Mediaxeberleri.az
    
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto

Son xəbərlər :
  • Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
  • Meloni İlham Əliyevə təşəkkür etdi
  • Qənirə Paşayevanın vəfatından 3 il ötür
  • Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
  • Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu
  • Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var
  • Sülh müqaviləsi zəruridir, amma yetərli deyil - AKTUAL
  • Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfərimizin qəhrəmanlarını ehtiramla yad edib - FOTO
  • Millətlər Liqası: Türkiyə İtaliyaya qarşı
  • Neft yenidən bahalaşdı
  • Əhali artır, amma uşaqların sayı azalır: demoqrafik problem - BELƏ DAVAM EDƏRSƏ...
  • Xaçmazda ağır qəza: 9 nəfər xəsarət aldı
  • Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü - FOTO
  • Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
  • "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
  • Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
  • "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
  • Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
  • UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
  • Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“PARLAMENTDƏ GÖRDÜKLƏRİM MƏNİ XEYLİ TƏƏCCÜBLƏNDİRDİ...” - “Bu problemlər ölkə daxilində gərginliyə səbəb və iqtisadi inkişafa mane ola bilər”

  • Tarix: 24-10-2024, 14:14

Elşad Musayev: “Ölkənin daxilində sabitliyin olmasını istəyiriksə, əsas şərtlərdən biri də odur ki, əhalinin problemlərini həll edək, tələbatlarını ödəyək"

“Mən onun tərəfdarıyam ki, məsələlər sakit, haysız-küysüz şəkildə həll olunsun”


Böyük Azərbaycan Partiyasının sədri, sentyabrda keçirilən növbədənkənar parlament seçkilərində 10 saylı Binəqədi üçüncü seçki dairəsindən ilk dəfə deputat seçilən Elşad Musayev "AzPolitika"-ya müsahibəsində parlament fəaliyyəti ilə bağlı planları, seçicilərin gözləntiləri və digər mövzular haqqında sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Elşad bəy, parlamentdə yeni simasınız. Milli Məclisin deputatı kimi fəaliyyətə başladıqdan sonra təsəvvür etdiyiniz mənzərə ilə üzləşdiyiniz reallıq üst-üstə düşdümü?

- Parlamentdə yeni sima olsaq da, siyasətdə yeni deyilik. Parlamentdə xeyli adam var ki, onlarla bizim şəxsi tanışlığımız var idi. Açığı, Azərbaycan parlamentində gördüklərim məni xeyli dərəcədə təəccübləndirdi. Parlamentin sədri ziyalı və təcrübəli bir xanımdır. Parlamentdə əvvəlki dövrlərdən xeyli fərqli bir mənzərə var. Çox yüksək səviyyəli, savadlı, qabiliyyətli işçilər var, həmçinin yanaşmalar yüksək səviyyədədir. Mən hesab edirəm ki, bunun çox böyük bir hissəsi bizim sədr ilə bağlıdır. Çünki ondan əvvəlki dövrlərdə “papanın gül balaları” çox idi…

- Texniki heyətdən söhbət gedir?

- Bəli, texniki heyətdən, personaldan, orda işləyən ayrı-ayrı məsul şəxslərdən söhbət gedir. Açığını deyim ki, mən düşündüyümdən qat-qat daha yaxşı bir atmosferlə rastlaşdım. Parlamentin işinə gəlincə, burada köhnə və yeni simalar var. Yenilərdən bir çoxunu tanımıram, təzəlikcə tanış olmağa başlamışıq. Parlamentin fəaliyyəti hələ yenidir. Mən Əmək və sosial siyasət komitəsinin sədr müaviniyəm.

- Parlamentdə çıxış etmisinizmi?

- Mənim bir məsələ ilə bağlı çıxışım oldu və hesab edirəm ki, səs gətirən bir çıxış idi. Biləcəri bələdiyyəsi problemlərindən danışmışam. Bələdiyyənin təqribən 800 min manat borcu var. 10 -15 ilin söhbətidir, borc yığılıb qalıb. Məsələ qaldırandan sonra digər bələdiyyələrdə də bu tip problemlər üzə çıxdı. Açıq şəkildə dedim ki, bu bələdiyyə işləyə bilməz. Ölkənin daxilində sabitliyin olmasını istəyiriksə, əsas şərtlərdən biri də odur ki, əhalinin problemlərini həll edək, tələbatlarını ödəyək. Bunun üçün də yerli özünüidarəetmə orqanları normal işləməlidir. Amma mövcud şərtlər daxilində bələdiyyə tam gücü ilə işləyə bilməz. Çünki hesab bağlıdır, vəsait daxil olan kimi silinir. Bələdiyyə necə işləsin? Bu vəziyyət deputat kimi məni də qane etmir. Yaranmış durum işə nəzarət edən orqanların günahıdır ki, indiyə qədər məsələni niyə qaldırmayıblar? Əgər borc silinməsə, yaxud dondurulmasa, bələdiyyə işləməyəcək. Bu problem həll olunmalıdır. Ondan sonrakı mərhələdə hamının fəaliyyəti yoxlanılmalıdır. Mən onun tərəfdarıyam ki, məsələlər sakit, haysız-küysüz şəkildə həll olunsun.

- Elşad bəy, sədr müavini olduğunuz Əmək və sosial siyasət komitəsi əhalinin ən həssas qruplarını əhatə edir. Xüsusən əlillər, sosial təminatı aşağı olan vətəndaşlardan çoxlu şikayətlər var. Deputat olduqdan sonra bu təbəqədən hansı müraciətlər almısınız?

- Sosial müavinətlərlə, pensiyalarla, xüsusən də kəsilmiş müavinət və pensiyalarla bağlı müraciətlər var. Şəxsən mənim özümə də müraciətlər olub. Bundan əvvəl bizim komitədə müəyyən məsələlər müzakirə olunub. Valideynlərini itirmiş uşaqlarla bağlı müzakirələr aparmışıq. Bizim marağımızdadır ki, insanlarımızın orta aylıq əmək haqqı, minimum əmək haqqı daha yüksək olsun. Təbii ki, dövlət orqanları da öz arqumentləri ilə çıxış edirlər.

- Hansı arqumentlərlə?

- Biz bir rəqəm deyirik, onlar başqa. Dövlət qurumunda işləyənlər ölkənin iqtisadi vəziyyətini daha yaxşı bilirlər və onlar da öz mövqelərini əsaslandırmağa çalışırlar ki, gücümüz, potensialımız buna çatır. Əgər bundan artıq versək, problem yaranır. Misal üçün, bizim dövlətin vəsaitinin xeyli hissəsi Qarabağda tikinti işlərinə gedir. Əgər bu olmasaydı, həmin vəsaitləri müavinətə, başqa sosial tələbata yönəltmək daha yaxşı olardı. Bizim mövqeyimiz ondan ibarətdir ki, daha çox müavinət, əmək haqqı və pensiya verilsin. Büdcə müzakirə olunacaq. Büdcə müzakirə olunanda bizim istəyimiz daha çox bu yöndə olacaq ki, insanların sosial tələbləri daha yüksək səviyyədə ödənilsin.

- Pensiyaların, digər sosial ödənişlərin verilməsində gecikmələr oldu. Hətta bu gün (dünən – red.) DSMF elan edib ki, sosial müavinətlər və pensiyalar oktyabrın 25-də ödəniləcək. Ötən ay sentyabrın 17-də ödənilmişdi. Çox ciddi narazılıqlar, şikayətlər var. Yəqin ki, deputat kimi sizə də müraciətlər olub. DSMF-ə bu barədə hansısa sorğunuz olubmu? Çünki Azərbaycanda son 20 -25 ildə pensiyalar gecikməyib. Bu problem nə ilə bağlı ola bilər?

- Bununla bağlı şəxsən mənə müraciət daxil olmayıb. Amma təbii ki, çox yaxşı başa düşürəm, ölkədə ən həssas kateqoriya pensiyaçılardır. Bunların ödənişini qətiyyən gecikdirmək olmaz. Yəqin ki, hansısa texniki məsələlər var. Heç bir dövlət orqanı indiki həssas məqamda qəsdən bunu gecikdirməz.

- Maliyyə problemini nəzərdə tutursunuz?

- Yox, texniki problem var. Ölkənin maliyyə problemi yoxdur, hər şey qaydasındadır. Düşünürəm ki, müvafiq qurumlar işlərinin öhdəsindən daha yaxşı gəlməlidir. Pensiyalar gecikdirlməməlidir.

- Qarşıdan büdcə müzakirələri gəlir. Əslində Milli Məclisdə kifayət qədər gərgin müzakirə olmalıdır. Düzdür, indiyə qədər bizim parlament ənənəsində belə müzakirələr demək olar, olmayıb. Siz hansı təkliflərlə çıxış etməyi planlayırsınız?

- Müəyyən məsələləri planlaşdırırıq. Amma biz də istəyirik ki, layihə əlimizdə olsun, ondan sonra bizim iqtisadi komandamız müəyyən etsin ki, hansı məsələlərlə bağlı çıxış etmək lazımdır. Hazırda büdcədən başqa məsələlər də var ki, ümumi gərginliyə səbəb olur. Məsələn, sənədiz evlər məsələsi. Biz bunu prezident seçkilərində də qaldırmışıq, indi də qaldırmaq niyyətindəyik. Sənədsiz evlər məsələsi çox ciddi problemdir. Ölkədə 500-600 min sənədsiz ev var ki, bu da təqribən 3 milyona yaxın vətəndaşı əhatə edir. Bunların məsələsini həll etmək üçün heç bir kənar təsir, təzyiq mexanizmi də yoxdur. Sadəcə, bu məsələdə qərar vermək lazımdır. Qanunla məhdudlaşdırıcı hallar var. Mən bir hüquqşünas kimi deyə bilərəm ki, ev yüksək gərginlik xətti altındadırsa, neft borusu keçirsə, dəmir yolu xətti, nəqliyyat, kommunikasiya xətti varsa, bunlar istisna olmaqla, yerdə qalan evlər orada yaşayan adamların xüsusi mülkiyyətinə verilməlidir. Nazirlər Kabineti və ya Bakı Şəhər İcra Hakimiyyəti bununla bağlı qərar verməlidir.



- Bir çox ekspertlər deyir ki, əmlak qanunverciliyi tamamilə vətəndaşların əmlak, mülkiyyət hüquqlarına qarşıdır. Həm də ona görə vətəndaşlar mülkiyyət hüquqlarını gerçəkləşdirə bilmirlər. Eyni zamanda rüsumlar, xidmət haqları astronomik şəkildə qaldırılıb. Məsələn, Bakı şəhərsalmadan çox ciddi narazılıq var ki, açıq rüşvət tələb edirlər. Bu məsələlərin parlamentdə qaldıra bilərsizmi?

- Əlbəttə, nəzərdə tuta bilərik. Bununla bağlı bir şeyi də deyim ki, vətəndaşların özlərinin də müraciətlərinə böyük ehtiyac var. Biz həm də siyasi bir partiyanı təmsil edirik. Gərək problemi olan adamlar da çəkinməsin. Əgər problem varsa, mənə müraciət etsinlər. Bu problemlərin hamısı ölkənin daxilində gərginliyə səbəb ola, iqtisadi inkişafa mane ola bilər. Bunları da biz dilə gətirməliyik. Əgər ölkənin iqtisadiyyatını inkişaf etdirmək istəyiriksə, dünyanın keçdiyi normal yolla getməliyik. Rüşvət, korrupsiya və monopoliyadan, məmur özbaşınalığından kənarda olmalıyıq. İstənilən bir sahəni inkişaf etdirmək istəyiriksə, ora azadlıq verilməlidir. Rəqabətə, iqtisadiyyatın inkişafına mane olan nə varsa, bunlar ilk növbədə dilə gətirməlidir.

- Səs vermiş seçicilərin deputat kimi Sizdən gözləntiləri nədən ibarətdir? Əvvəl müşahidə edirdik ki, deputatın ofisi, parlamentdəki iş otağı qələbəlik olardı. İndi necədir, deputatdan gözləntilər azalıb, yoxsa necə?

- Sizə bir şey deyim, yekəxanalıq kimi çıxmasın, mən bu seçki məsələlərini çox yaxşı bilirəm. İstənilən yerdə normal seçki kampaniyası apara bilərəm. Seçici ilə ilk növbədə sadə, onların anladığı dildə danışmalısan. Təəssüflər olsun ki, seçicilərin böyük əksəriyyətinin istəyi primitiv olur - asfalt tökmək, yer qazmaq və s. Halbuki, bunlar bələdiyyənin, icra strukturunun görməli olduğu işlərdir. Deputat seçiləndən sonra müəyyən adamların işə düzəlməsinə kömək etmişik. Yəni əvvəlki dövrdə bir az fərqli yanaşma vardı. İndi insanlar daha çox təsərrüfat xarakterli məsələlərlə bağlı müraciət edir. Məsələn, mənim təklifim ondan ibarət olub ki, ölkədən kənarda təhsillə bağlı dövlət proqramı var. İstəyirik ki, öz seçki dairəmizin əhatəsində insanları bu barədə maarfiləndirək. Bu daha qlobal bir iş deyilmi? Yeni nəsil həm də özünü dünya vətəndaşı hesab edir. Onlar rəqabətə davamlı olmalıdırlar. Məsələn, mənim 2 övladım var. Türkiyədə oxudular, ingilis dilində təhsil aldılar, Bayden universitetini bitirdilər, daha sonra Londonda təhsil aldılar. Onlar akademik səviyyədə dili bilir və dünyanın harasına getsələr rəqabətə davamlı olacaqlar.

- Sosial şəbəkələrdə bəzi deputatların fəaliyyətini, daha dəqiq desək seçicilərlə görüşlərini izləyirik. Fotolardan görünür, deputat qəbul otağında başda əyləşir, problemlər içində itib-batan məzlum vətəndaşlar isə ondan imdad diləyirlər. Yəni bütün hallarda vətəndaş ancaq problemini deməyə gələn, deputatdan kömək istəyən seçicidir. Millət vəkili də fotoları sosial şəbəkədə "deputat seçicilərlə görüşdü" başlığı ilə paylaşır. Bununla da iş bitir…

- Mən görüş vaxtı hamını bir yerdə qəbul edirəm. Bizə hələ konkret deputat ofisi verilməyib. Ona görə biz ayda iki dəfə rəsmi qəbul keçiririk. Orda müvafiq dövlət orqanlarında işləyənlərə sual ünvanlamaq lazım olur. Bilirsiniz, şikayətə gələn adamlar da müəyyən normalara əməl etməlidirlər. Mən hay-küy tərəfdarı deyiləm. Əvvəlcə ərizə yazılmalıdır. İnsanlara bu cür vərdişləri öyrətmək lazımdır.

- Məsələn, tutalım ki, parlamentdə qaldırmaq istədiyiniz bir məsələ var və bu, təkcə sizin dairənin problemi deyil. Bunu seçici qrupları ilə müzakirə etmək olarmı?

- Əlbəttə, bütün bu məsələlər oradan çıxır. Məsələn, mən hardan bilə bilərdim ki, Biləcəri bələdiyyəsinin borcu var. Qeyri-rəsmi görüşdə dedilər, mən də məsələni qaldırdım. Bizim adamlar hər gün sahədədirlər. Mən birinci gündən dedim ki, deputatın necə olduğunu hər kəsə sübut edəcəm. Hər gün mənə zənglər gəlir…

- Həmin adamlar partiya üzvləridir?

- Bəli, müəyyən qurumlarla işləyirik. Sorğular göndəririk, müraciətlər edirik.

- Problemlərin səssiz-küysüz həllinə tərəfdarsız. Amma onları ictimailəşdirib ictimai təzyiq yaratmaq da yaxşı üsuldur…

- Məsələn, bu yaxınlarda bir məktəbdə bir neçə gün idi ki, işıq yox idi. Müraciət etdikdən sonra məsələ həllini tapdı. İki metod var - inandrıma və məcburetmə. İnandırma olmursa, ikinci metoda keçirsən. Təbii ki, ictimai təzyiq, mediada işıqlandırma, parlamentdə həmin qurumun adının çəkilməsi müəyyən mənada təsirli olur.

E.Rüstəmli

E.Bəyməmmədli


Oxunub: 660
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:26 | Taleh Qaraşovun başçı olduğu Lənkəran İcra Hakimiyyətindən 10 manatlıq şirkətət 2 milyon köçürülür
    Bu gün, 10:25 | Meloni İlham Əliyevə təşəkkür etdi
    Bu gün, 10:20 | Qənirə Paşayevanın vəfatından 3 il ötür
    Bu gün, 10:18 | Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər
    Bu gün, 10:16 | Vəzifəli şəxsləri şantaj edən baş redaktora hökm oxundu
    Bu gün, 10:04 | Bərdədə minik avtomobili eşşək arabası ilə toqquşdu: Ölən var
    Bu gün, 09:57 | Sülh müqaviləsi zəruridir, amma yetərli deyil - AKTUAL
    Bu gün, 09:52 | Veysəloğlu Şirkətlər Qrupunun rəhbərliyi Zəfərimizin qəhrəmanlarını ehtiramla yad edib - FOTO
    Bu gün, 09:50 | Millətlər Liqası: Türkiyə İtaliyaya qarşı
    Bu gün, 09:46 | Neft yenidən bahalaşdı
    Bu gün, 09:44 | Əhali artır, amma uşaqların sayı azalır: demoqrafik problem - BELƏ DAVAM EDƏRSƏ...
    Bu gün, 07:58 | Xaçmazda ağır qəza: 9 nəfər xəsarət aldı
    Bu gün, 07:34 | Ağstafada parkda qətl: 34 yaşlı kişi öldürüldü - FOTO
    Dünən, 22:43 | Soyuq silahlarınızı cibinizə qoyun, əfəndilər! - Akif Aşırlının YAZISI
    Dünən, 22:18 | "Hər şey Sizdən başladı, cənab General" - Polad Həşimovun xanımı
    Dünən, 22:12 | Şok statistika - Bir həftədə 10 mindən çox döyüşçü zərərsizləşdirildi
    Dünən, 21:57 | "Haber Global": "Türkiyə-Azərbaycan dostluğu sosial mediada tez-tez hədəfə alınır" - VİDEO
    Dünən, 21:33 | Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO
    Dünən, 18:54 | UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - VİDEO
    Dünən, 17:52 | Millətlər Liqası: Yığmamız Litva ilə üz-üzə
    Dünən, 17:50 | Ərdoğandan Azərbaycanla bağlı AÇIQLAMA
    Dünən, 17:48 | Rəsul Quliyevin qızı: “Prezident İlham Əliyev olmasaydı, bütöv Azərbaycan ola bilməzdik”
    Dünən, 17:24 | Bakıya gəlmək istəyən erməni tankları - VİDEO
    Dünən, 16:47 | Zelenski elan etdi: Cəbhənin bu istiqamətində uğurlar var
    Dünən, 16:45 | Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
    Dünən, 16:40 | "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    Dünən, 15:56 | Qazaxda 27 Sentyabr - Anım Günündə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb
    Dünən, 15:49 | Azərbaycanla qardaşlığımız daim var olsun - Duran
    Dünən, 15:46 | İran ABŞ-ın daha bir sualtı qurğusunu ələ keçirdi
    Dünən, 15:43 | Ağstafada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
    Dünən, 15:37 | Hakan Fidan BƏƏ-yə gedir
    Dünən, 15:18 | 27 Sentyabr - Anım Günündə Ağstafa rayon Şəhidlər xiyabanı ziyarət olunub.
    Dünən, 14:05 | AzTU kollektivi Zəfər parkını ziyarət edib
    Dünən, 12:54 | Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze
    Dünən, 12:51 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:04 | Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
    Dünən, 11:20 | Bu iki ölkə Rusiyaya görə təxliyə planları hazırlayır
    Dünən, 11:18 | Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi
    Dünən, 10:53 | 27 Sentyabr - Anım Günü ilə əlaqədar dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət ediblər - FOTO
    Dünən, 10:49 | Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub
    Dünən, 10:19 | Qazaxda 27 Sentyabr - Anım Günü ərəfəsində Vətən müharibəsi şəhidləri məzarları başında anılıb
    Dünən, 09:44 | Millimiz üçün ilk sınaq: Azərbaycan Litva ilə üz-üzə
    Dünən, 09:42 | Vətən müharibəsinin birinci günü: Altı ərazi işğaldan azad edildi
    Dünən, 09:40 | UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel
    Dünən, 09:27 | Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal üstünü bağladılar...
    Dünən, 09:23 | Maryam Novruzi Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda moderatorluq edib - FOTO/VİDEO
    Dünən, 09:17 | Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı - VİDEO
    Dünən, 09:10 | Qazaxda Şəhidlər xiyabanı ziyarət olunub
    Dünən, 09:03 | Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO
    Dünən, 08:51 | Övladınız 11-17 yaşındadırsa, DİQQƏT: Dələduzlar məhz onları hədəf seçirlər
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.