Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
Ağstafa şəhərində, Heydər Əliyev Mərkəzinin ətrafında yüksək coşğu ilə keçən ağacəkmə aksiyasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin fəal nümayəndələri çiyin-çiyinə iştirak ediblər. Onlar bir araya gələrək hər il şanlı Qələbəmizin ildönümü ilə əlaqədar suveren Respublikamızın hər yerində təşkil olunan və milli ekosistemin dayanıqlı inkişafı, zənginləşdirilməsi məqsədi daşıyan kütləvi yaşıllaşdırma aksiyasına öz töhfələrini veriblər. Xüsusilə vurğulanıb ki, uzun illər ekoloji terrora məruz qalmış Vətən torpaqlarının dirçəldilməsi fonunda bu cür ekoloji aksiyaların təşkili həm də gənc nəsil üçün ətraf mühitə qayğı hissini, torpağa bağlılığı və vətənpərvərlik ruhunu aşılayır. Aksiya çərçivəsində rayonun iqlim və torpaq xüsusiyyətlərinə uyğun gələn, yerli ekoloji balansı dəstəkləyən ağac növləri əkilib. Sonra ağaclara xüsusi aqrotexniki qulluq göstərilib, dibləri yumşaldılaraq ilk suvarılma işləri həyata keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, TuranBank ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirəcək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə planetimizin mühafizəsi üçün mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə aktiv iştirak edəcəkdir. 


























