Yağış, sulu qar və qar yağdı - Faktiki hava
Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Bu barədə Mediaxeberleri.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub. Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Mingəçevirdə 18 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 18, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyə yaxın isti olub.
Şahbuz, Gədəbəy, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Xaltan, Qusar, Qrız, Göyçay, Ağsu, Şirvan, Oğuz, Qax, Naftalan, Şəmkir, Goranboy, Şabran, Altıağac, Ağdam, Kürdəmir, Yardımlı, Astarada yağış, Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb.