərclik artıq Heydər Əliyevin fəal siyasətə qayıdışını şərtləndirirdi. Heydər Əliyev 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir. Partiya Ulu Öndərin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Ulu Öndərin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkənin ən böyük və effektiv siyasi qüvvəsinə çevrildi.

Artıq xalqın bütün təbəqələri ayrı-ayrılıqda Heydər Əliyevə müraciət edərək onun Bakıya gəlib respublikaya rəhbərlik etməsini tələb edirdi. Ölkədə yaranmış xaosu yalnız bir siyasi xadim dayandıra bilərdi ki, bu da Azərbaycanın siyasi lideri Heydər Əliyev idi. Hətta ovaxtkı respublika rəhbərliyi də bu həqiqəti artıq dərk edirdi. Onlar Heydər Əliyevin arxasınca Naxçıvana xüsusi təyyarə göndərərək təkidli xahişlərlə onu Bakıya dəvət edirdilər. Onlar bilirdilər ki, Azərbaycanın müstəqilliyinin yeganə təminatçısı böyük siyasi lider Heydər Əliyevdir və onun müstəqillik ideyalarını yaşatmaqla Azərbaycanı işıqlı gələcəyə aparmaq olar. Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: "Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, Azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır, onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, biz doğma Vətənimizi onun yolu ilə irəliyə aparmalıyıq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq".

Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunması və daha da möhkəmləndirilməsi siyasətini uğurla davam etdirir. Bu bir həqiqətdir ki, Azərbaycanın bugünkü qələbələri Ulu Öndər Heydər Əliyevin başladığı əzəmətli işlərin davamıdır. Gördüyü hər bir işlə, atdığı hər bir addımla bugünkü nailiyyətlərimizin təməlini qoymuş Heydər Əliyevin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilir. Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyaları rəhbər tutan, hazırda Azərbaycanı bütün dünyada ləyaqətlə təmsil edən, adı dünyanın aparıcı siyasətçiləri ilə yanaşı çəkilən Prezident İlham Əliyev respublikaya rəhbərlik etməyə başladığı ilk gündən Heydər Əliyev ideyalarının və siyasi xəttinin alternativinin olmadığını və onun müəyyən etdiyi strategiyanı həyata keçirməklə Azərbaycanın sürətli inkişafını təmin edəcəyini bildirmişdir.



Heydər Əliyev siyasəti müasir dövrdə iqtisadi, siyasi, mədəni-mənəvi sahələrdə, daxildə və beynəlxalq aləmdə Azərbaycanın inkişaf yoluna işıq salan fikir, düşüncə, ideya mayakı və kompasıdır. Heydər Əliyevin etnik millətdən siyasi millətə keçid konsepsiyasını inkişaf etdirən cənab Prezident İlham Əliyev bu ideyanı tarixi şüura əsaslanan genetik yaddaşın təzələnməsi ilə inkişaf etdirərək, Azərbaycanın 200 illik milli natamamlıq kompleksinə son qoydu. 44 günlük Zəfər müharibəsi ilə Azərbaycan xalqının qəhrəman xalq olduğunu, millətimizin isə böyük millət olduğunu bütün dünyaya sübut etdi.


Oxunub: 422
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:08 | Əli Həsənov: "Ramiz Mehdiyevin həyat yolundan bizə də bir pay düşür" - VİDEO
    Dünən, 21:45 | Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
    Dünən, 21:43 | Bu ölkə Türkiyə vətəndaşları üçün vizasız rejimi dayandırdı
    Dünən, 21:40 | Hökumət güzəşt limitini 2 dəfə artırır - 400 min olacaq
    Dünən, 20:04 | Mehdiyev dövləti bu 50 nəfərlə “idarə edəcəkmiş” – ŞOK SİYAHI
    Dünən, 18:25 | RAMİZ MEHDİYEVİN XƏYANƏT MƏKTUBU ÜZƏ ÇIXDI - FOTOFAKT + MƏTN (Yenilənib)
    Dünən, 18:22 | Səhər, yoxsa axşam duş almaq daha faydalıdır?
    Dünən, 18:19 | "Bolmart” mağazalar şəbəkəsi kimindir? - Adnan Əhmədzadə ilə hansı əlaqələr var?
    Dünən, 18:16 | "Azəristiliktəchizat"da nöqsanlar aşkarlandı
    Dünən, 15:46 | Vəfa Allahverdiyevanın məhkəmə zalında həbsi tələb edildi
    Dünən, 15:43 | Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
    Dünən, 14:33 | Sinif otaqlarında özbaşınalıq: Bu şəraiti kim yaradıb? - VİDEO
    Dünən, 14:26 | 30 NƏFƏRLİK MÜTƏŞƏKKİL DƏSTƏ TUTULDU - Baş Prokurorluq məlumat yaydı
    Dünən, 13:35 | MTV bu verilişə görə cərimələnəcək
    Dünən, 13:34 | Azərbaycan İrəvandakı bu tədbirdə iştirak etməyəcək
    Dünən, 13:31 | Sabahın hava proqnozu AÇIQLANDI
    Dünən, 12:44 | Daha 16 itkin-şəhid dəfn olunacaq
    Dünən, 12:41 | Mürsəlovun sabiq müavininin həbsi tələb edildi
    Dünən, 11:20 | Ramiz Mehdiyev komandası hücuma keçdi, İKİ DEPUTAT İFŞA EDİLDİ
    Dünən, 10:46 | Gənclər və İdman Nazirliyi idman atları üçün yem alır – 112 min xərcləyəcək
    Dünən, 10:45 | Mingəçevirdə ər arvadını bıçaqladı
    Dünən, 10:43 | Cəlilabadda 1 yaşlı uşağı cərəyan vurub öldürdü
    Dünən, 10:22 | Bakıda restoran yandı
    Dünən, 10:21 | Qəbələ RİH internet səhifəsinə yerləşdirilmiş mətnləri rus və ingilis dilinə tərcümə etdirə bilmir
    Dünən, 10:19 | Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq?
    Dünən, 10:17 | Bakıda yanaraq ölən şəxsin kimliyi məlum oldu
    Dünən, 09:40 | Azərbaycan güləşçisi dünya çempionu oldu
    Dünən, 09:34 | Moskvaya dron hücumu olub
    Dünən, 09:28 | Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır - VİDEO
    Dünən, 09:25 | Bakıda içməli su yola axır: "Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın" - VİDEO
    Dünən, 09:21 | Xain Mehdiyev, sədaqətsiz məmurlar, "alverçi" deputatlar... - Siyasi sistemdə islahat zərurəti
    26-10-2025, 21:42 | Azərbaycanda ilk dəfə “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub - (FOTO+VİDEO)
    26-10-2025, 21:27 | İspaniya La Liqası: "El-Klasiko" üç qolla bitdi
    26-10-2025, 20:14 | Daha bir gənc müəllim qəfil vəfat etdi - Foto
    26-10-2025, 19:58 | “Qarabağ”dan gözlənilməz xal itkisi, “Neftçi”dən qələbə
    26-10-2025, 18:43 | Zərdabda ağır qəza: ölən var
    26-10-2025, 18:38 | "Neftçi" qələbə qazandı
    26-10-2025, 18:36 | Ramazan ayı bu tarixdə başlayacaq
    26-10-2025, 12:38 | Qardaş ölkə İstanbulda sülh sazişi imzalayacaqmı?
    26-10-2025, 12:35 | Azərbaycan millisinin futbolçusu əməliyyat olundu
    26-10-2025, 11:59 | Stressi aradan qaldıran vaksin təqdim edilib
    26-10-2025, 11:46 | Gözəllik məhsullarında zəhərli kimyəvi maddələr aşkar edilib
    26-10-2025, 11:43 | Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
    26-10-2025, 11:41 | Bələdiyyə üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti Strasburqa yola düşüb
    26-10-2025, 10:10 | “Deyirlər ki, ərin hara baxır...”
    26-10-2025, 10:07 | Premyer Liqada IX tura bu gün yekun vurulacaq
    26-10-2025, 09:57 | Paytaxtda SÖKÜNTÜ: Hansı ərazilər plana düşüb? - VİDEO
    26-10-2025, 09:35 | Yayda toz-torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi - VİDEO
    26-10-2025, 09:13 | Bakı–Qazax magistralında QƏZA: Ölən və yaralananlar var
    26-10-2025, 01:40 | Ağstafada yol-nəqliyyat hadisəsi baş verib
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.