Ukraynada həyəcan: Rusiyanın raketdaşıyan gəmiləri Qara dənizə daxil olub
Uzun fasilədən sonra Rusiyanın raketdaşıyan gəmiləri yenidən Qara dənizə daxil olub. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) məlumat yayıb. “Hazırda Qara dənizdə “Kalibr” qanadlı raketlərini daşıyan iki Rusiya gəmisi var”, - Ukrayna HDQ-nin məlumatında qeyd olunub. Ukrayna tərəfi iddia edir ki, Rusiya 1974-cü il noyabrın 1-də qəbul olunmuş Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiyanın müddəalarını pozur. Mənbə: Unian
Oxunub: 434
Xəbəri paylaş
Paylaş: