Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
Əbu-Dabidə keçiriləcək Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları təhlükəsizlik məsələlərinə və təhlükəsizlik zəmanətlərinə həsr olunacaq. Görüş qapalı qapılar arxasında baş tutacaq. Mediaxeberleri.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tam tərkibi vaxtı çatanda açıqlanacaq. Daha əvvəl Peskov Rusiya-ABŞ-Ukrayna üçtərəfli görüşünün noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsinin planlaşdırıldığını bildirmişdi.Peskov həmçinin məlumat verib ki, Ağ Evdə ABŞ-nin birinci xanımı Melaniya Trampla keçiriləcək görüşdə Rusiyanı insan hüquqları üzrə müvəkkil Yana Lantratovanın və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyevin təmsil edəcəyi gözlənilir. 





















