Narkotik istifadəçisi sürücülük hüququndan məhrum edildi
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub. Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.
 
 
Oxunub: 570
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















