Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakı-Tbilisi-Qars dəmir yolu xəttində modernləşdirmə işləri başa çatıb - MÜSAHİBƏ

  • Tarix: 4-05-2024, 00:05

Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin Gürcüstan hissəsində aparılan təmir-genişləndirmə işləri artıq yekunlaşıb. 2023-cü ildən aktiv şəkildə həyata keçirilən layihənin tamamlanması ölkəmizi Şərq-Qərb marşrutu üzərində mühüm nəqliyyat qovşağına çevirəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov BTQ dəmir yolu xəttində aparılan modernləşdirmə işləri və yolun genişləndirilməsinin ölkəmizin tranzit potensialının artırılması və bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində gətirəcəyi faydalarla bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Bildiyimiz qədərilə BTQ-nin Gürcüstandan keçən hissəsinin genişləndirilməsi tamamlanıb. Bu o deməkdir ki, Şərq-Qərb nəqliyyat bağlantısı üçün yeni imkanlar açılıb. Yenilənmiş BTQ dəmir yolu xətti nələr vəd edir?

- Bəli, BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Mayın 20-sindən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start veriləcək. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabət qabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin Azərbaycan ərazisindən Avropaya daha sürətli çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Genişləndirmədən sonra BTQ-nin illik yükaşırma gücü 1 milyon tondan 5 milyon tona çatıb. Yükaşırma həcminin 5 milyon tona çatdırılması hədəfi Prezident İlham Əliyevin tapşırığı əsasında müəyyən edilmişdi və ötən ildən etibarən məhz bu istiqamətdə aktiv şəkildə genişləndirmə işlərinə başlanmışdı.

Qeyd etdiyim kimi, işlər artıq tamamlanıb. İndi ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin böyük hissəsini daşımağa, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır.

- Layihənin həyata keçirilməsi, görülən işlər barədə danışmağınızı istərdik. İki qitənin nəqliyyat bağlantısına yeni nəfəs gətirəcək BTQ dəmir yolu xətti necə modernləşdirildi?

- 2017-ci ildə istismara verilən BTQ dəmir yolunun genişləndirilməsi və layihə üzrə işlərin tamamlanması məqsədilə 2022-ci ilin sonunda layihə yenidən qiymətləndirildi və yeni layihə planı hazırlandı. Beynəlxalq standartlara əsasən layihələrin idarə edilməsi sistemi tətbiq edildi, BTQ-nin Gürcüstandan keçən hissəsində müşahidə olunan sərt iqlim və bəzi yerlərdə dəniz səviyyəsindən 2400 metr hündürlükdə yerləşən əlverişsiz relyefə baxmayaraq, intensiv iş rejimi quruldu. Sərt iqlim dedikdə hətta Sibirlə müqayisə oluna biləcək hava şəraitini - bəzən 30 dərəcəyədək soyuyan şaxtalı havanı nəzərdə tuturam. Böyük iş həcmi fonunda yükdaşımaların da paralel həyata keçirilməsi layihənin tamamlanmasına maneə törətdiyi üçün ötən ilin may ayında BTQ ilə yükdaşıma dayandırılmışdı. Bütün bunlara baxmayaraq, layihənin sürətli icrası davam etdirildi, nəzərdə tutulan işlərin sona çatdırılması mümkün oldu.

Görülən işlər çərçivəsində 61 kilometr uzunluğunda dəmir yolu xətti, 98 kilometrlik kontakt şəbəkə xətti, 172 kilometrlik 10 kV-luq məftil, 338 kilometrlik fiber-optik kabel çəkildi, eyni zamanda, 160 min kubmetr şeben verilərək xüsusi texnika vasitəsilə yollar yenidən işləndi, 120 kilometrlik hissədə bordür daşları qoyuldu və 41 kilometr piyada və avtomobil yolları asfaltlandı.

- Ölkəmizdə dəmir yolları da daxil olmaqla nəqliyyat infrastrukturu yenilənir, qlobal dəhlizlərə inteqrasiya sürətlənir. Prezident İlham Əliyev bu yaxınlarda qeyd etdi ki, Azərbaycan dünya miqyasında nəqliyyat mərkəzi kimi qəbul edilir. Dəmir yolu ilə tranzit yükdaşımalarda vəziyyət necədir?

- Son iyirmi ildə dəmir yolu ilə tranzit yükdaşımalarda əhəmiyyətli artım qeydə alınıb. Misal üçün qeyd edim ki, 2019-cu ildə 3,8 milyon ton tranzit yükü daşınmışdısa, 2023-cü ildə bu rəqəm 6,8 milyon tona çatıb. Ötən ilin ilk dörd ayı ilə müqayisədə bu ilin yanvar-aprel aylarında daşınan tranzit yüklərin həcmi 14 faiz artıb. Azot gübrələri, buğda unu və qara metal borular kimi yüklərin həcmində 120-200 faiz artım var. BTQ-nin də tərkib hissəsi olduğu Şərq-Qərb dəhlizi üzrə bu ilin birinci rübündə 10 faiz daha çox tranzit yükü daşımışıq.

Yenilənmiş BTQ xətti qardaş ölkə olan Türkiyə ilə quruda birbaşa dəmir yolu əlaqəmizi təmin edəcək, ölkələrimiz arasında daha çox yüklərin daşınmasına töhfə verəcək.

Modernləşdirilmiş BTQ dəmir yolu ilə indi daha çox yükü daha tez daşıya biləcəyik. Yəni 1 milyon ton illik yükaşırma həcminin 5 milyon tona çatması ilə BTQ Şərqdən Qərbə və əks istiqamətə ölkəmiz üzərindən yükdaşımaların həcm və sürətinə töhfə verəcək.

- İndi BTQ, qeyd etdiyiniz kimi, daha çox yük daşımaq gücündədir. Regionumuzda isə yükdaşımaların həcmi sürətlə artır. BTQ-nin Şərq-Qərb bağlantısında səmərəli fəaliyyətini təmin etmək üçün planlar nədən ibarətdir?

- BTQ dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsindən sonrakı mərhələdə əsas fəaliyyət istiqamətlərimizdən biri Azərbaycan və Gürcüstan arasında birgə müəssisənin yaradılmasıdır. Bu müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlbi istiqamətində fəaliyyət göstərəcək. Hələ modernləşdirmə işləri həyata keçirilən dövrdə birgə müəssisənin yaradılması üçün gürcüstanlı həmkarlarımızla müvafiq işlərə başlamışdıq. İşlər davam edir, bu ay bütün prosedurları tamamlayıb müəssisənin yaradılması planlaşdırılır.

- Bu ilin yanvar ayında Çindən konteyner blok qatarlarla yükdaşımanın bərpası baş tutdu, ilk qatar qəbul edildi. Bu istiqamətdə hansı irəliləyişlər var?

Bildiyimiz qədərilə 2024-cü il ərzində daha çox blok qatarın Azərbaycana göndərilməsi nəzərdə tutulur.

- Bəli, yanvar ayında Orta Dəhlizlə Çindən 7-si idxal, 3-ü tranzit olmaqla ilk qatarlar qəbul edildi. Tranzit yüklər Çin-Qazaxıstan sərhədindən Azərbaycandan keçməklə Gürcüstan limanlarına ortalama 10 günə çatıb. İdxal yüklər üçün bu müddət 8 gün olub. ADY olaraq yükləri Bakı Dəniz Ticarət Limanından birbaşa qatarlara yükləyərək aidiyyəti üzrə çatdırmışıq.

Bu ilin ilk dörd ayında Şərq-Qərb dəhlizi üzrə ümumilikdə 34 blok qatar olmaqla 6319 TEU konteyner yük daşınıb. Onlardan 10 blok qatar (4020 TEU konteyner) tranzit yükü, 24 blok qatar və (2299 TEU konteyner) idxal yükü olub. 2023-cü ildə ADY tərəfindən ümumilikdə 105 265 TEU konteyner daşınıb ki, bu da 2022-ci illə müqayisədə 30 faiz çoxdur.


Oxunub: 3 105
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.