Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
Ümid edirəm ki, vasitəçilər bizim AB-nin xarici işlər nazirləri ilə razılaşdırdığımız Rusiyaya qarşı tələblərə dair sənədi nəzərə alacaqlar. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib. "Hələ də Moskva özünün maksimum tələblərini irəli sürür. Danışıqlara bərabər şərtlərlə başlamaq üçün bizim tərəfimizdən də tələblər olmalıdır", - o söyləyib. Qeyd edək ki, bu ay Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında görüşün keçirilməsi planlaşdırılır.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















