Azərbaycanda ova gedən restoran sahibinin meyiti tapıldı
Lənkəran rayonunun Ürgə kəndi ərazisində qamışlıq sahədə 64 yaşlı kişinin meyiti aşkarlanıb. Mediaxeberleri.Az xəbər verir ki, 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışına başlanılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















