Media Xəbərləri > Çap üçün versiya > Eduard Məmmədov ermənini məğlub etdi və 22-ci dəfə dünya çempionu oldu

Eduard Məmmədov ermənini məğlub etdi və 22-ci dəfə dünya çempionu oldu

Eduard Məmmədov ermənini məğlub etdi və 22-ci dəfə dünya çempionu olduAzərbaycan idmançısı Eduard Məmmədov (60 kq.) İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya cempionatının qalibi olub.

Mediaxeberleri.az "Report"-a istinadən xəbər verir ki, finalda onun rəqibi erməni əsilli Fransa təmsilçisi Aşot Xaçaturyan olub.
"Ağ canavar" ləqəbli Azərbaycan idmançısı rəqibini məğlub edərək 22-ci dəfə dünya çempionu tituluna yiyələnib.

"Hər bir döyüş çətin keçir. Amma bu, ikiqat çətin idi. Rəqib peşəkar idi. Lakin buna baxmayaraq qalib gəldim. Məqsədim rəqibi təkcə udmaq yox, həm də əzmək idi və buna nail oldum", - deyə idmançı "Report
a açıqlamasında bildirib.

Eduard Məmmədov ermənini məğlub etdi və 22-ci dəfə dünya çempionu oldu
Geri qayıt
http://mediaxeberleri.az/index.php?newsid=6848

© 2014 www.mediaxeberleri.com