Prezident Rəhman Hümmətova yüksək vəzifə verdi
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi dəyişdirilib. Mediaxeberleri.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2517 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilib: “Müşahidə Şurasının sədri Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Müşahidə Şurasının üzvləri Ədalət Əliyev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturun maliyyəsi şöbəsinin müdiri Qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurası aşağıdakı tərkibdə idi: "Müşahidə Şurasının sədri Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Müşahidə Şurasının üzvləri Rəhman Hümmətov – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini".
Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini.”.