Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
  • Salah Misir millisində rekorda imza atdı
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
  • Xəyyam Salehov müdir təyin edildi - FOTO
  • Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
  • İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
  • Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
  • Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
  • Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
  • Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
  • Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
  • Millimiz Lixtenşteynə qalib gəldi
  • Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
  • Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
  • Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
  • Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
  • Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
  • Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
  • Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bütün dünyanın sevdiyi azərbaycanlı Robert

  • Tarix: 16-04-2024, 09:05

Robert Hossein və yaxud Rober Osseyn…

Onu bütün dünya sevirdi.

O, Parisdə doğulub böyüsə də, özünü azərbaycanlı hesab edirdi.

Dahi aktyor haqqında bildikləriniz və bilmədikləriniz...

Ötən əsrin uzaq 70-ci illəri.

Günlərin bir günü tikintidə çalışan bir tanışım ordan-burdan söhbət açandan sonra astadan soruşdu:

- Sən kitab oxuyansan, bir adam desəm, tanıyarsan?

Təəccüblə çiynimi çəkib dedim:

- O baxır həmin adamın kimliyinə...

Tanışım nədənsə tərəddüdlə dedi:

- Mən fəhlə babayam... Köhnə kişilərdən eşitmişəm ki, bizim bir yerlimiz olub, Əli bəy Hüseynzadə...

Mən əlüstü cavab verdim:

- Bəli, əlbəttə, haqqında oxumuşam. Fyuzatçı olub...

Təbii ki, mənim bu “cavabım” o vaxtkı kitablarda təqdim edilən məlumatlardan qaynaqlanırdı.

Tanışım dedi:

- Düzü, mən onun haqqında təzəlikcə eşitmişəm. Deyilənə görə, Əli bəy Şeyxülislam Salyaninin nəvəsi olub, Türkiyəyə köçüb, orada ölüb. Özü də rəssam olub, oğlu isə məşhur aktyor Robert Hüseyndir, amma Rusiyada daha çox Rober Osseyn kimi tanınır. Əsl ad-familiyası Rüstəm Hüseynzadədir...

Və sonra tanışım kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi az qala pıçıltı ilə Əli bəy Hüseynzadə ilə uzaq qohumluğunun olduğunu da bildirdi...

Sonralar bildim ki, nəhəng ictimai-siyasi-ədəbi şəxsiyyət və üstəgəl, istedadlı rəssam Əli bəy Hüseynzadənin oğlu Səlim Turan da rəssamdır, özü də... Fransada yaşayır... Fransada həmçinin Robert Hossein adlı dünyaca məşhur bir aktyor da yaşayır. Onu da öyrəndim ki, Robert Hüseynov ilə Əli bəy Hüseynzadənin heç bir qohumluq əlaqəsi yoxdur...

Osseynin əslən kim olduğunu o zamanlar az adam bilirdi. Haradan bilsinlər ki? Çəkildiyi filmlərlə dünyanı, o cümlədən SSRİ-ni dolaşan bu ad hələ özlüyündə heç nə demirdi. O, təbii ki, dünyada fransız aktyoru kimi tanınırdı. Üstəlik də o zaman mövcud olan sistemin “dəmir pərdələri” bir çox məsələrin üstünə də “pərdə” kimi çəkilməkdə idi. Bir də ki, kimin haralı olması çoxları üçün o qədər də maraqlı deyildi... Amma adını ilk dəfə uzaq 70-lərdə adi bir tikinti fəhləsindən eşitdiyim Rober Osseynin (Robert Hossein/Hüseyn) elə foto-şəklindən görünürdü ki, o, zahiri görünüşü etibarı ilə avropalıdan daha çox şərqlidir, azərbaycanlıdır.

Sonralar bildim ki, həqiqətən Fransada Hüseynov (Hüseynzadə) soyadlı çox məşhur bir aktyor yaşayır. Sən demə, əslən azərbaycanlıdır. Daha doğrusu, onun atası Əminulla Hüseynov (Andre Osseyn-Hosseyn) bizim soydaşımız olub, Səmərqənddə doğulub. Gələcək aktyorun anası yəhudidir, bessarabiyalıdır, yəni Moldovadandır. 1927-ci il təvəllüdlü, Parisdə anadan olmuş Rober Osseyni bütün dünyada, o cümlədən keçmiş SSRİ-də tanıdan onun “Anjelika” seriallarında çəkildiyi Qraf Joffrey de Peyrak obrazı olub. Bir zamanlar bu serial filmlər dünyada tufan qoparmışdı. Ann Qolonun (sonralar onun əri Serj Qolon da əsərin müəllifi qismində zühur etdi) 13 cilddən ibarət magik-macəra romanı əsasında çəkilmiş beş seriyalıq filmdə baş rolun ifaçıları - Mişel Mersye və Rober Osseyn qısa bir müddətdə milyonların sevimlisinə çevrildi. Onun “sifətiçapıqlı” şəkli daha çox məşhur idi.

Yeri gəlmişkən, Sovetlərdə böyük ajiotajla qarşılanan filmi rus dilində məşhur aktyorlar səsləndirmişdi. Belə ki, Mişel Mersyeni - Anjelika Sanse de Montelu obrazını dublyajda Natalya Kaznaçeva, Pober Osseynni - Qraf Joffrey de Peyrak obrazını isə Vyaçeslav Tixonov səsləndirmişdi. Yaxşı yadımdadı ki, aktyorlarla yanaşı, onları ekranda səsləndirənlərin adı da az qala Sovetlərdəki bütün sənətsevərlərin dilinin əzbəri idi. Amma burası var ki, dünya Robert Osseyni kinoaktyor kimi tanıyıb sevsə də, o özünü daha çox teatr aktyoru hesab edir.

Rober Osseyn rəsmən üç dəfə ailə qurub. O özü deyirdi ki, mən həyatımı üç dəfə yenidən başlamışam. Onun birinci arvadı dünyaca məşhur rus əsilli aktrisa, müğənni, rəssam, heykəltaraş Marina Vladi olub. Osseynin Marinadan iki oğlu var (İqor və Pyotr).

(M.Vladi sənətsevərlərə yaxşı tanışdır. Yeri gəlmişkən, bu məşhur xanım Osseyndən boşandıqdan sonra aviaşirkət rəhbəri və pilot Jan-Klod Bruye ilə ailə qurub. Marinanın üçüncü əri şair, müğənni və aktyor kimi tanınmış Vladimir Vısotski olub. Vladi Vısotskinın evləndiyi son qadın olsa da, Vısotski Vladinin həyatındakı növbəti kişilərdən biri oldu. Xanım Vladi bundan sonra da öz şəxsi həyatını yaşamaqda davam etmiş, həkim-onkoloq Leon Şvarsenberqlə yenidən ailə qurmuşdur. Mən bunu nə üçün yazdım? Zira rus mətbuatında hətta indi də belə bir fikir təlqin olunur ki, guya Marina Vladi hər gün Vladimir Vısotski üçün göz yaşları tökür. Bu, yalandır).

Sonrakı dövrdə Osseyn Karolina Elyaşev ilə ailə qurub. Karolinanın atası Anatol Elyaşev Bakıda doğulmuş kinoprodüsser idi. Karolina ilə olan izdivacdan Nikolay adlı oğlu dünyaya gəlib.

Onun üçüncü, rəsmən sonuncu arvadı aktrisa Kendis Patudan Jülyen adlı oğlu anadan olub.

Rober Osseynin həyatının ən böyük sevgisi Mişel Votrin adlı aktrisa olub. 1975-ci ildə Rover öz sevimlisi Mişel ilə avtoqəzaya düşür. Mətbuatda belə bir məlumat gedir ki, iki məşhur aktyor - Osseyn və Votrin həlak olub. Hətta Roverin bu xəbəri eşidən yaxınları-doğmaları qəbiristanlıqda qoşa (iki) məzar yeri qazdırırlar. Bütün Paris yas içində idi. Ağır zərbə almış Mişel Votrin həlak oldu. Amma Osseynin qismətində hələ yaşamaq payı varmış; belə ki, o, qəzadan bir müddət sonra ayıldı, sağaldı və öz işinə başladı. Di gəl ki, böyük aktyor öz böyük sevgisinə sadiq qaldı. O öz söhbətlərində etiraf edirdi ki, ürəyinin bir parçası Mişel ilə birlikdə dəfn olunub. Rober Osseyn həyatının sonuna qədər “qoşa məzara” baş çəkər, Mişel Votrinin qəbrinin üstünə güllər səpərdi...

Rober Osseyn özünü azərbaycanlı hesab edirdi. O öz tarixi Vətənini çox sevirdi. Nə yaxşı ki, o, ömrünün ahıl çağlarında dövlətimizin rəhbərliyi səviyyəsində dəvətlə bir neçə dəfə, daha dəqiq desək, üç dəfə Azərbaycana gəldi. Adətən təyyarədə uçmağı xoşlamayan aktyor öz tarixi vətəninə gələrkən bu “fobiyanı” unudardı. Maraqlısı budur ki, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa oyunlarında məşəlçilərdən biri olub.

Osseyn həm də maraqlı memuarlar müəllifidir. Onun “Kor adam” və “Qəbiləsiz gəzərgi” adlı kitabları vardır.

Böyük aktyor Rober Osseyn 2020-ci ildə dekabr ayının 31-də 94 yaşında koronovirusdan vəfat etdi. Yaxınlarının dediyinə görə, o, yeni il şamlarının parıltıları, işıqları altında gözlərini əbədi yumdu.


Oxunub: 2 712
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Bu gün, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Bu gün, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Bu gün, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Bu gün, 11:08 | Mahirin qolu, Azərbaycan millisinin qələbəsi - Video
    Bu gün, 11:02 | İcra başçısı şəhid anasının qayğıları ilə maraqlanıb
    Bu gün, 10:57 | Fəaliyyətinə xitam verilən tibb ocağının aqibəti necə olacaq? - VİDEO
    Bu gün, 10:55 | Etibar Pirverdiyev 15 minlik gülü kimin üçün aldırıb?
    Bu gün, 10:53 | Pensiyalar belə artırılacaq: Mexanizmi dəyişir...
    Bu gün, 09:33 | Yuxarı Salahlı kənd məktəbliləri ilə maarifləndirici görüş keçirilib
    Bu gün, 09:30 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Bu gün, 01:39 | Millimiz Lixtenşteynə qalib gəldi
    Dünən, 18:18 | Birdəfəlik müavinətlərin ödəniləcəyi tarix açıqlandı
    Dünən, 18:16 | Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?
    Dünən, 18:14 | Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar
    Dünən, 17:22 | Xalq artisti onların pensiya yaşı ilə bağlı narazılığını bildirdi
    Dünən, 17:15 | Bakıda kafedə insident: saxlanılanlar var - Rəsmi
    Dünən, 17:14 | Güclü külək əsəcək - Sarı və narıncı xəbərdarlıq
    Dünən, 16:29 | Rusiyadan bu ölkəyə tələb: NATO-dan çıx!
    Dünən, 16:27 | Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
    Dünən, 16:26 | 13-cü dəfə Avropa çempionu oldu - Foto
    Dünən, 15:30 | Dublində İlham Əliyevlə Paşinyanın görüşü... - Deputat
    Dünən, 15:13 | Bu şəxslərin maaşının artırılması təklif olunur
    Dünən, 15:07 | Rus ordusu daha iki kəndi işğal etdi
    Dünən, 14:36 | Fransa ilə oyun öncəsi Türkiyə millisində ciddi itki
    Dünən, 14:34 | Qışa hazırlıqla bağlı müşavirələr keçirildi - FOTOLAR
    Dünən, 14:31 | Motosikletlə məktəblini vurub qaçdı - VİDEO
    Dünən, 14:30 | Real ehtiyaclara əsaslanan planlaşdırma: Ev təsərrüfatlarının uçotu niyə vacibdir?
    Dünən, 14:26 | Polad Həşimovun anasının vəziyyəti ilə bağlı xəbər var
    Dünən, 14:24 | Bu türk ölkəsində yeni təbii qaz yatağı kəşf edildi
    Dünən, 14:21 | Tiktokda icra başçısını təhqir etdi, həbs olundu
    Dünən, 14:20 | Bakıda baş redaktor həbs edildi - Foto
    Dünən, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Dünən, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Dünən, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Dünən, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Dünən, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Dünən, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Dünən, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    12-11-2026, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    12-11-2026, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    12-11-2026, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    12-11-2026, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    12-11-2026, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    12-11-2026, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    12-11-2026, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    12-11-2026, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    12-11-2026, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    12-11-2026, 19:53 | Tramp Meksikanı hədələdi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.