Mediaxeberleri.az
    
  • Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
    Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?
  • 
  • MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
    MEHDİYEVİN BACANAĞINA CİNAYƏT İŞİ AÇILDI - Nə qədər mənimsəyib?
  • 
  • “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
    “MÜTTƏFİQLİK ÇOX BÖYÜK MƏSULİYYƏTDİR VƏ BİZ BUNA HAZIRIQ” - Azərbaycan - Qırğızıstan münasibətlərinin yeni səviyyəsi Türk Dünyasına nə vəd edir?
  • 
  • Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
    Xalq şairi Nəriman Həsənzadə son mənzilə yola salındı - FOTO - VİDEO
  • 
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
    Goranboyda 33 yaşlı kişi qətlə yetirildi, Atası saxlanıldı
  • 
  • Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
    Göyçayda elektrik paylayıcısı təhlükə saçır - VİDEO
  • 
  • Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
    Şəmkirdə maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
  • 
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
    Qazax rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq - XƏBƏRDARLIQ
  • 
  • Qazaxda müşavirə keçirilib
    Qazaxda müşavirə keçirilib
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
    Nəriman Həsənzadənin oğlundan təsirli çıxış - VİDEO
  • 
  • Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
    Çətinliklə yuxuya gedənlərdə insult riski çox artır – Diqqət
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
  • 
  • Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
    Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
  • 
  • Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
    Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
  • 
  • İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
  • 
  • Qələbənin diplomatiyaya çevrilən gücü
    Qələbənin diplomatiyaya çevrilən gücü
  • 
  • Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
  • 
  • Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir

Son xəbərlər :
  • “BƏLKƏ, HEÇ OLMASA SUSASINIZ?..." - Sabiq nazirdən sərt AÇIQLAMA
  • Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
  • MİNİMUM PENSİYA NƏ QƏDƏR OLMALIDIR? – “Əgər ərzaq və dərman qiymətləri artırsa...”
  • Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA - VİDEO
  • Qaza həsrət qalan kənd sakinləri - VİDEO
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu
  • Azərbaycanda zəlzələ oldu
  • Bakıda dəhşətli qətl törədildi
  • Bakıda 3 yol ötürücüsü müvəqqəti bağlanacaq!
  • Xəzər dənizi geri çəkildi, yeni ada yarandı
  • Növbəti 3 gün güclü külək əsəcək – Xəbərdarlıq
  • Əsgər ölümü: Ermənistanda qərargah rəisi saxlanıldı
  • 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
  • Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq
  • Avqustun 27-də hava necə olacaq?
  • Mübariz İbrahimovun adını daşıyan məktəbin bütün məzunları ali məktəblərə qəbul oldular
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • Bu ali məktəbdə erməni dili tədris olunacaq
  • Bakıda marşrut avtobusu səkidəki ağaclara çırpıldı - FOTO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

S.Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Şeir kimi ömür” adlı ədəbi-bədii gecə keçirilib

  • Tarix: 13-04-2026, 14:10

2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.

“Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamı Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan görkəmli şairə dövlət səviyyəsində göstərilən ehtiramın, hörmətin bariz nümunəsidir.  Ölkə başçısının imzaladığı Sərəncamda qeyd edildiyi kimi, Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş “Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən, dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir. Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində əhəmiyyətli rol oynayır.

Xalq şairi Səməd Vurğunun 120 illiyi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunmaqdadır.

Aprelin 13-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Şeir kimi ömür” başlıqlı ədəbi-bədii gecə keçirilmişdir. Qazax Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın məsul əməkdaşları, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Səbuhi Xasməmmədov, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmləri namizədi, dosent Məmməd Yusifov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov,  Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktor əvəzi Vüqar Əyyubov, Xalq şairi Səməd Vurğunun nəslindən olan, Tarix müəllimi, təqaüdçü Məhəmməd Vəkilov, Qazax xeyriyyə cəmiyyətinin üzvləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax və Ağstafa rayon komitələrinin sədrləri, rayon ziyalıları, təhsil işçiləri, tələbələr iştirak ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, habelə xalq şairi Səməd Vurğunun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Xalq şairinə həsr edilmiş videoçarx nümayiş olunub.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Bildirib ki, Respublika Prezidenti İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 23 fevral 2026-cı il tarixli Sərəncamı biz qazaxlılara, sənətkarın ruhuna ehtiram, eyni zamanda, xalqın mənəvi mirasına, mədəni irsinə diqqətin, dəyərin təcəssümüdür. Həmin sənəddən irəli gələrək ölkəmizdə, o cümlədən rayonumuzda yubiley tədbirləri silsilə şəkildə təşkil olunur. İndi keçirdiyimiz ədəbi-bədii gecə tədbirlərin davamıdır. Elə sənətkarlar olur ki, bir zaman büllur ayna kimi parlamış əsərləri zaman keçdikcə əvvəlki parlaqlığını itirir, zaman onların üstünü örtür. Lakin bəzi şairlər də vardır ki, illər qərinələr, əsrlər keçsə belə həmişəyaşar olaraq qəlbimizə həkk olunur... Dahilər haqqında ürək sözü söyləmək həm çətin, həm də məsuliyyətlidir. Xüsusən biləndə ki, deyəcəyin söz bir böyük insan, istedadlı bir şair haqqındadır, həyəcanın daha da artır. Belə sənət, söz-saz ustadlarından biri də, nəğməkar şair, Azərbaycan poeziyasının “bir cüt ulduz kimi parlayan” qaynar gözlü, “Ağ saçlı qartalı”, bütün dövrlərin böyük şairi, Azərbaycanımızın ilk Xalq şairi Səməd Vurğunundur. Səməd Vurğun Qazaxımızın, xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır.

Səməd Vurğun şəxsiyyətinin mayası vətən eşqi ilə yoğrulmuşdu. Gənc yaşlarından xalqına, vətəninin hər qarışına, doğma torpağının əsrarəngiz təbiətinə sonsuz bağlılığı ona “Vurğun” təxəllüsünü qazandırmışdı. “Demə, Səməd Vurğun gəldi-gedərdi, unutmaz bu oba, bu mahal məni”. Dillər əzbəri olan bu misralar zamanın fövqünə yüksəlmiş, milli istiqbalı öncədən görmüş Xalq şairi Səməd Vurğunun mənəviyyat zirvəsində tutduğu ali mövqenin əks-sədasıdır. Səməd Vurğun məktəbinin təməli 1925-ci ildə, Qori müəllimlər seminariyasını bitirərkən yazdığı “Cavanlara xitab” şeiri ilə qoyuldu. Sonralar Şair Azərbaycanın müxtəlif guşələrində – Qazaxda, Qubada və qədim Gəncədə dil və ədəbiyyat dərslərini tədris etsə də, həyatın axarı onu sözün sehrinə saldı. Poeziya gənc müəllimin daxili dünyasına hakim kəsilərək Azərbaycanın əbədiyaşar Xalq şairinə çevirdi. Ötən əsrin 30-40-cı illəri Vurğun yaradıcılığının ən parlaq təcəllası, poeziyamızın çiçəklənmə dövrü kimi tarixə düşdü. 1933-cü ildə yazılmış “Azərbaycan” şeiri milli ədəbiyyatın incilərindəndir. Bu şeirdə ölkəmizin qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, qonaqpərvərliyi öz əksini tapıb.

 Məşhur “Azərbaycan” şeirini Azərbaycanda və onun hüdudlarından kənarda yaşayan Azərbaycanlılar arasında yenicə dil açan körpələrdən savayı əzbər bilməyən varmı görəsən?! Vətənimiz Azərbaycan haqqında bir sevgi simfoniyası kimi səslənən bu ecazkar əsər kimlərin könlünü riqqətə gətiməyib?! Uşaqdan böyüyədək, şagirddən müəllimədək, sadə əməkçi insandan ziyalıyadək, fəhlədən alimədək, kim bu kəlimələrin qarşısında baş əyməyib?! Hətta Ulu Öndər Heydər Əliyev Azərbaycanımıza olan sonsuz məhəbbətini Səməd Vurğunun “Azərbaycan” şeiri ilə ifadə etmiş və bu əzəmət və qüdrət sahibi şeirdəki bəndləri dedikcə kövrəldiyini gizlədə bilməmişdir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin ustad şair Səməd Vurğun şəxsiyyəti və yaradıcılığına olan ehtiramı hər birimizə məlumdur. H.Əliyevin S.Vurğun haqqındakı fikirləri, böyük sənətkarın, təkcə əsərlərini mütaliəsinə yox, şəxsi müşahidələrinə də əsaslanır. S.Vurğun, H.Əliyevin öz ifadəsi ilə desək, "gənclik illərinin şairi" olub. Şairin Bakıda ev-muzeyinin, Qazaxda Poeziya evinin yaradılması, 70,80 və 90 illik yubileylərinin təntənəli surətdə keçirilməsi və bir çox başqa tədbirlər, məhz, H.Əliyevin təşəbbüsü ilə reallaşmışdır. Ulu Öndər Xalq şairi Səməd Vurğunun anadan olmasının 90 illik yubiley gecəsindəki nitqində deyirdi: Böyük şair Səməd Vurğunun 90 illik yubileyi şer, mədəniyyət bayramıdır, Azərbaycan xalqının bayramıdır. Görkəmli dövlət xadiminin ustad şairin şəxsiyyəti və yaradıcılığına olan ehtiramı, onun ocağından nur alanlara-övladlarına münasibətdə da davam etmişdir. 

İcra başçısı qeyd edib ki, bu gün respublikanın, demək olar ki, hər rayonunda şairin adına parklar, küçələr, mədəniyyət ocaqları, məktəblər var. Hətta şairin adını yaşadan nəhəng neft tankeri də fəaliyyət göstərir. Xalq şairinin adı ölkə hüdudlarından kənarda da böyük ehtiramla əbədiləşdirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Səməd Vurğun Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

İcra başçısı çıxışını Ulu Öndərin dahi şair barədə səsləndirdiyi dəyərli fikirləri ilə yekunlaşdırıb. “Biz bu günümüzə görə - xalqımızın mədəniyyətinin, ədəbiyyatının, elminin, təhsilinin ümumi səviyyəsinin bu mərtəbəyə qalxmasına görə Səməd Vurğuna minnətdarlığımızı bildirməliyik... Bu günki Azərbaycan əzəmətli, böyük bir binadır. Bu binaya hərə öz payını qoyubdur - kimi çox, kimi az. Amma bu insanların tam əksəriyyəti Azərbaycanı qurmağa, yaratmağa və inkişaf etdirməyə çalışmışdır. Onlardan da ən görkəmlisi böyük şairimiz Səməd Vurğundur. Biz Səməd Vurğunla fəxr edirik.”

Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Fizika-riyaziyyat elmlər namizədi, dosent Məmməd Yusifov, Xalq şairi Səməd Vurğunun nəslindən olan, Tarix müəllimi, təqaüdçü Məhəmməd Vəkilov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin Tərbiyə işləri üzrə direktor müavini Turanə Məmmədova və digərləri çıxış edərək Xalq  şairi Səməd Vurğunun Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi milli poeziyanın inkişafında müstəsna rolundan danışıblar. 

Daha sonra tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifasında Səməd Vurğunun müxtəlif mövzuları əhatə edən şeirləri səslənib, şairin məşhur Vaqif dramından və Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın Səməd Vurğunun həyatına həsr etdiyi “Çiçək və ürək” adlı tamaşadan səhnəciklər nümayiş olunub. Şairin sözlərinə bəstələnmiş musiqi nömrələri ifa olunub, ədəbi-bədii kompozisiyalar vasitəsilə Səməd Vurğunun yaradıcılığının müxtəlif çalarları səhnədə canlandırılıb, onun ideya və fikirləri bir daha tamaşaçılara çatdırılıb.




Oxunub: 703
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:23 | “BƏLKƏ, HEÇ OLMASA SUSASINIZ?..." - Sabiq nazirdən sərt AÇIQLAMA
    Dünən, 23:20 | Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?
    Dünən, 23:18 | MİNİMUM PENSİYA NƏ QƏDƏR OLMALIDIR? – “Əgər ərzaq və dərman qiymətləri artırsa...”
    Dünən, 23:08 | Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA - VİDEO
    Dünən, 23:00 | Qaza həsrət qalan kənd sakinləri - VİDEO
    Dünən, 21:40 | Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Dünən, 21:36 | Könül Həmzəyeva təqsirləndirilən şəxs oldu
    Dünən, 20:37 | Azərbaycanda zəlzələ oldu
    Dünən, 20:35 | Bakıda dəhşətli qətl törədildi
    Dünən, 20:34 | Bakıda 3 yol ötürücüsü müvəqqəti bağlanacaq!
    Dünən, 16:19 | Xəzər dənizi geri çəkildi, yeni ada yarandı
    Dünən, 16:14 | Növbəti 3 gün güclü külək əsəcək – Xəbərdarlıq
    Dünən, 16:12 | Əsgər ölümü: Ermənistanda qərargah rəisi saxlanıldı
    Dünən, 16:10 | 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
    Dünən, 13:39 | Tədrisi digər dillərdə aparılan VII siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris olunacaq
    Dünən, 13:31 | Avqustun 27-də hava necə olacaq?
    Dünən, 12:38 | Mübariz İbrahimovun adını daşıyan məktəbin bütün məzunları ali məktəblərə qəbul oldular
    Dünən, 12:18 | Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Dünən, 12:14 | Bu ali məktəbdə erməni dili tədris olunacaq
    Dünən, 12:12 | Bakıda marşrut avtobusu səkidəki ağaclara çırpıldı - FOTO
    Dünən, 12:10 | Antibiotik kimi təsir göstərən qidalar: Süfrənizdən əskik etməyin
    Dünən, 12:06 | Pakistanda yanğın: 15 körpə öldü
    Dünən, 12:04 | Mehriban Əliyevanın doğum günüdür
    Dünən, 11:56 | Bu səhvlər təkrarlansa, “Sabah” üçün çətin olacaq - Ekspert
    Dünən, 08:51 | Üç nəfərin ölümünə səbəb olan "Aqroservis"in əməkdaşının cəzası ağırlaşdırıldı
    Dünən, 08:45 | Odlar Yurdu Universitetindəki kəsirləri həll etmək vədi ilə pul alan şəxs azadlığa buraxıldı
    Dünən, 08:43 | Yeni binada aparılan tikinti sakinlərə problem yaratdı - VİDEO
    Dünən, 07:47 | "Çıxarışlı evim ola-ola..." - Bakıda sakinlərlə MTK arasında gərginlik - VİDEO
    Dünən, 07:46 | 610 bal topladı, amma tələbə ola bilmədi - FOTO
    Dünən, 07:42 | "Sabah" Azərbaycanı UEFA reytinqində yüksəltdi
    25-08-2026, 23:44 | Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
    25-08-2026, 23:40 | Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
    25-08-2026, 23:18 | Çempionlar Liqası: “Sabah” darmadağınla növbəti mərhələdə - VİDEO
    25-08-2026, 20:08 | Ukraynada qadınlar orduya çağırılır? - Rəsmi açıqlama
    25-08-2026, 20:06 | Ermənistana 14 vaqon buğda və 1 vaqon taxta göndərildi
    25-08-2026, 18:45 | 81 yaşlı Polad Bülbüloğlu boşandı və yenidən evləndi
    25-08-2026, 18:35 | Tovuzun ərazisindəki Gədəbəy kəndi: Sakinlər nəqliyyat xərcindən əziyyət çəkirlər - VİDEO
    25-08-2026, 17:53 | Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    25-08-2026, 15:13 | ABŞ olmasaydı, bu ölkə işğal edilərdi - Vens
    25-08-2026, 15:10 | Laçında erməni nümayəndələri ilə işgüzar görüş oldu
    25-08-2026, 14:45 | Bakıda 45 yaşlı kişi faciəvi şəkildə öldü
    25-08-2026, 14:44 | "Azəriqaz" rəhbərliyi Qaxda sakinlərlə görüşəcək
    25-08-2026, 14:40 | Köçəryan və Sərkisyana qarşı cinayət işi açıldı
    25-08-2026, 13:14 | Məlumat vermədən övladını sinifdə saxladılar - VİDEO
    25-08-2026, 13:10 | Natəvan Həsənova Sumqayıt Musiqi Kollecinə direktor təyin olundu
    25-08-2026, 13:06 | Köçəryan xəstəxanaya aparıldı
    25-08-2026, 13:04 | Sabah leysan yağacaq
    25-08-2026, 13:02 | ÇL: “Sabah”ın oyununa hansı kanalda baxaq?
    25-08-2026, 09:08 | Fermerlər südün alış qiymətinin aşağı olmaması üçün çıxış yolunu göstərdilər - VİDEO
    25-08-2026, 09:06 | Şəhid anası tələbə adını qazandı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.