Məhkəmə Anar Məmmədli barədə qərar verib
Məhkəmə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli barədə qərar qəbul edib. Bu barədə “Report”a onun vəkili Cavad Cavadov məlumat verib. O bildirib ki, A.Məmmədli barəsində Xətai Rayon Məhkəməsinin 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı qərarından verilmiş apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Xatırladaq ki, A.Məmmədli ötən ay saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: