Olimpiya Təsnifat turniri: Azərbaycan millisi finala vəsiqə qazanıb
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb. Mediaxeberleri.Az-ın məlumatına görə, yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gəlib. Rəqibini 21:19 hesabı ilə üstələyən komandamız finala yüksəlib. Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.
 
 
 
Oxunub: 2 760
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















