Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO
“İstehlakçı aldığı məhsulun etiketinə nəzər etməli və üzərində yazılan məlumatı ətraflı oxumalıdır”. Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O, saxta məhsulların satışı ilə məşğul olanların İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, 6 000 manata qədər cərimə olunduğunu bildirib. “Əmtəə bazarlarında olan məhsulların 80%-nin sənədi olmadığı üçün istehlakçı məhsulun sənədini və mənşəyinə aid sertifikatını tələb etməkdə çətinlik çəkir”, - Eyyub Hüseynov qeyd edib. Ətraflı videosüjetdə:
Oxunub: 479
Xəbəri paylaş
Paylaş: