Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Rəşad Məcidə AĞIR İTKİ
  • Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
  • Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
  • Tanınmış aparıcı Xəzər TV-dən getdi
  • Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
  • Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
  • Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
  • İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
  • AzTV-nin sabiq idarə rəisi vəfat etdi
  • Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
  • Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
  • Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
  • Azərbaycan nefti ucuzlaşdı
  • Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
  • Həbsdəki jurnalist əməliyyat olunub
  • DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
  • Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
  • "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
  • Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
  • Sumqayıtda beş avtomobil toqquşdu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

  • Tarix: 5-05-2024, 16:41

ABŞ konqresmeni Henri Kuelyar ətrafında başlayan araşdırma və onun guya Azərbaycan neft-qaz şirkətindən (SOCAR) 2014-2021-ci illərdə 600 min dollara yaxın rüşvət alması ilə bağlı ittiham Vaşinqtonun Bakıya təzyiq siyasətinin davamı kimi xarakterizə edilməlidir.

Mediaxeberleri.Az-ın məlumatına görə bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

Onun sözlərinə görə, Kuelyar ətrafında proseslərə kompleks yanaşanda bunu müşahidə etmək mümkündür:

“ABŞ-ın Azərbaycandakı səfiri Şuşaya səfər etməməsinə bəhanə gətirir, ancaq bütün hallarda diplomata yaraşmayan tərzdə “şoularda iştirak etməmək üçün getmədiyini” ifadə edir. Hansı şoudan söhbət gedə bilər? Şuşaya səfər, Şuşada keçirilən beynəlxalq tədbirlər və s. şoudurmu? Və yaxud, səfir Mark Libbi “qaytarılmış ərazilərin bir qədər fərqli olduğunu” deyir. Bu məntiqi, daha doğrusu, məntiqsizliyi izah etmək mümkündürmü? Səfirin “qaytarılmış fərqli ərazi” dediyi torpaqlar Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazisidir, 30 il işğal altında qalıb və təəssüf ki, başda elə ABŞ da olmaqla, o torpaqların işğal olunduğundan bu müddətdə Qərb ölkələri bir dəfə də açıq şəkildə danışmayıblar. Ancaq torpaqlar işğaldan azad ediləndən sonra “qaytarılan torpaqların fərqindən” danışmaq həyasızlığına gedirlər. Bu, bir daha təsdiqləyir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü üzdə tanısa da, Qarabağın işğaldan azad edilməsini qəbul edə bilmir. Diqqət edin: Ukraynanın ərazi bütövlüyünü tanıyan, buna görə bu ölkəyə hərbi-siyasi-iqtisadi yardım göstərən və Rusiyaya 20 min sanksiya tətbiq edən ABŞ Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə “fərqli” yanaşma sərgiləyir. Sabah Ukrayna, məsələn, Xerson və ya Zaporojye, yaxud Donetski azad etsə, hansısa ABŞ səfirinin ora səfər etməyəcəyini, “qaytarılmış torpaqlar fərqlidir” bəhanəsi gətirəcəyini təsəvvür etmək mümkündürmü?”

Politoloq səfir Libbinin Azərbaycanda azad media haqda sözlərinin də bu siyasətin tərkib hissəsi olduğunu bildirib:

“Əgər Mark Libbi Şuşaya, Xankəndiyə gedib, Azərbaycanın ərazi bütövlüyünə qətiyyətli dəstəyini ifadə edib, daha sonra Azərbaycanda azad mediaya təzyiqlər haqda danışsaydı, bəlkə də onun sözlərinin səmimiliyinə inanmaq olardı ki, təsəvvürü bu cürdür, aldığı informasiyaya əsaslanır və əlbəttə ki, öz mövqeyimizi təqdim etməyə və bölüşməyə hazır idik. Ancaq Libbinin bərpa edilən ərazi bütövlüyünü “fərqli” adlandırması, ardınca da yalnız Qərbin şəfaf olmayan mənbənin konkret mövzu sifarişini (məsələn, Azərbaycanda korrupsiya araşdırması, yaxud Ermənistana təcavüz ehtimalı və s.) yerinə yetirən şəxslə görüşüb, sonra da Azərbaycanda media azadlığının məhdudlaşdırılmasından danışması təkcə qeyri-səmimilik, ikili standart, beynəlxalq normaları ayaqları altına almaq deyil, həm də Azərbaycana təzyiq etdiklərinin açıq-aşkar ifadəsidir və bunu gizlətmirlər də. Qərbin hazırda Gürcüstanda baş verən proseslərə münasibəti də eynidir. İnana bilmirsən ki, Qərb yolu tutan, Avropaya inteqrasiya olunan, AB üzvlüyünə namizəd statusu alan Gürcüstanın xarici agentlərlə bağlı qanun qəbul etməyə hazırlaşması ABŞ və AB-ni bu qədər qəzəbləndirib. Halbuki bu qanun şəffaflıq üçündür, büdcəsinin 25%-dən çoxu xaricdən maliyələşən qeyri-hökumət qurumlarına bu faktı Ədliyyə Nazirliyinə bəyan etmələri istənilir, vəssalam. Bu qanun ABŞ-da 100 ildir qüvvədədir, eləcə də Avropada. İndi nə baş verir ki, Gürcüstan ABŞ-da mövcud olan qanunun daha yumşaq formasını şəffaflıq üçün qəbul etmək istəyəndə ABŞ təzyiqi artırır, AB hətta sanksiyalarla, üzvlüyə namizəd statusunu geri alacağı ilə hədələyir? Məqsəd qeyri-şəffaf vəsaitlərin ölkəyə daxil olmasına şərait yaratmaqla, qeyri-hökumət sektoruna nəzarət və bununla ictimai düşüncəyə təsir imkanı qazanmaq, öz maraqlarını yeritməkdir. Milli maraqlarını qoruyan və öz təhlükəsizliyinin qeydinə qalan heç bir ölkəni Qərbin niyə sevmədiyi və bu ölkələrdə “demokratiya olmadığını”, “insan haqlarını pozulduğunu” deyib, təzyiq etdiyini anlamaq üçün dərin analizə belə ehtiyac yoxdur”.

Politoloqun fikrincə, Henri Kuelyar olayı da Azərbaycana təzyiqin növbəti dalğasıdır:

“Əvvəla, ona qarşı irəli sürülən ittihamlar yeni deyil, 2022-ci ildə də onun evində axtarış aparılıb, “Azərbaycanla bağlı sənədi” nə qədər gəzsələr də, tapmayıblar; ikincisi, Kuelyara qarşı iki il öncə sui-qəsd cəhdi də olub. Ona sui-qəsd edənin kimliyi haqda hələ də məlumat verməyiblər.

Üçüncüsü, Kuelyar Konqresdə Azərbaycanla dostluq qrupunun həmsədridir və Azərbaycanla əlaqələrinin olması normaldır. Necə olur ki, ABŞ kəşfiyyatı 2014-cü ildən 2021-ci ilə qədər guya SOCAR-ın ona lobbiçilik üçün 600 minə qədər vəsait verməsini bilməyib?

Menendez olayını xatırlayırsınızmı? Bu rüşvətxor, korrupsioner konqresmenə ermənilərə lobbiçilik üçün ən azı 400 min dollar, o cümlədən bahalı hədiyyələr verildiyi üzə çıxdı, bütün bunlar nağd şəkildə onun evindən tapıldı. Ancaq Kuelyarın evindən nə sənəd, nə də pul tapılıb, yalnız “konsaltinq xidməti üçün 7 il ərzində köçürülən pulların şübhəli olması” iddiası qaldırılıb. Rüşvəti hesaba “köçürüblər” və bundan ABŞ kəşfiyyatı yalnız Azərbaycan öz torpaqlarını azad edəndən sonra xəbər tutub? Bu ki gülməlidir! Bu, bir tərəfdən Menendez rüsvayçılığının kompensasiya cəhdidirsə, digər tərəfdən Azərbaycana qarşı səfiri vasitəsilə davam edən təzyiqin təsadüfi olmadığının təsdiqidir. Səfir də təsadüfən demir ki, bizim səfərlərimizi səfirlik müəyyən edir. Yəni Şuşaya öz xoşuma gedə bilmərəm, mənə icazə vermirlər”.


Oxunub: 987
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Dünən, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Dünən, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Dünən, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Dünən, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Dünən, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Dünən, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Dünən, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    13-11-2026, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    13-11-2026, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    13-11-2026, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    13-11-2026, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    13-11-2026, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    13-11-2026, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    13-11-2026, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    13-11-2026, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    13-11-2026, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    13-11-2026, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    13-11-2026, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    13-11-2026, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    13-11-2026, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.