Günəş tutulması zamanı ailəsini qətlə yetirdi
Sosial mediada "Ayoka" kimi tanınan amerikalı astrologiya fenomeni Danielle Conson bazar ertəsi Şimali Amerikada günəş tutulmasından bir neçə saat əvvəl 29 yaşlı ərini bıçaqlayaraq öldürüb. Mediaxeberleri.Az xəbər verir ki, Conson hər iki uşağını da maşınla qaçırıb və yolda onları maşından atıb. Onun doqquz yaşlı qızı sağ qalıb, amma səkkiz aylıq körpəsi ölü tapılıb. Qadın daha sonra avtomobilini yolun kənarındakı ağaca çırparaq intihar edib.
Oxunub: 2 310
Xəbəri paylaş
Paylaş: