Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
Baş nazirin sabiq müavini Abid Şərifov yeganə oğlu Elçin Şərifovun ölümündən danışıb. Mediaxeberleri.Az xəbər verir ki, ASAN TV-yə qeyri-rəsmi müsahibə verən keçmiş məmur oğlunda iflicolmanın 1997-ci ildən başladığını bildirib. “Elçin mənim belimi qırdı. Sol qıçından problem başladı. Yavaş-yavaş bütün bədənə yayıldı. 1997-ci ildə onu 1 aylıq ABŞ-a apardım. Mənə rəhmətlik Natiq Əliyev kömək etmişdi. Bildirdilər, bunun müalicəsi yoxdur. Almaniyaya, İngiltərəyə, İsrailə də aparıldı, xeyri olmadı. Səbəbi stress və qorxu göstərildi. 25 ilə yaxın onu müalicə etdirdik. Qismətimiz belə imiş. Allah heç kimə, heç düşmənimə də bala dərdi göstərməsin. Övlad dərdi çətin məsələdir”, – deyə A.Şərifov qeyd edib.
Oxunub: 2 339
Xəbəri paylaş
Paylaş: