Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
  • Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
  • FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
  • MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
  • Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
  • Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
  • Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ

  • Tarix: 4-05-2024, 00:08

“Verilişdə şou yaratmaq istəyirsənsə, ayrıca şou-proqram hazırla. Amma bütün verilişləri şouya çevirmək olmaz”.

Bu sözləri tanınmış aparıcı Ceyran Rəhimova Teleqraf.com-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Ceyran xanım, uzun illər AzTV-də “Sən bir nəğmə” verilişinin aparıcısı olmusunuz. Maraqlıdır ki, yenidən televiziyada fəaliyyət göstərməyi düşünürsünüzmü?

- Yeni mövsümdə veriliş aparıcısı kimi tamaşaçıların qarşısına çıxa bilərəm. Hər şey qismətdən asılıdır. Aparıcı kimi fəaliyyət göstərməyə hazırlaşırdım, bacım Mehriban dünyasını dəyişdi.

- Əksəriyyət televiziyalarımızın bugünkü səviyyəsindən narazılıq edir. Peşəkar aparıcı kimi siz kanallarımızı necə dəyərləndirirsiniz?

- Əslində, demək olmaz ki, bu kanalda vəziyyət belədir, digərində daha yaxşıdır. Düzdür, hamının əziyyəti var, hər kəs zəhmət çəkir. Hər bir televiziya rəhbəri istəyər ki, kanalda yayımlanan verilişlər yüksəksəviyyəli olsun, bütün televiziya tamaşaçıları proqramları izləsinlər. Sadəcə, müəyyən kanallarda bəzi verilişlər var ki, onları ələkdən keçirmək lazımdır. Mən istəmərəm ki, kiminsə zəhmətini yerə çırpım. Elə kanal var, tamaşaçılar məhz o verilişlərə baxırlar, həmin proqramın və aparıcının daimi izləyiciləridir.

Bilirsiniz ki, zövqlər fərqlidir. Təbii, televiziyalar müəyyən auditoriya üçün çalışmamalıdır, bütün təbəqələri nəzərə almalıdırlar. Ziyalımızın da, yaşlı və gənc nəslimizin də baxa biləcəyi verilişlər yayımlanmalıdı. Məni ən çox narahat edən məsələ aparıcıların, layihə rəhbərlərinin efirdən şou çıxarmaq məqsədilə istifadə etmələridir. Süni şou yaratmaq lazım deyil. Tamaşaçı bir aparıcının gülüşünün belə saxta olduğunu hiss edirsə, o şounun nə əhəmiyyəti olacaq?

Məsələn, mən bir tamaşaçı kimi süniliyi hiss edirəm. Bir verilişin aparıcısı, adını qeyd etməyəcəyəm, hər sözünün əvvəlində də, sonunda da gülür. Baxan düşünür ki, hansı sözə və niyə güldü?! Axı, ortada gülməli bir şey yoxdur... Adi gülüşün də mənasızlığı, yersizliyi tamaşaçıya dərhal çatır.

Verilişdə şou yaratmaq istəyirsənsə, ayrıca şou-proqram hazırla. Amma bütün verilişləri şouya çevirmək olmaz. Bəzi aparıcılara məəttəl qalıram ki, bunu necə bacarırlar? Mən şəxsən aparıcı kimi heç vaxt elə hərəkəti edə bilməmişəm. Tamaşaçı süniliyi hiss edir. Görür ki, müəyyən səhnələr qeyri-peşəkarcasına qurulub.

- Bəs, hansı kanallarımızı izləyirsiniz?

- Sırf izlədiyim hansısa kanalımız yoxdur. Ancaq sosial mediada verilişlərdən qarşıma çıxan qısa süjetlərə baxıram. Televiziyalarımızda yayımlanan verilişlərimizi izləməyə nə zamanım, nə də səbrim var. Hansısa verilişimizi sona qədər izləyim... Xeyr, belə bir şey yoxdur.

- “Sən bir nəğmə”dən sonra fəaliyyətinizə fasilə verməyinizə rəğmən insanlar tərəfindən unudulmadınız və daim gündəmdə qaldınız.

- İnsanların məni unutmaması üçün xüsusi nələrsə etmədim. Amma doğrudur, bir aparıcı kimi yaddan çıxmadım.

- Siz həmçinin mətbuata, televiziyalara çıxmadınız, sosial şəbəkələrdən istifadə etmədiniz.

- Hər gün efirə çıxan aparıcılarımız var, düşünürlər ki, bir ay efirdə görünməsələr, həyat dayanar. Mən bu məsələyə o qədər laqeyd yanaşmışam ki... Efirdən getsəm, unudularam və sair düşünməmişəm. Özümü reklam etməklə məşğul olmamışam. Reklamla məşğul olum, gecə-gündüz işləyib pul qazanım kimi düşüncədə olmamışam.

Televiziya sahəsində çalışmaq çox çətin və məsuliyyətlidir. Ömür gedir, bir də ayılırsan ki, 50 yaşın var, həyatdan zövq almamısan. Mən həyatımı elə yaşamadım, amma, maşallah, indiki aparıcıların həyatlarının mərkəzində televiziya dayanır. Onlar özlərinə televiziyadan kənar həyat qura bilmirlər. Mən heç vaxt elə olmamışam.

Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - red.) bitirmişəm. Televiziya sahəsinə təsadüfən gəlmişəm. İkinci ali təhsilim jurnalistika sahəsi ilə bağlı olub. Məşhurlaşım, tanınım, hamı məndən danışsın və sair fikrindən uzaq olmuşam. Günü bu gün də bu xüsusiyyətlərə can atmıram.

Sosial şəbəkədən istifadə məsələsinə gəlincə, buna heç kim mane olmayıb. Rəfiqəm, Xalq artisti Nəzakət Teymurova birgə şəkillərimizi sosial media hesabında paylaşırdı. O, şəkillərimizi paylaşanda da demirdim ki, Nəzakət, paylaşma. Həmişə Nəzakətin qızı Nigar deyirdi ki, Ceyran xala, gəlin birlikdə şəkil çəkdirək.

Yəni qadağa olsaydı, bunu Nəzakət Teymurova hiss edər və fotolarımızı paylaşmazdı. Bir az əvvəl dediyim kimi, qarşıma məqsəd qoymamışam ki, hamı məndən danışsın, reytinqli olum...

- AzTV-dən ayrılmağınıza səbəb nə oldu?

- Mən 23 yaşımdan 17 il televiziyada fəaliyyət göstərdim. AzTV-də beş-altı layihənin aparıcısı və müəllifi oldum. Müəllifi olduğum verilişlərə aparıcılıq etdim. Sonra AzTV-nin rəhbəri dəyişdi. Müəyyən şərtlər məni qane etmədi. Əslində, elə bir kaprizlərim də yox idi. Bir az özümü tükənmiş hiss etdim. Məzuniyyətə çıxdım, istirahət etmək xoşuma gəldi. Bunun üçün də televiziyadan uzaqlaşdım (Gülür).

Təbii ki, televiziyadan uzaqlaşmağımdan ailəmin də xoşu gəldi və buna öyrəşdilər. Evdə fəaliyyətə başlayacağımı deyəndə qulaqlarını çəkdilər ki, Allah eləməsin, sən işə dönəsən.

- Televiziyadan uzaqlaşmağınızın şəxsi həyatınızla da əlaqəsi vardımı?

- Xeyr, əgər elə bir qadağa olsaydı, bu sahədə davam etməzdim. Ailə qurandan sonra da “Sən bir nəğmə” verilişində aparıcılıq etdim. Mənə 25-30 yaşımda qadağa qoyulmayıbsa, 40 yaşımda niyə qoyulmalıydı?.

Sadəcə televiziyadakı problemlər evimizin içində cərəyan edirdi və həyatımıza, istirahətimizə mane olmağa başlamışdı. O dönəmdə televiziyada böyük dəyişikliklər aparılırdı. Bu dəyişikliklər mənə istər-istəməz təsir edirdi. Beləliklə, dediyim kimi, məzuniyyətə çıxdım və daha geri dönmədim. Anam da dedi ki, qızım, evdə otur. Onun 82 yaşı var, Əməkdar müəllimədir. Mənə televiziyaya qayıtmaq üçün təkan verən yox idi. Məsələn, indi dostlarım, ətrafım, media nümayəndələri, həyatımda müəyyən hadisələr baş verdiyinə görə istəyirlər ki, işimə qayıdım.

Özümü tamamilə ailəmə həsr etdim. Bundan çox rahat idim. Amma itkilər insanın həyatında çox böyük boşluqlar yaradır. Son 9-10 ayda iki ailə üzvümü itirdim. Bacım Mehriban 2019-cu ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Onun özü də xəstəliyini bilirdi, həkim idi. Xaraktercə çox güclü insan idi. Son nəfəsinə qədər xəstəliklə bağlı gözündən bir damla yaş da düşmədi. Həyatımda yaşadığım itkilərimə görə yaxınlarım televiziyaya dönməyimi istəyirlər.

- Belə bir söz var, gözəl qadınlar bəxtsiz olurlar. Bu ifadə ilə razısınızmı?

- “Gözəl qadınlar bəxtsiz olurlar” ifadəsi mənə yaddır. İstər qadın gözəl, istər də kifir olsun, Allah sənə hansı qisməti yazıbsa, onu yaşamağa məhkumsan. Onun gözəlliyə aidiyyəti yoxdur. Ola bilər, bəzi gözəl qadınlar daha yaxşı yaşamaq arzusunda olurlar, bu alınmayanda deyirlər ki, gözələm, ona görə bəxtim yoxdur.

İnsan öz həyatını gözəlləşdirməli, özünü xoşbəxt görməyi bacarmalıdır. Təbii, xoşbəxtlik əlimizdə deyil. Əlimizdə olanlara şükür etməliyik. Məgər mənim həyatımda əksikliklərim yoxdur? Əvvəla mən özümü gözəl hesab etmirəm. Çirkin qadın yoxdur, baxımsız qadın var. Mən qismətə inanan insanam.

- Duyğusal baxımından ən zəif anlarınız nə zaman olur?

- İndiyə qədər bütün çətinliklərin öhdəsindən Allahın köməyi ilə gəlmişəm. Heç vaxt gücsüz olmamışam. Güclü qadın ifadəsini də xoşlamıram. Qadın zərif və zəifdir. Amma həyat və düşdüyümüz situasiyalar bizi möhkəmləndirir. Xaraktercə möhkəm olmaq məcburiyyətini qəbul edirik. Mən heç bir çətinliyin qarşısında aciz qalmadım, amma itkilərin qarşısında acizəm.

Həyatımın ən aciz günlərini yaşadım. Üsyan etmirəm, Allah özü bilən məsləhətdir. Heç vaxt kövrək insan olmamışam. Bacım uşaqları məni ağlayan görəndə şoka düşürdülər ki, Cina ağlayır. Onlar mənə xala yox, “Cina” deyirlər. Doğmalarımı itirdikdən sonra gözümün yaşı qurumur... (Kövrəlir). Görürəm ki, itki qarşısında hər bir insan acizdir.

- Haqqınızda yayılan hansı şayiə sizi təəccübləndirib?

- Əvvəla deyim ki, haqqımda yaxşı və pis şayiələr yayıblar. Yaxşı şayiədən başlayım…Deyiblər ki, Ceyranın iki oğlu var.

Bacım uşaqları hər zaman mənimlə olublar. Mən uşaq sevənəm, ətrafımda hamı bilir ki, kimin uşağı olur-olsun onları əzizləməliyəm. Orta məktəbi bitirdikdən sonra atam mənə avtomobil almışdı. Mən sükan arxasına oturan kimi uşaqlar mütləq o avtomobilə minməli idilər. Hamı elə bilirdi ki, rəhmətə gedən bacımın iki oğlu mənim övladlarımdırlar. Deyirdilər ki, Ceyran Rəhimovanın iki oğlu var, daim onlarla bir yerdədir.

Haqqımda ən ağır şayiə isə odur ki, deyiblər, Ceyran avtomobil qəzasına düşüb ölüb. O şayiə üç ilə yaxın davam etdi. “Sən bir nəğmə” verilişinin efirə gedən vaxtları idi. Hər dəfə efirə çıxanda deyirdilər ki, veriliş lent yazısıdır. Fikirləşirdim ki, hər həftə efirə çıxıram və bu şayiə sona çatacaq.


Oxunub: 2 772
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Bu gün, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Bu gün, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Bu gün, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Bu gün, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Bu gün, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Bu gün, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Bu gün, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Bu gün, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Bu gün, 19:53 | Tramp Meksikanı hədələdi
    Bu gün, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Bu gün, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Bu gün, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Bu gün, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Bu gün, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Bu gün, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Bu gün, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Bu gün, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Bu gün, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Bu gün, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Bu gün, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Bu gün, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Bu gün, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Bu gün, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Bu gün, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Bu gün, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Bu gün, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Bu gün, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Bu gün, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Bu gün, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Bu gün, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Bu gün, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Bu gün, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Bu gün, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Bu gün, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Bu gün, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Bu gün, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Bu gün, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Bu gün, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Bu gün, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Bu gün, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Bu gün, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    Dünən, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Dünən, 20:08 | Coşqun Əliyev Avropa çempionu oldu
    Dünən, 20:03 | Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video
    Dünən, 19:55 | NATO qırıcıları Ukrayna dronunu vura bilmədi
    Dünən, 19:40 | Milli Qəhrəmanımız süni tənəffüs aparatına qoşuldu
    Dünən, 18:16 | DANIŞIQLAR BİTDİ:NƏTİCƏ AÇIQLANDI - Zelenski niyə Trampın planına qarşı çıxdı? (Yenilənib)
    Dünən, 18:09 | Vətən müharibəsi şəhidi kiçik çavuş Əhməd Məmmədov ildönümündə ehtiramla anılıb
    Dünən, 17:58 | AzTU tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.